Impera

XƏBƏR LENTİ
14:10Gədəbəyin keçmiş icra başçısı və təhsil müdirindən xanım jurnalistə ölüm TƏHTİDİ - işə hüquq mühfizə orqanları qarışdı13:49SOS: Yollar buz bağlayacaq, qasırğa, çovğun olacaq – Nazirlik vaxtı açıqladı13:41Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik etdi13:38Ramil Usubov Ismayıllı rayonuna polis rəisi təyin etdi13:33“Azərbaycanla anlaşmağın yolunu tapmaq lazımdır” – Naira Zohrabyan13:30İsrail İrana MÜHARİBƏ ELAN EDİR - 3 cəhbədən döyüş başlayacaq13:28Sərhədlərimizdə raket anbarları ÜZƏ ÇIXDI: Ermənistan bu istiqamətdə HÜCUMA HAZIRLAŞIR - ŞOK VİDEO13:25Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ:01:33Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı01:22Gürcüstan qasırğaya əsir düşdü - tufan Azərbaycana yaxınlaşır -/Foto01:16Nazirlər arasında Qarabağ razılaşması - XİN-dən açıqlama01:13“Müharibəyə hazırlaşın!” XƏBƏRDARLIĞI EDİLDİ: Azərbaycan sərhədlərində DƏHŞƏTLİ SSENARİ01:07Prezident sərəncam imzaladı16:19“Azəriqaz”: Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq16:07Ramil Usubovdan ciddi kadr dəyişikliyi – Sumqayıt və Gəncə şəhər Polis rəisləri işdən çıxarıldı15:40İlham Əliyev “SOCAR karbamid”in açılışında iştirak etdi (FOTOLAR/YENİLƏNİB)15:23Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ13:34Deputat Hadı Rəcəblinin yaşına, başına yaraşmayan slavyan xanımla SICAQ rəqsi – VİDEO13:27AzTV-nin sabiq sədri Alışanovu bitirən səbəblər - Şikayətlər, hərc-mərclik, koorrupsiya VƏ NƏLƏR13:19İşdən çıxarılan AzTV-nin sədri Arif Alışanovu qızının dəbdəbəli toyundan görüntülər - FOTOLAR13:15"Azərsun Holdinq"də kütləvi ixtisarlar: layihələr dayandırıldı, 100-ə yaxın işçi etirazlara başladı13:13Pensiyaçılara şad xəbər: artımların veriləcəyi vaxt açıqlandı (RƏSMİ)12:50SON DƏQİQƏ: Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Xatirə İslamın ölüm xəbəri yayıldı11:06Prezident Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında11:03“Qarşıdurma davam etsə, bu regionu Rusiya qazanacaq” – Müsahibə11:00“Qarabağda vuruşanlar canidir?” – Ohanyandan Paşinyana…10:58Yeni müharibənin cəbhələri hazırdır: Rusiya və Türkiyə Aralıq dənizində...10:56Paşinyanın azərbaycanlıların şəhərinə təcili səfəri: Bakıya qarşı gizli ittifaq qurulur? - TƏHLİL10:54ABŞ-dan GÖZLƏNİLƏN zərbə gəldi: 2 həftə ərzində... - İran ballistik raketləri...10:43"Mən meyxana deyəndə Namiq Qaraçuxurlu xiyar satırdı" - Meyxanaçıdan SƏRT SÖZLƏR10:39Baş nazirdən iki institutla bağlı QƏRAR10:37Yanvarın 17-də uşaqları bağçaya aparmayın - XƏBƏRDARLIQ11:26“Səhliyalının min bərəkət, halal nemət"i əhalini zəhərləyir - Haram ət, siçan quyruğu və nələr…11:16Azərbaycanda 17 nəfər vəzifəsindən azad edildi - RƏSMİ11:05Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi13:22Prezident və xanımı yeni xəstəxananın açılışında (FOTO)13:19Nikol Paşinyan Ermənistanın baş naziri təyin edildi13:18İslahatlar başlayır: Bu nazirlər və komitə sədrləri işsiz qalacaq13:10Xətai Rayon Polis İdarəsi bu şəxslə bağlı əhaliyə müraciət etdi – FOTO13:08Abşeronda maskalı şəxslər "Bazarstore"a silahlı basqın edib – Yaralılar var11:25Trampın tviti: "Türkiyəni məhv edərik" - Ərdoğanın sözçüsündən cavab11:22Fazil Məmmədovun taleyini həll edən qərar - onu bağışlamaq olmaz!11:20Rusiya Paşinyanı yox edəcək - Ermənistanı gözləyən dəhşətli ssenari üzə çıxdı11:19DİN maşınlarını satışa çıxardı (QİYMƏTLƏR)10:35Binəqədidə DƏHŞƏT: Yerli sakin üstünə benzin toküb özünü polis bölməsinin qarşısında yandırdı14:43Tərtərin icra başçısından prezident sərəncamına SAYQISIZLIQ : 27 min manatlıq qalmaqalın GİZLİNLƏRİ - VİDEO14:32Neft şirkətində qalmaqallı oliqarxı İsgəndər Şirəli hökumətə meydan oxuyur - TƏFƏRRÜAT13:06Zamanı yetişən Mikayıl İsmayılov - SOCAR vitse-prezidentinin fəaliyyətində yoxlamalar başlatıldı12:36Möhtərəm qanun keşikçisi Zakir Qaralovun ÖZƏL GÜNÜ12:20Kriminal avtoritet restorandan BELƏ QAÇIRILDI - VİDEO + FOTO12:12ABŞ-ın hədəfini açıqladı: İran yox ediləcək12:10Ermənilərdən Qazax istiqamətində təxribat12:08Anti-Azərbaycan qüvvələrinin yalan təbliğatı uğursuzluqla nəticələndi - RƏSMİ AÇIQLAMA12:05Paşinyanı devirmək istəyən general Qarabağa qaçdı13:16Rəsul Quliyev bu villada yaşayır: əsl "bədbax"ın gerçək siması - FOTO13:11Azərbaycan nefti kəskin bahalaşdı13:09Sensasion iddia : Çirkin plan deşifrə oldu – Bu müsəlman dövlətləri Türkiyəyə qarşı İsraillə birləşdi13:07Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi - hüquq-mühafizə orqanları hərəkətə keçdi13:02SOCAR-ın vitse-prezidenti vəzifəsini itirdi - çoxsaylı pozuntular və mənimsəmələr oliqarxı bitirir12:58“Ərdoğan Boltonu alçaltdı, biz yemək istəmədiyimiz şapalaqı yedik” – ABŞ-ın keçmiş müdafiə naziri12:56İlham Əliyev sərəncam imzaladı12:54Zakir Qaralov bu prokurorların yerini dəyişdi15:05Bakıda güclü partlayış: ölənlər və ağır yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO13:45Səfər Mehdiyevə istefa səbəbi: "Cənab Prezident, bizi xilas edin!" - MÜRACİƏT12:14Ramiz Mehdiyev 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planını təsdiqlədi12:13Abid Şərifov: “Hansı hökumətdə 23 il eyni vəzifədə işləmək olar?!” – MÜSAHİBƏ12:09GDU-da talançı prorektor Fəxrəddin Həsənov kimdir? – FAKTLAR11:57Bərdənin Əyricə kəndindəki “su pəri"ləri - Əxlaqsızlıq yuvasından reportaj11:46Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları niyə tərk edir? - ŞƏRH11:45Amerikalılar şokda - Azərbaycanlı istedadın uğurları ABŞ-ı silkələdi01:59Nərimanov icrada RAZBORKA: Şamar İbadovla deputatın qardaşı oğlu Qarabağ əlilini döyüb, xəstəxanalıq etdi – VİDEO01:39Gömrük postunun rəisi və daha 3 vəzifəli şəxs həbs olundu - SON DƏQİQƏ01:37Bakının 4 rayonunun polis rəisi işdən çıxarıldı: Ramil Usubov əmr imzaladı01:35Minlərlə insana sevindirici xəbər - Prezident sərəncam imzaladı01:14SOCAR: “Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır”12:38Rüstəm İbrahimbəyovun “azart oyunu" - Milli kimliyə qarşı çevrilən Rüstəm bəy12:29İrəvan rayonları qaytaracaq, Moskva zəmanət verəcək - Arkov12:19ARDNF-nin ötən il valyuta hərraclarında satdığı dollar 1,8 dəfə artıb (FOTOLAR)12:05Ərdoğanı sarsıdan ölüm xəbəri12:03Azərbaycanda dollarla bağlı mühüm AÇIQLAMA - RƏSMİ10:22Un bahalaşdı: çörəyin çəkisi azaldıldı qiyməti ... - SON DƏQİQƏ10:125 rayonun qaytarılması və Qarabağın... - Politoloq bütün sirləri ortaya çıxardı10:10Putin hərbi rütbəsini açıqladı - VİDEO19:178 min insana ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı18:59SİLAHLI QİYAM – Həbs olunanlar var (Yeniləndi) (VİDEO)18:56Qənirə Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışdı18:53PENTAQONLA ROTŞİLD AİLƏSİ ARASINDA SAVAŞ DƏRİNLƏŞİR – Gizli müşavirlərin İran ssenarisi – ARAŞDIRMA18:45Elektromobil inqilabı sərhədlərimizə çatıb –Ekspert maraqlı statistik məlumatlar açıqladı18:29“Xatunu da, Günayı da çırparam” – Roza qəzəbləndi (qalmaqal)18:25Amerikanın məşhur eksperti:“MOSKVA AZƏRBAYCANI ƏLDƏ EDƏCƏYİNƏ ƏMİN OLSA, ERMƏNİSTANI SATACAQ” – Müsahibə18:15Pensiyaların artımla veriləcəyi vaxt açıqlandı11:38Poroşenko CNN TÜRK-ə müsahibə verdi - "Ərdoğana minnətdarıq"11:34Azərbaycanda daha bir məmur işdən çıxarıldı: cinayət işi açıldı11:31Fazil Mustafa: “Bunun bir adı var - vəhşilik!”11:25Azərbaycanlı iş adamına dəhşətli sui-qəst - mühafizəçisi öldürüldü, özü və oğlu isə...11:21Frank Riberi qəzəbləndi:"Sizin ananızı, nəslinizi..." - 1200 avroluq qızarmış ət qalmaqalı - VİDEO11:11Ermənistan ordusu böyük itki verdi: İrəvan qorxu içində11:08Penitensiar Xidmət Mehman Hüseynov barədə məlumat yayıb00:43Türkiyə və Rusiya razılaşdı: Əsədə sərt xəbərdarlıq00:37Yeni ilin ilk günlərində bu məhsullar bahalaşdı
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycanlı iş adamına dəhşətli sui-qəst - mühafizəçisi öldürüldü, özü və oğlu isə...

07 yan 2019, 11:25   
Azərbaycanlı iş adamına dəhşətli sui-qəst - mühafizəçisi öldürüldü, özü və oğlu isə...Rusiyada azərbaycanlı iş adamına qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, hadisədən sonra Azərbaycana qayıdıb və burada həbs edilib. Sui-qəsdin digər iştirakçısı isə Rusiyada həbs edilib.

Musavat.com xəbər verir ki, "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovski regional bölməsinin sədri Hüseynov İslam Rövşən oğlunun mühafizəçisini öldürməkdə, özünü isə öldürməyə cəhddə ittiham edilən 1977-ci il təvəllüdlü Salyan şəhər sakini Bağırov Ramin Ramiz oğlunun məhkəməsi keçirilib.

Ramiz Bağırov Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə), 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.2.1-ci (odlu silah gəzdirmə) maddələri ilə ittiham edilib.

İttihama görə, Ramin Bağırov qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edərək başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə digər şəxsi qəsdən öldürüb. Həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında iki şəxsi başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən həyatdan məhrum etməyə cəhd edib.

Belə ki, Ramin Bağırov qohumu Nahid Zahidovla birlikdə plan quraraq "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovski regional bölməsinin sədri İslam Hüseynovu öldürmək istəyiblər.

Bu sui-qəsd planı Nahid Zahidov tərəfindən təklif olunub. İslam Hüseynov Nahid Zahidovun iş və ticarət əlaqələri ilə bağlı təklifini qəbul etmədiyi üçün aralarında mübahisə yaranıb.

İslam Hüseynovdan kobud cavab alan Nahid Zahidov şəxsi düşmənçilik zəminində onu öldürmək qərarına gəlib.

Nahid Zahidov İslam Hüsynovun mühafizəçilərlə gəzdiyinə görə bunu təkbaşına edə bilməyəcəyini düşündüyündən Ramin Bağırovla bu işi görməyi planlaşdırıb.

İstintaqla müəyyən edilib ki, Ramin Bağırovun və Nahid Zahidovun birgə planına əsasən onlar ilk olaraq Moskva şəhərində "VAZ 21065" markalı "E931OP199" dövlət qeydiyyat nişanlı avtomobil əldə ediblər.

Həmin avtomobillə Rusiyanın Ulyanovsk vilayətinə gəliblər. İslam Hüseynovu öldürmək üçün uyğun yeri, şəraiti müəyyən etməkdən ötrü bir neçə gün onu izləyiblər.

Onlar qanunsuz olaraq "İJ-78-7,6" və "6P42" modelli qaz tapançalarından kustar üsulla hazırlanmış iki ədəd odlu silah hesab edilən tapança, patronlar, səs boğucuları əldə edib maşında gizlədiblər.

Planın davamı olaraq "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovsk regional bölməsinin binasına gələrək katibədən İslam Hüseynovun işə gəlmə vaxtını öyrəniblər.

İstintaq müəyyən edib ki, hər iki şəxs 11 sentyabr 2012-ci il tarixdə saat 12:20 radələrində İslam Hüseynovu izləyib, mühafizəçisi İqor Beznosyuk ilə işə gəldiyini görüblər.

Ofisə gələrək əvvəlcə İqor Beznosyukla danışıb və İslam Hüseynovla görüşmək istədiklərini, maddi yardım almaq üçün gəldiklərini deyiblər. Mühafizəçi onları İslam Hüseynovun otağına dəvət edib.

Onlar otağa daxil olarkən əvvəlcə mühafizəçiyə 7 dəfə atəş açıblar. İqor Beznosyuk döş qəfəsindən, boyun, çiyin və sifət nahiyələrindən aldığı güllə yaraları ilə yerindəcə keçinib.

Daha sonra Nahid Zahidovla İslam Hüseynov əlbəyaxa olublar.

İstintaq müəyyən edib ki, bu zaman Ramin Bağırov İslam Hüseynovun baş nahiyəsindən silahla vurmaq istəyib. Lakin silahda patron qurtardığından atəş aça bilməyib. Bu zaman silahla onun baş nahiyəsinə zərbələr endirib.

İslam Hüseynovun dəhlizdə olan oğlu Rövşən Hüseynov və onun dostu Amil Hüseynov silah səsləri eşidərək otağa qaçıblar.

Rövşən Hüseynov və Amil Hüseynov hücum edən şəxslərin silahlarını əllərindən almağı bacarıblar. Ramin Bağırov cibində olan bıçağı çıxararaq Rövşən Hüseynova hücum edib.


Bıçaqla Rövşən Hüseynovu vurmaq istəyərkən Amil Hüseynov stulla onun baş nahiyəsindən vurub. Bundan sonra Nahid Zahidov və Ramin Bağırov hadisə yerindən qaçıblar.


Ramin Bağırov elan olunmuş ittihamla özünü təqsirli iblməyib. Deyib ki, qohumu Nahid Zahidovla İslam Hüseynovun yanına gedib. Həmin vaxt İslam Hüseynov və adamları Nahid Zahidova hücum edib. Ramin Bağırov özünü müdafiə edərək oradan qaçdığını və Azərbaycana qayıtdığını deyib.

Bildirək ki, Nahid Zahidov hadisədən bir müddət sonra Moskvada həbs edilib. Ramin Bağırov isə Azərbaycana qayıtdıqdan bir neçə il sonra saxlanılıb.

Ramin Bağırov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR MÖVZULAR