Impera

XƏBƏR LENTİ
14:17Mülkləri Çexiyadan Dubaya, Cəlilabaddan Bakıya qədər uzanan biznesmen deputata seçki EMBARQOSU - bele deyirler13:10NBC bankın sahibi Nuru Əliyevlə, Həmid Mirzəyevin bahalı maşınları və dəbdəbəli həyatı13:02Şəki İH-dən ölkənin Birinci vitse-prezdentinin göstərişinə biganəlik - şikayət12:10İran millət vəkili Tehranda “Azərbaycan” şeirini səsləndirdi – Video11:46İcra başçısının müavini Səfa Ağayev göstəriş verdi - Dövlət Müstəqillik Günü olmayacaq, qapıları bağlayın idmanşıları qovun11:32DİN və Baş Prokurorluq Saatlıdakı qətllə bağlı birgə məlumat yaydı - Təfərrüat11:29Zakir Həsənov Raket və Artilleriya birləşmələrini hərəkətləndirdi - VİDEO11:26ABŞ Rusiya ilə nüvə müqaviləsindən çıxdı - Tramp Moskvanı sazişi pozmaqda ittiham etdi11:11Əli Həsənov: “Müharibə yenə günahsız insanların qanı bahasına başa gələcək"11:08Azərbaycanın dövlət məmuru Fransada hektarlarla torpaq alıb (FOTOLAR)15:004 kişi 4 qadını götürüb restorana getdi, sonra polislər gəldi və... - ŞOK HADİSƏ14:57Keçmiş MTN-çilər vaxtından əvvəl azadlığa buraxılmayıb - prokurorluq məlumat yaydı12:07DİN-dən əməliyyat - 90 nəfər saxlanıldı11:23Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub - FOTOLAR11:13Şamaxılı “Ampa” və digər Məcidovların dönəmi bitir – Milyonlarla var-dövlətin sahibləri təşvişdə10:53ABŞ-da Araz Ağalarovun hesabları DONDURULDU10:47Azərbaycanda “Aİ-92” markalı benzinlə bağlı qərar verildi17:55Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”17:52Əliyev və Ərdoğan STAR zavodunun açılışında - video17:44Novruz Məmmədov nazirləri topladı17:42Azərbaycanda DƏHŞƏTLİ OLAY: valideynlərinin başını kəsdi, 15 yaşlı qızını və oğlunu isə...14:47Paşinyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Azərbaycanla operativ əlaqəmiz var14:17İlham Əliyev sərəncam imzaladı14:12Vidadi Zeynalovun kadrı Ceyhun Cəfərovdan hesabat iclasında 18+ söyüşlər13:17Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq - RƏY12:28Türkiyədəki meqalayihəmiz açılır: Prezidentlərin iştirakı ilə keçiriləcək açılış mərasim fəaliyyətə başlayacaq12:19Ramil Usubovdan Bakı şəhər Baş Polis İdarəsinə YENİ TƏYİNAT12:13SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb18:56DTX əməliyyat keçirdi: Xarici casus həbs edildi (FOTO)17:56İŞİD 700 nəfəri əsir götürüb, içlərində ABŞ vətəndaşları da var - PUTİN AÇIQLADI16:54Abşeron işıq idarəsindən müdhiş DƏLƏDUZLUQ - 50 qəpik əməliyyatı16:20Cəlilabadda məmur içkili halda maşını aşırdı, ÖZÜ ÖLDÜ02:23Bərdədə xaos - icra başçısının obyektləri, bağ evləri, imarətləri və imtina edilən şəhid anaları15:25Tanınmış həkim və ictimai xadim Rəşid Mahmudov reanimasiyaya yerləşdirildi15:20BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR16:14Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan14:09Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...14:04“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI12:35SON DƏQİQƏ:: Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi00:14TƏCİLİ: İcra başçısının müavini vətəndaşları döyüb ağır xəsarətlər yetirdi - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ (VİDEO)00:09Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat15:13Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK12:56AAF-nın prezidenti Qüdrət Nuriyevlə müsahibə12:51Öldürüb meyitini asdılar - Qarabağda erməni əsgərinin dəhşətli qətli12:49Sərkisyanın gizlədilən səfəri – Kremldəki görüşün pərdəarxası17:49DİN-dən əməliyyat - 102 nəfər saxlanıldı13:47Birinci xanım prezidentin xəyanətindən DANIŞDI - FOTO13:40AMEA-da kütləvi ixtisarlar başladı - Təfərrüat13:26İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var11:01ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA10:54Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olundu01:09DİM-ə və Təhsil Nazirliyinə ağır ittiham: Niyə şagirdlərin taleyi ilə oynanılır?18:58“Məzarı hazırladıq, gəlin...” – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO18:54Xalq artisti ilə Röyanın ilk dəfə intim görüntüləri yayıldı- O HƏR ŞEYİ ETİRAF ETDİ - FOTOLAR18:37DTX-nin tutduğu şantajçı jurnalistlər haqqında qərar verildi – hədə qorxu, rüşvət, intim və nələr...Video18:27Prezident tanınmış jurnalistlə bağlı göstəriş verdi10:49Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək10:47On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi - Əli Həsənov yazdı10:31Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı13:54BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətin görüntüləri yayıldı - VİDEO13:51Korrupsaner Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir - daha bir məmur Eldar Əzizovun hədəfində12:53SOS: Uşaqları oğurlayan, orqan mafiyası ilə məşğul olan qadının FOTOSU YAYILDI00:16Lənkaran icra başçısı Taleh Qaraşovdan şəhidə hörmətsizlik: Yasına getmədi, köməklik belə etmədi, anasını tək qoydu - Rəzalət!!!21:37ADPU-NUN AĞCABƏDI FILIALINDA KORRUPSIYA - Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir21:30SON DƏQİQƏ: Hacı Mazan saxlanıldı və... - iş adamının ölkədən çıxışına qadağa qoyuldu21:20Bakı gömrüyü rəisi Kənan Məmmədov Prezidentə qarşı - KARANDAŞ ƏMƏLİYYATININ ŞOK GİZLİNLƏRİ20:29İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM20:25Prezident 4 sərəncam, 1 fərman imzaladı14:02Saxta cərəncam və qərarlar - Ceyranbatan bələdiyyə sədri bu qanunsuzluqları icra hakimiyyətinə bağlayır12:58Taksi sürücüləri ilə polis arasında əlbəyaxa dava – Saxlanılanlar var – Fotolar12:53Sərkisyana xəyanət edən partiyası Paşinyanın tərəfinə keçdilər12:43DİN əməliyyat keçirdi: 36 həbs edildi12:41Almaniyadan hökuməti: Dağlıq Qarabağ və 7 rayon Azərbaycan ərazisidir12:24İcra başçısının ətrafında həbslər başlatıldı - Qanunsuz tikililərə görə saxlanılanlar var02:26SOS: OVÇULAR, FLAQMAN, ROSKO kolbasalarında dəhşətli xəstəliklər aşkarlandı – Video01:52Azərbaycan 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvan təşvişdə - VİDEO01:45"Bunu edənlərin vicdanı, imanı yoxdur" - İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm qərar01:43Nazir İlham Əliyevdən kömək istədi: "Dəstəyinizə ehtiyacım var"14:51Həbsdə olan Baş redaktorun atası Prezidentə müraciət etdi-oğlumu şərləyərək həbs etdirdilər14:28Saxta diplomlu, fərari RİH müavini Rövşən Əhmədovun Ağcabədidəki fəlakəti - narazılıq13:40İran hökümətindən azərbaycanlı Zəhrəya biabırçı höküm - zorlanıb edam olunsun12:54Tanınmış vəkil və sabiq millət vəkili arasında təhqiramiz qovğa - skrinşotlar12:47Lotu Quli Türkiyədə həbs edildi - yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək (rəsmi)12:27Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı12:24Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə12:22Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR12:19Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI12:16İlham Əliyev nazirləri topladı17:48Xırdalanda yol çökdü - Yük maşını çuxura düşdü (dəhşətli anlar)16:44Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR16:41Putindən ŞOK ADDIM: bunun üçün ordunu İrəvana YERİDƏCƏK - Qriqoryan AÇIQLADI12:07Dünyanın ən güclü hava qüvvələri: Ordumuz... - Siyahı11:24Oğlu polis bıçaqlayan Beyləqan təhsil şefinin 25 minlik şok əməliyyatı – İttihamlar/siyahı11:19Şəhid qardaşı Bərdədə ərşə qalxan zülmü canlı yayıma çıxardı: “ Cənab prezident, Vidadi İsayev qanımızı içir"11:03Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da15:45İlhamə Quliyevanın oğlu həbs edildi - EKSKLÜZİV15:38İlham Əliyev sərəncam imzaladı15:34Daha bir vəzifəli şəxs işdən çıxarıldı15:27Daşnaklar 100 ildir qurduqları “İŞĞAL PLANI”na başladı - İrəvandan ŞOK ADDIM13:50"Azərsu” əhaliyə çirkli su içirdir - Hesablama Palatasından ŞOK HESABAT
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Səbailin polis zabitinin cinsi azlıqla görüşən ailəli kişilərə - Şantaj oyunu

15 mar 2017, 09:18   
Səbailin polis zabitinin cinsi azlıqla görüşən ailəli kişilərə - Şantaj oyunu
















Hədə-qorxu yolu ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Zamir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Zamir Hüseynov Cəbrayıl rayonunda anadan olub və ali təhsillidir. O, həbs olunana kimi Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib.
Zamir Hüseynov həmin vəzifədə işləyən zaman Dəmirova Ayla Altay qızının qəsdən öldürülməsi faktı üzrə Səbail rayon prokurorluğunda Şahlar Əliyevin haqqında Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) və sair maddələri ilə ibtidai istintaqı aparılan 150026054 nömrəli cinayət işi üzrə araşdırma aparıb.
O, 29 iyun 2015-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat tədbirlərini həyata keçirib. O, vəzifəli şəxs kimi qətlə yetirilən Ayla Dəmirovanın istifadəsində olmuş mobil telefonun yaddaşında olan nömrələrə baxış keçirib.
Ailəli kişiləri rüsvay etməklə hədələmək
Baxış əsasında Zamir Hüseynov Bakı şəhər sakinləri Emil Babayev (cinayət işində adı keçən bütün zərərçəkmişlərin adı və soyadı şərti göstərilib - red.) və digər şəxsləri 2015-ci ilin iyul ayı ərzində işlədiyi Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin inzibati binasındakı xidməti otağına dəvət edib.
Zamir Hüseynov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özündə olan məlumatlar əsasında dəvət olunan şəxslərin ailəli olmalarını onlara bildirib və cinsi azlıqlara mənsub olan Ayla Dəmirova ilə telefon və sosial şəbəkə vasitəsi ilə tanış olmaqla əlaqə saxladıqlarına və intim əlaqədə olduqlarına görə barələrində bununla bağlı rüsvayedici məlumatlar yaymaqla hədələyib.
Zamir Hüseynov iyulun 1-də Emil Babayevi polis bölməsinə dəvət edib. Həmin gün Emil Babayevi xidməti otağında qəbul edən polis zabiti onun haqqında rüsvayedici məlumatlar olduğunu bildirib.
O, Emil Babayevin haqqında həmin məlumatların yayılmaması və telefon nömrəsinin Ayla Dəmirovanın telefonunun yaddaşından silinməsi üçün ondan 100 manat alıb.
Rüsvay olmaması üçün 800 manat verdi
Zamir Hüseynovun şantaj etdiyi növbəti zərərçəkmiş Samir Əliyev olub. Ayla Dəmirova ilə telefonda SMS-lə yazışan və görüşən Samir Əliyev polis zabiti tərəfindən şantaj olunub.
O, Samir Əliyevdən barəsində olan rüsvayedici məlumatların sosial şəbəkədə yayılmaması üçün 1500 manat tələb edib. Ailəli olan Samir Əliyev də biabır olmaması üçün Zamir Hüseynova iyulun 7-də 800 manat verib.
Zamir Hüseynovun şantaj etdiyi növbəti şəxs Elçin Əkbərov olub. O, Elçin Əkbərovu iyul ayının əvvəllərində xidməti otağına çağırıb və onun Ayla Dəmirova ilə görüşdüyünü deyib.
700 manatla canını xilas edən kişi
Əvvəlcə Elçin Əkbərov cinsi azlığın nümayəndəsi olan Ayla Dəmirova ilə görüşməsini təkzib edib. Amma polis zabiti Elçin Əkbərovun Ayla Dəmirova ilə SMS vasitəsi ilə yazışmalarını qarşısına qoyub.
Bu zaman Elçin Əkbərov çıxılmaz vəziyyətdə qalıb və Ayla Dəmirova ilə bir neçə dəfə görüşdüyünü Zamir Hüseynova etiraf edib. Zamir Hüseynov onun ailəli olduğunu, ailəli ola-ola cinsi azlığın nümayəndəsi ilə görüşdüyünü sosial şəbəkələrdə yaymaqla hədələyib. O, Elçin Əkbərovdan 3 min manat verməsini tələb edib.
Amma Elçin Əkbərov ona 3 min manat verə bilməyəcəyini deyib. Nəhayət, Elçin Əkbərov polis zabitinə 700 manat verib və canını xilas edə bilib.
20 yaşlı oğlana 200 manatlıq şantaj
Polis zabiti Zamir Hüseynovun şantaj etdiyi növbəti zərərçəkmiş gənc oğlan olub. 20 yaşlı Fərda Məmmədov polis zabiti tərəfindən polis bölməsinə çağırılıb.
Orada dindirmə zamanı Fərda Məmmədovun Ayla Dəmirova ilə olan münasibətlərindən danışılıb. Fərda Məmmədov polis zabitinə 200 manat verməklə biabır olmaqdan xilas olub.
Bundan sonra həmin ay Zamir Hüseynov Rahib Məlikovu polis bölməsinə çağırıb. Onun Ayla Dəmirova ilə olan münasibətlərini ört-basdır etmək məqsədlə 1000 manat tələb edib.
Lakin Rahib Məlikov polis zabitinə bu qədər pul verməyə imkanının olmadığını bildirib. Aralarında olan söhbətdən sonra Rahib Məlikov 300 manat verməklə cinsi azlığın nümayəndəsi ilə adının hallanmasından xilas ola bilib.
Zamir Hüseynovun növbəti şantaj etdiyi Şəhriyar Səlimov olub. Polis bölməsinə çağırılan Şəhriyar Səlimovu Zamir Hüseynov xidməti otağında qəbul edib. Zamir Hüseynov Şəhriyar Səlimovun ailəli olduğunu, cinsi azlığın nümayəndəsi ilə görüşdüyünü, bununla bağlı SMS yazışmaları olduğunu deyib.
200 manata biabırçılığın qarşısını aldı
Əvvəlcə Şəhriyar Səlimov Ayla Dəmirovanı tanımadığını deyib. Ancaq polis zabiti Şəhriyar Səlimovun Ayla Dəmirova ilə görüşməsi barədə SMS yazışmalarını ortaya qoyub.
Bundan sonra çıxılmaz vəziyyətdə qalan Şəhriyar Səlimov Ayla Dəmirova ilə telefonla danışdığını, bir neçə dəfə onun evində olduğunu etiraf edib. Polis zabiti Şəhriyar Səlimovu Ayla Dəmirova ilə görüşməsi barədə məlumatları sosial şəbəkələrdə yaymaqla hədələyib, ondan 1000 manat verməsini tələb edib. Sonra Şəhriyar Səlimov bu məsələlərin üstünün bağlanması üçün polis zabitinə 200 manat verib.
Emir Yıldıza 2500 manatlıq şantaj
Zamir Hüseynovun növbəti şantaj etdiyi şəxs Türkiyə vətəndaşı olub. Ayla Dəmirova ilə görüşən Türkiyə vətəndaşı Emir Yıldız Bakıda özəl şirkətlərdən birində işləyib. Sosial şəbəkələrdən birində Ayla Dəmirova ilə tanış olan Emirin sonradan onunla telefon danışıqları olub. Ayla Dəmirovanın qətlə yetirilməsindən sonra Emir Yıldızın telefon nömrəsi aşkarlanıb. Bu vasitə ilə polis bölməsinə çağırılan Türkiyə vətəndaşını Zamir Hüseynov xidməti otağında qəbul edib. Bu zaman o, Türkiyə vətəndaşına cinsi azlığın nümayəndələri ilə görüşdüyünü deyib və bununla bağlı əllərində məlumat olduğunu, həmin məlumatları sosial şəbəkədə yaymaqla hədələyib.
Zamir Hüseynov bu tip məlumatların internetdə yayılmaması üçün Emir Yıldızdan 2000 manat verməsini tələb edib. Sonra o, Emir Yıldızdan 500 manat alıb.
Polis zabitinin növbəti şantaj etdiyi Ayla Dəmirovanın görüşdüyü İsmayıl Əhmədov olub. O, İsmayıl Əhmədovu xidməti otağına çağıraraq onun cinsi azlığın nümayəndəsi ilə görüşdüyünü iddia edib.
Bu məlumatların yayılmaması üçün Zamir Hüseynov İsmayıl Əhmədovdan 3 min manat verməsini tələb edib. İsmayıl Əhmədov bu qədər pulunun olmadığını deyib. Sonda İsmayıl Əhmədov polis zabitinə 750 manat verərək özü barədə məlumatların internetdə yayılmasının qarşısını ala bilib.
200 manatlıq şantaj
Zamir Hüseynov növbəti dəfə Murad Orucovu şantaj edib. Polis zabiti Murad Orucovdan hədə-qorxu yolu ilə 200 manat alıb.
Zamir Hüseynov Dəmirova Ayla Altay qızının qətlə yetirilməsinə aidiyyəti olmayan şəxsləri polis bölməsinə dəvət edib və heç bir prosessual sənəd tərtib etməyib.
5 il 6 ay cəza
Bu əməlləri ilə Zamir Hüseynov Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamir Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Hökmdən narazı qalan Zamir Hüseynov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Zamir Hüseynovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə Zamir Hüseynovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Onun apelyasiya şikayəti üzrə məhkəmə baxışı martın 30-na təyin edilib.
Qətl hadisəsindən xatırlatma
Səbail rayonu, Axundov bağının yaxınlığında, Səid Rüstəmov, 26 ünvanında 1988-ci il təvəllüdlü Alya Altay qızı Dəmirova qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Şahlar Əliyev tutulub. Şahlar Əliyev ilə Alya Dəmirovanın sevgili olduğu məlum olub.
Xəyanət, yoxsa...
Şahlar Əliyev istintaqa verdiyi ifadəsində Alya Dəmirovanı ona dostu ilə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.
Şahlar Əliyev Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, qətlə yetirilən Alya Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.
"Dedi ki, qadın deyiləm, kişiyəm”
Şahlar Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən zaman cinayətin təfərrüatını belə açıqlayıb: "Ayla ilə tanış olduqdan sonra onunla görüşməyə getdim. Görüşə görə ona pul verəcəkdim. O, görüş zamanı mənə dedi ki, qadın deyil, kişidir. Mən onunla razılaşmadım və evdən çıxmaq istədim. Ayla mənə "vaxtımı aparmısan pulumu ver” dedi. Evdə ondan başqa şəxslər də var idi. Dava düşdü, stolu və stulları mənim üzərimə atdılar. Mən də cinayət törətdim”.
19 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahlar Əliyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şahlar Əliyevin apelyasiya şikayəti təmin edilməyib.
///Teleqraf.com
OXŞAR MÖVZULAR