Impera

XƏBƏR LENTİ
17:15Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO17:13Təcili: Fransa etirazları Belçikaya sıçradı – Paytaxtda ara qarışdı17:10Parisdə küçə döyüşü gedir: Makron ölkəyə NƏZARƏTİ İTİRDİ13:35Milli komandamızın baş məşqçisi Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ12:29Paytaxt küçələrinə tanklar yeridildi - Hökumətin etirazçılara qarşı YENİ PLANI12:26Növbədənkənar parlament seçkiləri gözlənilmir - YAP-dan açıqlama01:49Əli Kərimlinin gizli görüşləri - Qarabağ Komitəsinə qarşı böyük qəsd hazırlanır01:45Ermənistanın sabiq prezideti Robert Köçəryan həbs olundu - Video01:34Qurban Qurbanov millidən gedir - EKSKLÜZİV01:32Xırdalanda sərnişin avtobusunun aşmasının səbəbi bilindi - TƏFƏRRÜAT (YENİLƏNDİ)22:03Xırdalan sakinlərinin nəzərinə!17:14İrəvanda qan və qiyam qoxusu: Silah səsləri…17:07Köçəryan həbs olunur: Məhkəmə qərar verdi – Son dəqiqə17:05Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR16:59DTX əhaliyə xəbərdarlıq etdi: belə hallar yaranarsa, quruma müraciət edin16:50icra başçısı yerli məmurları topladı: Rayon rəhbəri Abşeron rayonunda qışa hazırlıq işlərini müzakirə etdi və tapşırıqlar verdi15:01“Zatulinin əsas maliyyə qaynağı erməni lobbisidir” AÇIQLAMA14:51Orduxan Teymurxan terrora çağırış ittihamı ilə axtarışa verildi – Baş Prokurorluqda cinayət işi açıldı14:40Ramil Usubovdan mühüm əmr: Polis rəisinin 2 müavini, bölmə rəisi və baş inspektor işdən çıxarıldı14:37“Broker Əbülfəz”ə yüksək vəzifə verildi - Səfər Mehdiyev onu Abşeron gömrük postuna rəhbər gətirdi14:22Avropaya ATOM YAĞIŞI olacaq, qitə Yer üzündən silinəcək – Rusiya BÜTÜN KARTLARI AÇIR14:20Ilham Əliyev rus torpaqlarında Ermənistanı belə məğlub etdi - Sankt-Peterburq görüşünün SİRRİ AÇILDI14:18Mühafizə Alayında əsgər yaralandı Rəsmi14:16Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir14:12Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...14:08Paşinyana Sankt-Peterburqda YERİNİ GÖSTƏRDİLƏR - FOTO/VİDEO15:17Əflatun Amaşovu hədəfə alanlara sərt cavablar14:54“Erməni ordusunu bir neçə saata darmadağın etmək olar” – Hərbi ekspert14:51“Ermənistan hakimiyyəti hücuma hazırlaşır” – Sensasion iddia14:47Ermənistan ordusuna BÖYÜK ŞOK: bir qrup hərbçi...14:36“Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlimlər başa çatdı14:22Bəgaliyev Maqsud Yardımlıda məmur özbaşınalığı ilə bağlı prezidentə müraciət etdi - MƏTN12:24Erməni partiyalarının davası: Nikol Qarabağ mövqeyini dəyişdi12:20Paşinyanın əsgər oğlunun macəraları: Xankəndində əyləncə klubu, spirtli içkilər və…12:13Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib01:09Saçı qırxılan gəli̇ni̇n anasından gizlədilən cinayətin şok açıqlaması - Polis hərəkətə keçdi (Video)01:04ABŞ komandanı: Rusiyanı necə məğlub edəcəyimizi bilirəm01:00Ukrayna iki dənizdə hücuma keçdi: 8 hədəf məhv edildi - Moskva şokda00:56Paşinyanın gizli səs yazısı yayıldı - VİDEO00:54Prezidentdən icra başçısı ilə bağlı sərəncam22:39Ağdamda narazılıq artır - evi başına uçan Zəhra ana prezidentən kömək istəyir (VİDEO)16:59Masallının məşhur milyonçuları - Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər15:42ŞOK AÇIQLAMA: Nazir devalvasiya anonsunu verdi - dollar marta qədər bu qiymətə olacaq15:34Müğənni Afətdən efirdə ŞOK TƏKLİF: Şübhəsi varsa, gəlsin həkimə gedək15:26Fransanın Bakıya ASTER 30 SAMP/T və VL Mika raket sistemlərini satacağını bəyan etdi15:21Prezident Xalq rəssamı Tahir Salahova orden təqdim etdi - FOTO (YENİLƏNDİ)15:19XİN-dən “Lazarev klubu”na SƏRT REAKSİYA: “Bu, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir”15:16Rusiya nüvə müharibəsinə hazırlaşır: Baş qərargah başçısından BƏYANAT15:14Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ15:08Vaqif Həsənov toplantı keçirdi – İcra başçısı bu dəfə bağça müdirlərinə barmaq silkələdi15:20Prinsip budur: 7 rayon, Dağlıq Qarabağa qayıdış və...15:16İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı belə hazırlayır - YENİ FAKTLAR15:13SOCAR-dan benzin və dizellə bağlı vacib - Açıqlama01:12Nuhdan vahiməli proqnoz: “Zaman maşını, insan ölümsüzlüyü, dəhşətli qar...”01:09Lavrovun mikrafonu əlində qaldı - İlginc olay/Video01:0655 min nəfərə ŞAD XƏBƏR - Prezident 5,6 milyon manat ayırdı00:58Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun əməlləri ilə bağlı ilginc məlumatlar yayıldı00:45“Modern Hospital”: yarım ilin qara statistikası - yüksək əməliyyat hesabları, bitməyən ölümlər VƏ NƏLƏR12:10ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI12:07Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO12:04Mirşahindən sərt sözlər: “Sevinc Əli Kərimlinin alt paltarıdır” – Video11:59Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı - 30 milyon dollar ölkədən çıxarılıb11:56Sabiq nazir Əli Abbasovun kadrı sayılan Ceyhun Cəfərovu o əvəzləyir - KÜRDƏMİRDƏ01:35Nizami rayonunda növbəti özbaşınalıq: İcra başçısı və YAP-ın sədri Leyla Əliyevaya qarşı - FOTOLAR00:53Ölkədə böyük faciə: 3 alpinist qar uçqununda itgin düşdü - genişmiqyaslı axtarışlar başlatıldı00:45Ermənistan döyüş mövqeyində itki verdi00:40Netanyahu və həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI...00:37Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”21:32Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda - Avro-202021:28Qarabağdakı TALANÇI ŞİRKƏTLƏR: Əksəriyyəti dost və tərəfdaş bildiyimiz ölkələrə məxsusdur17:38Paytaxtda başlayan mitinq iştirakçıları silahlandı: onlarla aksiyaçı otel çıxışında həbs olundu14:51Gürcü müxalifəti etiraz aksiyaları üçün paytaxta yeridi – yeni hökumət təcili toplandı14:44Putin G20-də son nöqtəni qoydu: “Müharibə davam edəcək”14:42Erməni girovluğundan 20 azərbaycanlı qadını təkbaşına azad edən şəhid14:37Məşhur avtoritet Şeyx Həmzətə sui-qəsd: ölü və yaralılar var - VİDEO14:26“Böhtandır, iftiradır, ayıb olsun!” - Əflatun Amaşovdan sərt AÇIQLAMA00:25Ticarətçilər üçün sadələşdirilmiş vergi ləğv olundu - YENİLİK00:06Sumqayıtın 9 saylı tam orta məktəbdə nələr baş verir - Direktor əvəzi Təhsil nazirliyində kimin adından istifadə edir? (VİDEO)13:17Sosial şəbəkələrdə hamı bundan danışır: Ruhlar nərdivanı belə yeritdi, əhali təşvişə düşdü - Video13:08Türkiyə şokda : CHP sədri Klıcdaroğlu Berlində PKK-ya dəstək verdi13:06ABŞ və Avropadan yüzlərlə hərbçi Ukraynaya GƏTİRİLDİ: Rusiya ilə MÜHARİBƏ BAŞLAYIR11:44DİN-dən əməliyyat: 20 həbs11:41Erməni müdafiə nazirliyinin gizli saxladığı hərbi rüşvətxor: rəngsazlıqdan generalınadək - FOTO01:35Nazir açıqladı - Rusiya sərhədə 80 minlik qoşun yığıb01:32Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir – FIG prezidenti01:29Dəhşətli dağıdıcı gücə qadir aviasiya bombaları alınır - Azərbaycan Pakistanla razılaşdı01:21Bu, tələdir və Rusiya vəziyyətdən çıxa bilməyəcək - Eks-nazir01:14Prezident sərəncam imzaladı19:25İran-Azərbaycan sərhədində atışma: General hadisə yerində19:18Whatsapp-da DYP rəisi haqqında məlumat yayan şəxs həbs edilib19:0810 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?15:55Rusiyaya öldürücü zərbə: Müzakirələrə start verildi13:35Zakir Qaralov İsmayıll rayonuna yeni prokuror təyin etdi13:23Aksizlər qalxdı, ofisiant və bərbər də vergi verəcək13:19Ukrayna Rusiya təyyarələrini MƏHV ETDİ: Azovda təhlükə artır12:13Erməni prezidenti Berlində rüsvay oldu - Sərkisyanın böyük yalanı12:10Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib12:06Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri12:04Paşinyan ölkəni belə XİLAS EDƏCƏK: Bütün sirləri ifşa olundu12:00Türkiyədə 500 min insan öləcək, 2,5 milyonu isə yardıma möhtac qalacaq - XƏBƏRDARLIQ
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qarabağdakı TALANÇI ŞİRKƏTLƏR: Əksəriyyəti dost və tərəfdaş bildiyimiz ölkələrə məxsusdur

02 dek 2018, 21:28   
Qarabağdakı TALANÇI ŞİRKƏTLƏR: Əksəriyyəti dost və tərəfdaş bildiyimiz ölkələrə məxsusdurQarabağ problemi uzandıqca iqtisadi cəhətdən böhran yaşayan Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın təbii sərvətlərini daha qəddarlıqla istismar edir. Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan Ermənistan hökuməti bu törəmə müəssisələrin rəhbərliyinə erməni millətindən olan rəhbərlər gətirərək, böyük hiyləgərliklə Qarabağa xarici investisiyalar cəlb edir. Bunun da nəticəsində Qarabağın təbii sərvətləri qeyri-qanuni yollarla xarici ölkələrdə satışa çıxarılır. Əldə edilən gəlir Ermənistanın inkişafına sərf olunur, bir qismi isə Qarabağda yaşayan ermənilərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilir.

Təəssüflər olsun ki, özlərini demokratiya, insan hüquqları, ekologiyanın qoruyucuları kimi dünyaya car çəkən Qərb dövlətləri, hətta şimal qonşumuz Rusiyanın iş adamları belə bəzi məqamlarda öz maddi maraqları naminə Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasətini və həmin ərazilərində ermənilərin törətdiyi talançılıq əməllərini davam etdirilməsinə göz yumur, özlərini təmsil edən şirkətlər vasitəsilə "erməni dəyirmanına su" tökürlər. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərinin 261 min hektar meşə sahəsi, o cümlədən pasportlaşmış 145 Şərq Çinarı məhv edilib.

Paytaxt.org modern.az-a istinadən bildirir ki, belə talancı müəssisələrdən biri də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən, Dmitriy Krivelevin rəhbərlik etdiyi "Vibrotexnik" şirkətidir.

Şirkət 2003-cü ildən başlayaraq qızıl, mis filizləri və digər əlvan metalları parçalamaq və narınlamaq üçün texniki avadanlıqların, onların tərkibini müəyyən etmək üçün ələk analizatorların, maddələrin tərkibinin analizini aparmaq üçün laboratoriya vasitələrinin istehsalı ilə məşğul olur. Hazırda şirkət öz sahəsi üzrə dağ mədənlərin istismarı, geoloji axtarışları, metallurgiya sahəsində fəaliyyət göstərən bir sıra nəhəng yerli və xarici (Tacikistan, Özbəkistan, Belarus, Ukrayna, Moldova, Ermənistan, İngiltərə, İspaniya və s.) müəssisələr ilə əməkdaşlıq edərək onları lazımi texniki avadanlıqlarla təchiz edir. Son illər ərzində şirkət işğal olunmuş Azərbaycan ərazilərində, Ağdərə rayonun Drmbon yamacında yerləşən qızıl filizi yataqlarını istismar edən "Base Metals" zavodu ilə əməkdaşlıq edərək həmin zavodu istehsal prosesi üçün zəruri hesab edilən texniki avadanlıqlarla təchiz edir.

Rus və erməni mətbuatının yazdığına görə, "Vibrotexnik"lə Dağlıq Qarabağın "Base Metals" zavodu arasında aparılan işlərin icraçısı və əlaqələndiricisi müəssisənin baş direktorun oğlu, əvvəllər həmin şirkətin laboratoriya müdiri olmuş Mixaİl Krivelevdir. Eyni zamanda, Moskvanın "Geologix Group" şirkəti Dağlıq Qarabağda qızıl hasilatı ilə məşğul olmağa başlamaq istəyini reallaşdırmış. Şirkətin məlumatına görə, işlərə 2015-ci ilin yayından başlanmalı idi.

Rusiyanın "Sekret Firma" jurnalının xüsusi müxbiri Viktor Feşenko Qarabağdan hazırladığı xüsusi reportajlarda bizim bilmədiyimiz bir çox gizli məqamlara aydınlıq gətirib. Jurnalın yazdığına görə, Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək böyük həcmli təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirib. Çünki Ermənistanın işğalı altındakı Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Məhz bu səbəbdən Xocalı hava limanına Azərbaycanın icazəsi olmadan xaricdən ağır yük təyyarələri endirilə bilməzdi, çünki bu ərazilərdə mülki aviasiyaya məxsus lisenziya hüququ Azərbaycana məxsusdur. Fransız mənbələrin məlumatına görə, Dağlıq Qarabağda qızıl hasilatı üçün istifadə olunan avadanlığın böyük hissəsi Rusiya və Fransadan gətirilir. "Bu Rusiya və Fransa hökümətinin xəbəri olmadan və icazəsiz baş verə bilməz. Regionun geosiyasi vəziyyəti və (qondarma) "Dağlıq Qarabağ Respublikasının" məmurlarının bioqrafiyası bunun hər iki ölkənin razılığı ilə baş verdiyini deməyə əsas verir".

İlk olaraq qeyd edək ki, erməni işğalı altında olan Söyüdlü - Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir və tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 -80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub.

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 20 ildən də coxdur ki, Ermənistan tərəfindən talan edilir. Belə ki, 1998-ci ildə Kanadanın "Canadian First Dynasty Mines Ltd" şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan savayı, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın "İndian Sterlite Gold Ltd" şirkətidir.

ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarına məxsus "Global Gold Armenian Ltd" şirkəti əsas həmkarlardan biridir. "Global Gold Armenian Ltd" 1995-ci ildə yaradılıb və onun yaradılması haqqında sazişi şahid qismində ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson imzalayıb. ABŞ-ın "ATA-Bank MS" (DQ-də bank işinin təkmilləşdirilməsi üçün 1,8 milyon dollar sərmayə qoyub. Həmçinin ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan "GS Motors" şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndində maşınlara texniki yarım göstərən mərkəz açıb.

Yüzlərlə ABŞ istehsalı olan müxtəlif "Caterpillar" maşınları, ABŞ -ın "John Deere" və Almaniyanın "Deutz-Fahr" şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Belarusun "MT3-82,3" modelli kənd təsərrüfatı traktorları həmçinin digər texnika mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunur. İranın "İran Mellat Bankı"nın İrəvan filialı da növbəti dəfə 2016-cı ilin aprelində "Dağlıq Qarabağ Respublikasına" böyük miqdarda maliyyə yardımı göndərib. "İran Mellat Bankı" tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Talışi Ovanisyanın etirafı: "2016-ci ilin aprel hadisələri zamanı mən "İran Mellat Bankı"ının tapşırığı ilə "Dağlıq Qarabağ Respublikası" üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə Dağlıq Qarabağa səfər etmişəm. Səfər zamanı əvvəlcə Gorusa, daha sonra isə orada toplanan könüllülərə qoşularaq onlarla birgə Dağlıq Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra dövlət məmurları ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım.

Ermənistanda yüzlərlə İran şirkəti fəaliyyət göstərir . Bankda olan qeydiyyatlara görə, bunlar "Mona Qrup" (Rəhmani, Rəşidi, Azərban Həddad), "Kankar"(Seyid Nur Eyni), "Şərifli" (Rza Şərifi), "Süleymani" (İzzət Süleymanpur), "Arya Filiz Nab" (Rəsul Ənzari), Araz Mühacir Ticarət" (Kazım Səfərzadə), "Aftab" (Əzimi Əhmədpur), "Arazfud" (Cavad və Məhəmməd Bimeqdar), "Nüsrəti" (Rza Nüsrəti), "Pəyan-e Saderat" (Davud Cokar), "Vasif" (Məhəmməd Cəfərpur Vasif), "Firuznejat" (Əhməd Firuznejat), "Nəcəfzadə" (Nəcəfzadə), "Kaimifa" (Əbülfəz Mətləbzadə), "Turac" (Məhəmmədhüseyin Yusifzadə), "Armen" (Əli Qüdrəti), "Ava" (Vahik Ohancanyan), "Kraun" (Hamu Davudi), "Şölə" (Seyidəli Hüseyni), "Suas" (Hüseyn Şadi), "AMO Kimya" (Nadir İrani, Vəhid Nəhavəndiyar), "Nahid" (Möhsüm Fərşbaf), "Səba Saha" (Rza Nafəzi), "Petrocəm" (Cəlil Heydəri), "Derəxşan" (İsmayıl İbrahimi), "Şahsuvari" (Rza Şahsuvari), "İzorof" (Təhmuraz İmani), "Rizşin" (Əli Əzhəri), "Elivoud" (Hüseyn Şeybani), "Tirkaran" (Məhəmməd Ənsari), "Mələki" (Hüseyn Mələki), "Luba" (Əli Azad Əfruz), "Nardino" (Siyamək Boləndi), "Kultrom" (Səda Allahverdiyan), "Şadan" (Şəhruz Hüseyni), "Sunesar" (Nasir Ətayi), "Suzan" (Behruz Caznəgu), "Növcavan qardaşları" (Cavad Növcavan), "Tatyo" (Arlen Davudyan), "Şahinans" (Vahik Şahinans), "Roberto" (Rubik Minasyan), "Arbi" (Varuj Ayvazyan), "Şahbaz" (Məhəmmədrza Baqeri), "Kyudot" (Rəhim Ali), "Ambret" (Pərviz Nüsrəti), "Bir" (Hadi Purradi Gərgəri), "Kondal" (Əsğər Fədai), "Aypeks Nur" (Əfşin Nəsiri), "Miyad" (Yunes Rezayi Əqdəm), "Paknam" (İsa İmami), "Marlik" (Əli Nəsirli Livarcani), "Şahab Səhənd" (Cavad Rəhimi Namdar), "Ərcümənd" (Əlirza Ərcümənd), "Livarcan" (Möhsün Cənabiyye), "Silis Şen" (Seyid Əbülfəz Səlili), "Minamesa" (Məhəmməd Eslami), "Nadir" (Nadir Kərimiyan Siyahrud), "Rand" (Rəhman Behruzi), "Trakliyan" (Həmid Xorrəmi), "Didar" (Əlirza Həlimi Təbrizi), "General Oil" (İbrahim Dadaşi Fərxəndi), "Aştarak" (Məhəmməd Əli Əsğəri), "Necati" (Yusif Necati), "Alişan" (Serjik), "Hadi" (Rza Hadi), "Zakeri" (Mənuçehr Zakeri), "Apada" (Əlirza Firuzməndi), "Olaks" (Yusif Çaleş), "Alfapetrolium" (Harut Aslanyan), "Sanir" (Katuziyan), "Biga" (Jerj Qədimi), "Arm Oil" (Hernik Darqukasyan), "Motoşop" (Rafiq Qarqusyan), "Raymond" (Raymond Tarverdiyan), "Harmik motor" (Harmin Manaseryan), "Şin Ezgim" (Əmir Əzhəri), "Əndişeyi İraniyan" (Əli Əlicanduxt), "Tun tun" (Serj Əmirxanyan), "Zöhrabyan" (Zöhrabyan qardaşları) və "Edko" (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur."

Qeyd edək ki, İranın "Part Saman Caal Ko" şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edilib.

Fransanın poliqrafiya məhsullarının çapı ilə məşğul olan "Cartor" şirkəti "Şuşanın azad olunmasının 20 illiyi", "Dağlıq Qarabağ Ordusunun yaranmasının 20 illiyi" və digər günlərdə Xankəndidəki nümayəndəliyi vasitəsilə sifarişlər həyata keçirib. Eyni zamanda Fransaya məxsus şirkətlər mebel və çaxır çəlləkləri sexləri üzrə ən çox gəlir əldə edən istehsalçıdır.

İngiltərənin mərkəzi ofisi Londonda yerləşən "Grand Thronton" beynəlxalq şirkətinin törəmə şirkəti olan "Grand Thronton Ermənistan"ın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın "Hayastan" fondu ilə əlaqələri hələ 2015-ci ildən məlum idi.

Çexiyanın "Metle Beyz" şirkətinin 127 milyon dollar investisiya qoyması barədə xəbərlər də çex mediasında yazılıb. 2015-ci ildən bu şirkət tam gücü ilə işləyir. Qeyd edək ki, 2014-cü ildə adıçəkilən şirkət işğal olunan ərazilərdə ən çox vergi ödəyən şirkət olub.

Dağlıq Qarabağda fəaliyyət göstərən İsveçrənin "Prok-mebel" (şirkətin məqsədi burada mebel istehsal etməkdi), Sərmayəsinin məbləği 10 milyon dollar olub) və İsveçrənin "Sirkon-Ermənistan" (mehmanxana və turizm sahəsinə 1,5 milyon dollar sərmayə qoyub)

Cənubi Koreyanın "Samsung" şirkətinin nümayəndəliyi də iki ilə yaxındır, Xankəndində fəaliyyətə başlayıb. Burada yerləşən nümayəndəlikdə məişət avadnlıqları, audio-video qurğular, "Hyundai" tipli yük maşınları və s. brend məhsullar satışa çıxarılıb.

Əldə olunan məlumatlara əsasən, Avstraliyanın "İnternational Base Metals Limited" şirkəti qanunsuz olaraq Azərbaycan ərazilərində ermənilərlə iş birliyi yaradıblar. İşğalçı ermənilərlə sövdələşən bu şirkət ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirərək bu təbii ehtiyatları Avropa bazarına çıxarmağa çalışır.

Livan hökumətində nazir olan Nikol Mişel Fattuşun qardaşı, "K-Telekom"un sahibi Pyer-Mişel Fattuş Azərbaycanın işğal altındakı ərazilərində mobil rabitə xidməti göstərən "Qarabağ-telekom"un direktorlar şurasının sədridir və onun ona məxsus olan "K-Telekom"şirkəti 10 ildən coxdur ermənilərə xidmət göstərir.

1990-cı illərdə Qarabağın "iqtisadiyyatı"nın inkişaf etdirilməsinə böyük investisiya qoyanlardan biri Vartan Sirmakes olub. İstanbulda dünyaya göz açan V.Sirmakes 17 yaşında İsveçə köçərək orada yaşayıb. 1990-cı illərdə o saat dizayneri Frank Müllerlə Qarabağa gələrək orada "Frank Muller" saat istehsalı müəssisəsi yaradırlar. Qarabağda istehsal olunan məhsullar əsasən Avropa ölkələrində satılırdı. Beləliklə onların illik gəlirləri 330 milyon dollar təşkil edirdi. Əldə etdiyi gəlirlərdən ruhlanan V.Sirmakes Ağdərə rayonunun Madagiz kəndi yaxınlığındakı su hövzəsini icarəyə götürərək qara kürü istehsal etmək üçün nərə balığı yetişdirməyə başladı. O, burada 50 nəfərlik iş yer yaratdı. Hesablamalara görə Madagiz balıq istehsalı müəssisəsi 2021-ci ildə gəlir gətirəcək. Proqnozlara görə hər il bu balıqyetişdirmə müəssisəsi ildə 30 ton qara kürü istehsal edilməlidir ki, bu da hər il 30 milyon ABŞ dolları həcmində gəlir deməkdir.

Separatçı siyasi - kriminal rejim Qarabağda mini su elektrik stansiyalarının tikintisinə xüsusi yer verirlər. Belə ki, son 14 ildə Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan 14 müxtəlif həcmli "Triqe-1", "Triqe-2", "Triqe-3", "Syunik-1", "Syunik-2", "Syunik-3", "Madagiz-1", "Madagiz-2" və s. mini su elektrik stansiyaları inşa edib. Bu stansiyalardan ən böyüyü Tərtər çayı üzərində yerləşən Sərsəng su elektrik stansiyasıdır. Sərsəng su elektrik stansiyası 2010-cu ildə fəaliyyətə başlayıb. Bu stansiyanın tikintisi üçün investisiya Ermənistanın "M-Enerqo" Zəngəzur mis-molibiden kombinatı tərəfindən həyata keçirilir. "M-Enerqo" kombinatının əsas pay sahibi İngiltərənin "Multicontinental" şirkətidir. Qarabağda istehsal edilən elektrik enerjisinin böyük bir hissəsi Ermənistana ötürülür. Hazırda Qarabağda 300 milyon kilovat saat elektrik enerjisi istehsal olunur. Erməni mütəxəssislər iddia edirlər ki, 2018-ci ildə Qarabağda elektrik enerjisinin istehsalı 450 milyon, daha sonralar isə 700 milyon kilovat saata çatdırıla bilər. İstehlak edilən elektrik enerjisinin 80 faizi Əsgəran-Şuşa-Laçın-Gorus sovetlər dönəmində inşa edilmiş yüksəkgərginlikli elektrik xətti ilə Ermənistana ötürülür.

Qarabağda Seva Xaçaturyan tərəfindən yaradılan "Karabakh Caret" firması qədim əşyaların və toxuculuq məmulatlarının satışı ilə məşğul olur. Məlumdur ki, 1992-ci ildən etibarən Azərbaycanın işğala məruz qalan 23 muzey və 4 şəkil qalereyasında qalan 100 mindən çox eksponatı ermənilər qənimət kimi ələ keçiriblər. Verilən məlumatdan belə çıxır ki, Ermənistan yaratdığı bu qondarma firma vasitəsilə Azərbaycanın milli mədəni dəyərlərini erməni məhsulları kimi xarici ölkələrdə satırlar. Mənbənin verdiyi məlumata görə "Karabakh Caret" firması iki ildə 600 milyon ABŞ dolları satışdan zəhmətsiz mənfəət əldə edibdir.

Xaçaturyan 2013-cü ildə Xocavənd rayonunun Çartar kəndindən, eləcə də Şuşa və Laçın şəhərlərindən əldə etdiyi 300 xalçanın xarici erməni diasporlarının təşkilatçılığı ilə satışından 270 milyon ABŞ dolları gəlir əldə edib. Qarabağ xalçalarının alıcıları əsasən Rusiya, Amerika və Avropa ölkələridir.

Özünü Türkiyənin "Beko" şirkətinin Ermənistan təmsilçisi adlandıran ED-SPO şirkətinin "beko.am" veb-səhifəsinə daxil olsanız görərsiniz ki, orada açıq şəkildə yazılıb ki, ED-SPO şirkəti "Beko", "Grundig", "Bloomberg", "İstikbal", "Libro" kimi markaların rəsmi və eksklüziv distribyutorudur. Elə həmin məlumatda qeyd olunur ki, bu şirkətin təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da mağazalar şəbəkəsi mövcuddur.

"Lincy" (ABŞ), "First Dynasty Mines", "Sterlite Gold Ltd", "Grand Tobacco" (Kanada), "Akopian", "Vartanian", "Framation", "Mak-Mak Adams", "Pemod Richard" (Fransa), "Siemens", "Schnieder" (Almaniya), "Simon Petrolium Technology" (Böyük Britaniya), "Zvezda" (Rusiya), "Patrex" (Portuqaliya), "Franck Muller", "Andre Group", "Alpoto" (İsveçrə), "Australia Nairi Ltd", "Tida Joint Venture" (Avstraliya), "FKX" (Argentina), "Karabagh Telecom", "Shusha" (Livan), "Thomson" (Niderland), "İntracom" (Yunanıstan) "Mc and Co" (Kipr), "Gideon Richter), (Macarıstan), "Cochrane Pond" (Kanada), "Santa Candelaria" (Çili) və digərlərini misal göstərmək olar. Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800$ investisya qoyulur, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb olur.
OXŞAR MÖVZULAR