Impera

XƏBƏR LENTİ
14:10Gədəbəyin keçmiş icra başçısı və təhsil müdirindən xanım jurnalistə ölüm TƏHTİDİ - işə hüquq mühfizə orqanları qarışdı13:49SOS: Yollar buz bağlayacaq, qasırğa, çovğun olacaq – Nazirlik vaxtı açıqladı13:41Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik etdi13:38Ramil Usubov Ismayıllı rayonuna polis rəisi təyin etdi13:33“Azərbaycanla anlaşmağın yolunu tapmaq lazımdır” – Naira Zohrabyan13:30İsrail İrana MÜHARİBƏ ELAN EDİR - 3 cəhbədən döyüş başlayacaq13:28Sərhədlərimizdə raket anbarları ÜZƏ ÇIXDI: Ermənistan bu istiqamətdə HÜCUMA HAZIRLAŞIR - ŞOK VİDEO13:25Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ:01:33Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı01:22Gürcüstan qasırğaya əsir düşdü - tufan Azərbaycana yaxınlaşır -/Foto01:16Nazirlər arasında Qarabağ razılaşması - XİN-dən açıqlama01:13“Müharibəyə hazırlaşın!” XƏBƏRDARLIĞI EDİLDİ: Azərbaycan sərhədlərində DƏHŞƏTLİ SSENARİ01:07Prezident sərəncam imzaladı16:19“Azəriqaz”: Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq16:07Ramil Usubovdan ciddi kadr dəyişikliyi – Sumqayıt və Gəncə şəhər Polis rəisləri işdən çıxarıldı15:40İlham Əliyev “SOCAR karbamid”in açılışında iştirak etdi (FOTOLAR/YENİLƏNİB)15:23Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ13:34Deputat Hadı Rəcəblinin yaşına, başına yaraşmayan slavyan xanımla SICAQ rəqsi – VİDEO13:27AzTV-nin sabiq sədri Alışanovu bitirən səbəblər - Şikayətlər, hərc-mərclik, koorrupsiya VƏ NƏLƏR13:19İşdən çıxarılan AzTV-nin sədri Arif Alışanovu qızının dəbdəbəli toyundan görüntülər - FOTOLAR13:15"Azərsun Holdinq"də kütləvi ixtisarlar: layihələr dayandırıldı, 100-ə yaxın işçi etirazlara başladı13:13Pensiyaçılara şad xəbər: artımların veriləcəyi vaxt açıqlandı (RƏSMİ)12:50SON DƏQİQƏ: Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Xatirə İslamın ölüm xəbəri yayıldı11:06Prezident Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında11:03“Qarşıdurma davam etsə, bu regionu Rusiya qazanacaq” – Müsahibə11:00“Qarabağda vuruşanlar canidir?” – Ohanyandan Paşinyana…10:58Yeni müharibənin cəbhələri hazırdır: Rusiya və Türkiyə Aralıq dənizində...10:56Paşinyanın azərbaycanlıların şəhərinə təcili səfəri: Bakıya qarşı gizli ittifaq qurulur? - TƏHLİL10:54ABŞ-dan GÖZLƏNİLƏN zərbə gəldi: 2 həftə ərzində... - İran ballistik raketləri...10:43"Mən meyxana deyəndə Namiq Qaraçuxurlu xiyar satırdı" - Meyxanaçıdan SƏRT SÖZLƏR10:39Baş nazirdən iki institutla bağlı QƏRAR10:37Yanvarın 17-də uşaqları bağçaya aparmayın - XƏBƏRDARLIQ11:26“Səhliyalının min bərəkət, halal nemət"i əhalini zəhərləyir - Haram ət, siçan quyruğu və nələr…11:16Azərbaycanda 17 nəfər vəzifəsindən azad edildi - RƏSMİ11:05Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi13:22Prezident və xanımı yeni xəstəxananın açılışında (FOTO)13:19Nikol Paşinyan Ermənistanın baş naziri təyin edildi13:18İslahatlar başlayır: Bu nazirlər və komitə sədrləri işsiz qalacaq13:10Xətai Rayon Polis İdarəsi bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO13:08Abşeronda maskalı şəxslər "Bazarstore"a silahlı basqın edib – Yaralılar var11:25Trampın tviti: "Türkiyəni məhv edərik" - Ərdoğanın sözçüsündən cavab11:22Fazil Məmmədovun taleyini həll edən qərar - onu bağışlamaq olmaz!11:20Rusiya Paşinyanı yox edəcək - Ermənistanı gözləyən dəhşətli ssenari üzə çıxdı11:19DİN maşınlarını satışa çıxardı (QİYMƏTLƏR)10:35Binəqədidə DƏHŞƏT: Yerli sakin üstünə benzin toküb özünü polis bölməsinin qarşısında yandırdı14:43Tərtərin icra başçısından prezident sərəncamına SAYQISIZLIQ : 27 min manatlıq qalmaqalın GİZLİNLƏRİ - VİDEO14:32Neft şirkətində qalmaqallı oliqarxı İsgəndər Şirəli hökumətə meydan oxuyur - TƏFƏRRÜAT13:06Zamanı yetişən Mikayıl İsmayılov - SOCAR vitse-prezidentinin fəaliyyətində yoxlamalar başlatıldı12:36Möhtərəm qanun keşikçisi Zakir Qaralovun ÖZƏL GÜNÜ12:20Kriminal avtoritet restorandan BELƏ QAÇIRILDI - VİDEO + FOTO12:12ABŞ-ın hədəfini açıqladı: İran yox ediləcək12:10Ermənilərdən Qazax istiqamətində təxribat12:08Anti-Azərbaycan qüvvələrinin yalan təbliğatı uğursuzluqla nəticələndi - RƏSMİ AÇIQLAMA12:05Paşinyanı devirmək istəyən general Qarabağa qaçdı13:16Rəsul Quliyev bu villada yaşayır: əsl "bədbax"ın gerçək siması - FOTO13:11Azərbaycan nefti kəskin bahalaşdı13:09Sensasion iddia : Çirkin plan deşifrə oldu – Bu müsəlman dövlətləri Türkiyəyə qarşı İsraillə birləşdi13:07Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi - hüquq-mühafizə orqanları hərəkətə keçdi13:02SOCAR-ın vitse-prezidenti vəzifəsini itirdi - çoxsaylı pozuntular və mənimsəmələr oliqarxı bitirir12:58“Ərdoğan Boltonu alçaltdı, biz yemək istəmədiyimiz şapalaqı yedik” – ABŞ-ın keçmiş müdafiə naziri12:56İlham Əliyev sərəncam imzaladı12:54Zakir Qaralov bu prokurorların yerini dəyişdi15:05Bakıda güclü partlayış: ölənlər və ağır yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO13:45Səfər Mehdiyevə istefa səbəbi: "Cənab Prezident, bizi xilas edin!" - MÜRACİƏT12:14Ramiz Mehdiyev 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planını təsdiqlədi12:13Abid Şərifov: “Hansı hökumətdə 23 il eyni vəzifədə işləmək olar?!” – MÜSAHİBƏ12:09GDU-da talançı prorektor Fəxrəddin Həsənov kimdir? – FAKTLAR11:57Bərdənin Əyricə kəndindəki “su pəri"ləri - Əxlaqsızlıq yuvasından reportaj11:46Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları niyə tərk edir? - ŞƏRH11:45Amerikalılar şokda - Azərbaycanlı istedadın uğurları ABŞ-ı silkələdi01:59Nərimanov icrada RAZBORKA: Şamar İbadovla deputatın qardaşı oğlu Qarabağ əlilini döyüb, xəstəxanalıq etdi – VİDEO01:39Gömrük postunun rəisi və daha 3 vəzifəli şəxs həbs olundu - SON DƏQİQƏ01:37Bakının 4 rayonunun polis rəisi işdən çıxarıldı: Ramil Usubov əmr imzaladı01:35Minlərlə insana sevindirici xəbər - Prezident sərəncam imzaladı01:14SOCAR: “Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır”12:38Rüstəm İbrahimbəyovun “azart oyunu" - Milli kimliyə qarşı çevrilən Rüstəm bəy12:29İrəvan rayonları qaytaracaq, Moskva zəmanət verəcək - Arkov12:19ARDNF-nin ötən il valyuta hərraclarında satdığı dollar 1,8 dəfə artıb (FOTOLAR)12:05Ərdoğanı sarsıdan ölüm xəbəri12:03Azərbaycanda dollarla bağlı mühüm AÇIQLAMA - RƏSMİ10:22Un bahalaşdı: çörəyin çəkisi azaldıldı qiyməti ... - SON DƏQİQƏ10:125 rayonun qaytarılması və Qarabağın... - Politoloq bütün sirləri ortaya çıxardı10:10Putin hərbi rütbəsini açıqladı - VİDEO19:178 min insana ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı18:59SİLAHLI QİYAM – Həbs olunanlar var (Yeniləndi) (VİDEO)18:56Qənirə Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışdı18:53PENTAQONLA ROTŞİLD AİLƏSİ ARASINDA SAVAŞ DƏRİNLƏŞİR – Gizli müşavirlərin İran ssenarisi – ARAŞDIRMA18:45Elektromobil inqilabı sərhədlərimizə çatıb –Ekspert maraqlı statistik məlumatlar açıqladı18:29“Xatunu da, Günayı da çırparam” – Roza qəzəbləndi (qalmaqal)18:25Amerikanın məşhur eksperti:“MOSKVA AZƏRBAYCANI ƏLDƏ EDƏCƏYİNƏ ƏMİN OLSA, ERMƏNİSTANI SATACAQ” – Müsahibə18:15Pensiyaların artımla veriləcəyi vaxt açıqlandı11:38Poroşenko CNN TÜRK-ə müsahibə verdi - "Ərdoğana minnətdarıq"11:34Azərbaycanda daha bir məmur işdən çıxarıldı: cinayət işi açıldı11:31Fazil Mustafa: “Bunun bir adı var - vəhşilik!”11:25Azərbaycanlı iş adamına dəhşətli sui-qəst - mühafizəçisi öldürüldü, özü və oğlu isə...11:21Frank Riberi qəzəbləndi:"Sizin ananızı, nəslinizi..." - 1200 avroluq qızarmış ət qalmaqalı - VİDEO11:11Ermənistan ordusu böyük itki verdi: İrəvan qorxu içində11:08Penitensiar Xidmət Mehman Hüseynov barədə məlumat yayıb00:43Türkiyə və Rusiya razılaşdı: Əsədə sərt xəbərdarlıq00:37Yeni ilin ilk günlərində bu məhsullar bahalaşdı
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

MÜBARİZİN SON GECƏSİ – QƏHRƏMAN RUHLA QARABAĞA DOĞAN GÜNƏŞ

18 dek 2018, 13:42   
MÜBARİZİN SON GECƏSİ – QƏHRƏMAN RUHLA QARABAĞA DOĞAN GÜNƏŞOsman Nərimanoğlu yazır - Milli Qəhrəmanımız MÜBARİZ İBRAHİMOVUN REAL QƏHRƏMANLIQ hekayəsi onu qəbul etməyənlərə də İBRƏT və QANMAQ DƏRSİ ola bilər!

...Həmin gün cəbhəboyu atəşkəsin pozulması bütün şəxsi heyəti səfərbər etmişdi. İriçaplı pulemyotlar, pusqudakı snayperlər danışırdı. Bu dəfə deyəsən fərqliydi, cavab atəşi düşməni susdurmağa yetmirdi...

***

Neçə gün idi ki, səngərdən-səngərə atmaca atan erməni dığalarının "Ey turk, indi də Nərmininiz doğdu, uşaq da Andranikdəndi” deyib bağırmaları, "bacılarınızla burda kef edirik, duxunuz var gəlin, ha..ha..ha.. Arçax da, Qarabağ da bizimdir!.. hay turk..” nidaları əsgərlərimizi qəzəbləndirmişdi. Bu qəzəb elə qəzəb idi ki,... Bu qəzəb doğma Ağdamımızdan və Tərtərin Çaylı kəndi yaxınlığındakı düşmən mövqelərindən yağış olub səngərimizə yağan erməni güllələrinin vıyıltısını da, səmada süzən xain mərmilərinin can axtarışını da üstələmişdi. Hamının hüzurunu pozmuşdu. Bu vahiməli nifrətin, bu vəhşətin hərarəti yayın istisini də unutdurub düyünlü hirsə dönüşmüşdü. Dişlərini qıcayıb qeyzindən ağlayan əsgərlər haylara cavab atəşi atanda avtomatdan çıxan gülləyə də qisasçı ruhu yaşadırdı. Tez-tez qərərgaha raport verən rabitəçilər isə komandirlərə qoşulub vazgenlərə lənət yağdırırdı. Bəlkə bu yolla bir az rahatlamağa çalışırdılar, amma çifayda, alınmırdı...

***

Gecəyə doğru atəş səsləri xeyli səngimişdi, amma ara-sıra yenə atırdılar...

Hərbi hissənin bütün komandir heyəti gecənin gərgin keçəcəyini düşünürdü və ayıq-sayıqlıq üçün naryadı daha təcrübəli əsgərlərdən təşkil etməyə qərar vermişdilər. Bölük komandirlərinin bir neçəsi səngərdə müqavimət göstərən gənc əsgərimizin yaralandığını, ötən gecə isə şəhid olan əsgərin dəfnində iştirak barədə danışırdılar. Mərhum əsgər əslən Biləsuvardan idi. Bu zaman zabitlər gizir Mübarizi yada saldı: "Mübariz də Biləsuvardan deyilmi? Bizim seyyid,.. İbrahimov! Bir ondan da soruşaq, bəlkə onu götürüb gedək, dəfnə. Adam seyyiddir, rayonda tanınmış ailədəndir. Bəlkə o, ata-anası ilə , bəlkə.. Çətin olacaq, axı, bu şəhidin ata-anasına necə deyəcəyik ki, balanı erməni gülləsi şəhid edib, onu gətirmişik. Off!, qoruya bilmədik. Ölüb yerə girməyəcəyikmi belə deyəndə?!... Evlənəcəyini də deyirdi zavallı, təxrisinə günlər qalmışdı. Çox da qorxmaz və cəsarətli idi... Ürəyim parçalanır, erməni köpəkuşaqları, öz torpağımızda bizə hər gün şəhid acısı yaşadır. Kaş...Kaş o güllə mənə dəyəydi, özü də başımdan, amma əsgərimə toxunmayaydı!”..

Araya sakitlik çökdü. Polkovnik bircə söz də desə idi, gözləri yaşarıb qəhərə boğulmuş komandir yoldaşları da, özü də lap uşaq kimi ağlayacaqdı...

***

Mübariz dəstəmazını alıb namaz otağına yollandı. Yorğun görünürdü. Amma könüllü ön postda gecə növbəsinə yazılmışdı. Ermənilərin təhqir dolu qışqırıqları hələ də qulağında cingildəyirdi. Komandirin dediklərini də düşünürdü. Qonşu kəndlərindən olan şəhidin ailəsinə təhvil veriləcəyi acı anın duyğusunu indidən yaşayırdı. Cəmi bir neçə dəqiqə əvvəl Mübariz komandirə cavabında: - "Sabaha hələ çox var, bəlkə bir möcüzə baş verəcək, dan yeri ağarıncaya qədər səngərdəki bütün ermənilər qırılacaq, dilləri də lal qalacaq!? Gecəni səhərə salamat çıxaq, bu barədə sonra danışarıq!” – deyərək kövrəlmişdi...

***

Namazdan sonra əl açıb tanrıya dua etdikdən sonra, Mübariz ağ kağıza tələm-tələsik nə isə yazdı. Sonra onu əlində məktub edib öz bölüyünə - kazarmaya yollandı...

***

Kazarmada heç kim yatmamışdı. Hamı döyüş əmrini gözləyirdi. Mübariz içəri girəndə bir neçə əsgər, ona: "Seyid!, komandir, bəlkə siz də bu adaşınıza – Mübarizə ağıl verəsiniz. Vaxtına bir neçə gün qalıb ey. Deyir ki, evə gedəsi deyiləm. Ali təhsilim də var. Deyir, zabit kimi xidmətimi davam etdirəcəm. Bu gün də 23 yaşı tamam oldu...”

Mübariz bunu eşidib adaşını əl verib qucaqladı, başı qarışdığından ad gününü unutduğu üçün üzrhaxlıq elədi: " Hə, adaş uşaqlar doğru deyir, təxris ol, get evinə. Öz təhsilinlə də millətinə, dövlətinə layiqincə xidmət edəcəksən, buna əminəm. Bir də, yüz yaşayasan!..” – demişdi ki; " Mübariz, deyəsən ikinci vətənpərvər Mübarizi həzm etmək istəmirsən?! Mən də özümü sənin kimi hərb işində sınamaq, güclü və cəsarətli olmaq, hətta, lap general olmaq istəyirəm. Axı Qarabağı Mübarizlər alacaq, qəti qərarımdı adaş, burda zabit kimi qalıram!”..

***

Silahdaşları ilə xeyli şirin söhbət etdikdən sonra, Mübariz saatına baxıb, silahını da təhvil alıb kazarmadan tələsik çıxdı. Ata-anasına yazdığı məktubu isə sabah göndərilsin deyə, bölük növbətçisinə təhvil verdi. Mübariz ən qabaqkı posta – naryada yollandı...

***

Göydə ulduzlar sayrışırdı, ayın işığı düşmən səngərinin ilan kimi qıvrıldığını aydınca göstərirdi. Mübariz narahat baxışlarını erməni tərəf zilləmişdi. Yanındakı leytenant da, əsgərlər də onu heç belə fikirli görməmişdi:

- Nə olub Mübariz, sən yaman fikirlisən?!..

- Day nə olsun, bu qədər dözmək asan deyil. Son günlər erməni şərəfsizlər dincəlmir, güllə atsalar dərd yarı, indi də öz tərpağımızdan söyüşmü yağacaq üstümüzə? Bizi nə qədər namussuz, qeyrətsiz bilir axı, bu alçaqlar? Allah lənət eləsin bunlara!..

- Dözməliyik, səbr etməliyik, onsuz da müharibə əmri verilən kimi onların əngini əzib Qarabağı yağıdan azad edəcəyik..

- Qardaşlar, mən daha dözə bilmirəm...

***

Saat 23:30... Ətrafa tam sükut çökmüşdü. Bir az aralıda çay içib geri qayıdan gənc zabit əsgərdən Mübarizi soruşdu: "Hanı Mübariz?”..

***

Bu zaman erməni səngərində güclü atışma başladı. Hamı şokda idi. Leytenantın və yanındakıların gözü yaşardı. Mübariz açdığı atəşlə deyəsən onlara da öz yerini bildirmişdi...

***

Səngərdə olan 10-15 erməninin nəfəsi kəsilmişdi. Mübarizin güllələri hədəflərə dəqiq atılmışdı. "Ya Allah, Ya Mühəmməd, Ya Əli!” deyib düşmən postuna atılan gizir gözü gördüyü silah-sursatı çiyinlərinə asıb yenə irəli gedirdi...

***

Çaxnaşma yaşayan erməni sürüsü ətrafda vay-şivən qoparmışdı. Mübariz əlindəki minaatanla işığı yanan kazarmaları hədəfə aldı. Budur, kazarmalarda partlayış və yangın baş verdi, ölənlərin, yaralananların çoxluğu düşməni qorxudan geri qaçmağa sövq etmişdi. Növbəti atəş.. növbəti.. və silah anbarı da partladı, yanında neçə erməni əsgəri vardısa, hamısını özü ilə göyə sovurdu...

***

Qorxaq haylar komandirlərinin əmrlərinə tabe olmayıb, dabanlarına tüpürüb geri qaçırdı. Mübariz isə əlindəki düşmən snayperi ilə bir rütbəli zabiti nişan almışdı. Atəş... Daha bir paqonlu erməni əl-qol yelləyir və hədəfdədir, dəqiq atəş... Daha biri... Daha biri...

***

Səhərə yaxın 100-dən artıq düşmənin sonuna çıxan Mübariz daha bir neçə kilometr ana vətənin qucağına sığınmışdı. Yenə döyüşə hazır dayanmışdı. Çox çəkmədi ki, yüzlərlə erməni əsgərlərinin maşınlara doluşub ona tərəf gəldiyini gördü. Qarşıdakı Kamaza atəş açdı. Yenidən güclü atışma başladı və Mübariz daha bir neçə ermənini cəhənnəmə vasil etdi. Amma, gülləsi bitirdi və bitdi...

***

Mübariz güclü atəşin altında sübh namazını qılıb allaha son dualarını etdi və həmin anına şükürlər oxudu: "İlahi, ana vətənimi bu kafirlərdən xilas et!, İlahi, sən özün Azərbaycan ordusuna rəşadət və güc-qüdrət ver! İlahi, Qarabağı öz sahibinə qaytar! İlahi, mənim vətənimə olan şəhadətimi qəbul et, Amin!”...

Mübarizə tərəf atılan güllələr elə bil ona dəymək istəmirdi. Düşmənin gülləsi də Mübarizin mübarizə əzmindən qorxmuşdu...

***

Snayperin ilk gülləsi Mübarizə açılanda əlində bıçaq sürünə-sürünə daha bir saqqallı erməniyə tərəf irəliləyirdi. Bayaqki kimi onu da al-qana qərq edəcəkdi. Bir az keçmişdi ki, namərdin atdığı ikinci güllə ayağına batdı.., sonrakılar isə kürəyindən.. daha bir neçə xain gülləsi Mübarizin bədəninə soxulmuşdu...

***

Mübariz İbrahimov əlində dalğalanan üçrəngli bayrağı Şuşada – ən yüksəklikdə yerə sancıb qışqırırdı. "Mən bunu bacardım, yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Bir də gördü ki, Şuşanın hər yerində yüzlərlə bayraq ucalır, özü kimi əsgər geyimli, cəngavər cüssəli Azərbaycan igidləri ona "afərin” deyir. Hamısı da lap özü kimi sevinirdi. Bir an qırpımında hər yer gül - gülüstan oldu. Bəli, GÜLÜSTAN! Budur, Mübarizi CƏNNƏTİN şəhidlik zirvəsində minlərlə gözləyəni vardı. Özü də Qarabağda!..

Beləcə, milli qəhrəmanımızın mübarək nəşi daha bir neçə saat ermənilərdə qorxu yaşadacaqdı...

Azərbaycan və Qarabağ adına bir şəhadət ruhu günəş olub o gecənin zülmətini, dəhşət və vəhşətini nurlandırmışdı. MÜBARİZİN SON GECƏSİ – Qəhrəman ruhu Qarabağa əsl GÜNƏŞ olub doğmuşdu...

P.S Milli qəhrəmanımız Mübariz İbrahimovu sevməmək vətənsizlik, millətsizlik, qeyrətsizlikdir. Bu hekayəni yazarkən için-için ağladım. Rituallaşmış bir qəhrəmanımızın ucalığını dərk edərkən Mübarizin yerinə olmadığıma ağladım.

QARABAĞ NAMİNƏ HAMIMIZ MÜBARİZ OLMALIYIQ!

Osman Nərimanoğlu
Demokratik.Az
OXŞAR MÖVZULAR