7 saylı Doğum Evində rüşvət kabusu – “ya pul ver yada öl” – VİDEO

Analıq xöşbəxtliyinə nail olmaq qadınların demək olar ki, ən böyük arzusudur. Amma bu gün analıq sevincini yaşamaq o qədər baha başa gəlir ki…

Rüşvətin fəsadları 

Dövlət səhiyyə müəssisələrində digər tibbi xidmətlərlə yanaşı, qadınların hamiləlik dövründə və ondan sonrakı müddətdə müayinəsi, uşağın dünyaya gətirilməsi qanunla pulsuz olsa da, bu prosedurları keçmək üçün rüşvət tələb olunur. Elə bu səbəbdən də qadınların çoxu hamiləlik dövründə qadın məsləhətxana-larına getmirlər. Tibb müəssisələrində rüşvət faktoru Azərbaycan ailələrində uşaqların xəstəlik və fiziki qüsurlarla doğulmasına da təsir göstərir. Gələcək anaların hamiləlik dövründə tibbi müayinədən keçmə-mələri sonradan problemlərin yaranmasına yol açır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycan qadınlarının 60-80 faizi hamilə olduqları müddətdə məsləhətxanalara getmirlər. Bu isə onların gələcək övladlarının fiziki və əqli qüsurlarla dünya-ya gəlməsinə və ölümünə səbəb olur. BMT-nin və başqa beynəlxalq qurumların məlumatına görə, Azər-baycanda dünyaya ana və körpə ölümünün səviyyəsi hələ də yüksək olaraq qalır. BMT Əhali Fondu mütəxəssislərinin qənaətinə görə, ölkədə hamiləlik və doğuş zamanı baş verən neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsinə ciddi ehtiyac var. Bunun üçün hamilə qadınlar müt-ləq tibbi və genetik müayinələrdən keçməlidirlər.

Pulu hazırlayın

Görəsən hamilə qadınlarımızı qadın məsləhətxanalarından yan qaçmağa məcbur edən səbəb doğurdan-mı rüşvət faktorudur? Bu suala aydınlıq gətirmək məqsədilə Azerinfo.az olaraq üz tutduq bir neçə qadın məsləhətxanasına. Əvvəlcə yolumuzu 7 saylı doğum evinin qadın məsləhətxanası şöbəsindən saldıq. Burada ginekoloji ka-binetlərin qarşısında gözləyən hamilə qadınlarla söhbətləşib, müayinələrdən keçmək üçün pul tələb olu-nub-olunmadığını öyrənməyə çalışdıq. Südabə adlı xanımla söhbətdənı öyrəndik ki, əslində tibb müəssi-səsi pulsuz xidmət göstərsə də, hər müayinənin öz haqqı var: “Hamiləsinizsə, ilk növbədə qandakı infeksi-yaların təyini üçün analiz verməlisiniz. Bu laborator müayinənin qiyməti 35 manatdan başlayır. Daha son-ra xəstə qanda şəkərin, hemoqlobinin təyini üçün laborator müayinədən keçir. Bu analizlərə görə isə 4-8 manat tələb olunur. Qanda laxtalanmanın səviyyəsini dəqiqləşdirmək üçün isə ödəniş lazımdır. Daha sonra hamilə qadın nəcisdən və sidikdən analizlər verməlidir. Qadın məsləhətxanalarının nəzdində fəaliy-yət göstərən laborotoriyada 5 manat bu analizlərə görə alınır. Yaxmanın mikroskopiyasının qiyməti isə 10 manatdır. Hamilə qadının “Ultrasəs” (UZİ) müayinəsindən keçməsi üçün isə 15-30 manat arası pul tə-ləb olunur”.

Həmsöhbətimin dediyinə görə, bu yoxlamalardan keçdikdən sonra ana olmağa hazırlaşan qadın təkrar ginekoloqun yanına gedir. Laborator müayinələrin nəticələrinə görə, resept yazan həkimə ən azı 20 ma-nat “hörmət” edilməlidir.

“Reaktivə pul veririk” 

“Başına gələn başmaqçı olar” deyən Gülmirə adlı qadın artıq ikinci dəfədir ki, burada tibbi personala pul payladığını bildirdi: “Qiymətləri əzbərləmişəm. Pul verməsən də keçinmək olmur. Bu elə bir məsələdir ki, söhbət uşağın gələcək taleyindən gedir. Analizə pul verməsən dilləri ilə deyirlər ki, səhv çıxaracağıq. “UZİ” həkiminə hörmət etməsən, uşağın başının, çəkisinin ölçüsünü demir. Naəlac qalıb istəyənə “hör-mət” edirik ki, əziyyətimiz heçə çıxmasın. Amma elə qadınlar tanıyıram ki, pulu olmadığına görə, qadın məsləhətxansına gəlib vaxtı-vaxtında yoxlana bilmir. Belələrinin də bətnindəki körpə ya 9 aya çatmır, ya-xud da ölü doğulur”.

Qeydiyyat əngəli 

Hamilə qadınlarla söhbət zamanı onu da öyrəndik ki, müayinələr üçün pul vermədikləri təqdirdə qeydiyyata almırlar. Aynur adlı xanımın sözlərinə görə, belə halda hamilə qadını məcbur edirlər ki, pasport qeydiyyatında olduğu ünvanda qeydiyyata düşsün. Bu isə çox vaxt mümkün olmur. Bəzilərinin Bakıda qeydiyyatı yoxdur, ona görə də, məcbur olub müayinə, qan analizləri üçün tələb olunan məbləği ödəyirlər.

Faktlar var, sübut var, Səhiyyə Nazirliyi susur

Beləliklə bir hamilə qadının lazımi tibbi müayinələrdən keçməsi üçün nə qədər pul tələb olunduğunu ki-çik araşdırma zamanı üzə çıxartdıq. Amma xatırladaq ki, “Hamiləliyin Təqib Proqramı”nın tələblərinə gö-rə, hamilə qadın hamiləliyi təyin olunduğu gündən başlayaraq, bu dövrün başa çatdığı zamana qədər müayinələrə cəlb olunmalıdır. Beynəlxalq standartlara görə, hamilə qadınların bu müddətdə müayinələr-dən keçməsi üçün həkimə müraciət sayının ən azı 9 dəfə olmasını nəzərə alsaq, xərc 9 dəfə böyüyür. Yu-xarıdakı məbləğlə 9 dəfə müayinə üçün həkimə müraciət edən hamilə qadın bu dövr ərzində 820 manat 40 qəpik xərcləməlidir. Amma bu məbləğ yalnız dövlət səhiyyə sisteminin müəssisələrində laborator analizlərə tələb olunur.

Bu günki yazıda sizə qeydiyyat və UZİ otaqlarındakı qanunsuzluqlarla bağlı 3 vudeosüjet yayınlamışıq.

Bundan əvvəl “20 yanvar”da2 yerləşən “Respublikanski” xəstəxanadakı rüşvətlə , Kürdəmir Xəstəxanasında anoloji halla bağlı videolara Səhiyyə Nazirliyi cavab verməyib. Sorğu göndərmişik, süjet çəkmişik cavab yoxdur.

Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 17-ci maddəsində” deyilir: Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılımış tibbi yardımla pulsuz təmin olunur”. Nazirliyinin tabeçiliyində olan bütün səhiyyə ocaqlarında hamiləlik müddətində və doğuş zamanı pulsuz yardım göstərilməlidir. Hamiləliyin təyini, laborotor təhlillər və diaqnostik müayinələr, doğuşa hazırlıq məqsədilə istifadə olunan dərman və tibbi sərflər, keysəriyyə əməliyyatı və ağrısız doğuş zamanı cərra-hın, mama-ginekoloqun, həkim neonatoloqun və bu prosesdə iştirak edəcək tibbi personalın əmək haq-ları, bu proqrama daxildir. Bəs onda niyə vətəndaşlar 7 saylı doğum evinin qadın məsləhətxanası şöbəsində soyulur?

Sual Oqtay Şirəliyevədir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.