Gündəm

“Krokus” teraktı: Terrorçular Türkiyəyə niyə gediblər?

post-img

Moskva vilayətindəki “Krokus Siti Holl”da terror aktı törətməkdə ittiham olunan dörd silahlıdan biri Şamsuddin Fariduni dindirilmə zamanı Rusiyaya Türkiyədən gəldiyini bildirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə mediası terrorçunun İstanbulda qalma müddəti barədə açıqlama yayıb.

“O, yaxalananda dindirilərkən vizasının müddəti bitdiyi üçün Türkiyəyə getdiyini deyib. İstintaqı aparan Türkiyə təhlükəsizlik qüvvələri hücuma görə məsuliyyət daşıyan 4 Tacikistan vətəndaşından ikisinin Türkiyəyə gəldiyini müəyyən edib.

Fariduni nə vaxt Türkiyədə olub?

Terror aktı törətməkdə təqsirləndirilən Fariduni iddia edib ki, Teleqram kanalında əlaqə saxladığı şəxslər ona bu terror aktına görə 500 min rubl vəd ediblər. Fariduni Rusiyanın Krasnoqorsk şəhərində yaşayıb. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, o, 20 fevral 2024-cü ildə Moskvadan təyyarə ilə İstanbula gəlib, fevralın 21-də isə Fateh rayonundakı bir oteldə qeydiyyatdan keçib. O, fevralın 23-də İnstaqram hesabında “Aksaray İstanbul” etiketi ilə Fatehdən 8 foto paylaşıb. Fevralın 27-də oteldən çıxan Fariduni martın 2-də İstanbul hava limanından Rusiyaya qayıdıb.


Həbs edilmiş digər hücumçu Saydəkram Rəcəbəlizadə 5 yanvar 2024-cü ildə – Faridunidən əvvəl İstanbula gəlib və həmin gün Fatehdəki otelə (Fariduninin qaldığı otel) daxil olub.

Lakin müəyyən edilib ki, Rəcəbəlizadə Fariduninin otelə köçdüyü gün oteli tərk edib.

Daha sonra martın 2-də o da Fariduni ilə eyni təyyarədə Moskvaya qayıdıb”, – məlumatda deyilir.

Oxşar xəbərlər