“HƏRƏYƏ BIR AĞAC KƏSƏK”- NƏSIMI RAYONUNDAN VIDEOREPORTAJ

Nəsimi rayonmunda isə “Hərəyə bir ağac kəsək” kompaniyasına start verilib. Deyəsən Asif Əskərov və ekologiya nazirliyinin birgə “pilot” layihəsidir.

“HƏRƏYƏ BIR AĞAC KƏSƏK”-NƏSIMI RAYONUNDAN VIDEOREPORTAJ

O gün ekologiya nazirliyinin məsul vəzifəlilərindən biri mətbuat konfransı keçirdi ki, bəs Qarabağda ağac qalmayıb, erməni faşistləri doğrayıb təbiətimizə xeyli zərər vurublar.

Zalım oğlu danışdığca gözləri nəmlənir ,əlləri titrəyirdi. Fikirləşirsən ki, nə qədər pattriot insandır ilahi, ağacdan danışarkən duyğulanır.

Amma birdən yadıma düşdü ki, işğalda olan torpaqları qoyaq kənara, onlar taptaq altında, axı burda, Bakıda, gözümüzün qarşısında milli “ermənilər” yaşıllığın vayına oturur. Yazırıq, pozuruq da xeyri -əlaqədar təşkilatların hamısını qəflətən toyuq korluğu tutur. Qulaqları da batır. Nə eşidirlər, nə görürlər. Elə o mətbuat konfransı keçirən “patriot” ekologiya nazirliyinin vəzifəlisi də.

“HƏRƏYƏ BIR AĞAC KƏSƏK”-NƏSIMI RAYONUNDAN VIDEOREPORTAJ

 

 

Ağac kəsənin cəzası olmalıdı. Yaxşı bəs Bakının göbəyində Cəlilabaddan olan iş adamı, Fərahim adlı şəxs Nəsimi ərazisində bir yaşıl sahə qoymayıb, yüzlərlə ağac qırıb –bunu niyə görmürsünüz?
“HƏRƏYƏ BIR AĞAC KƏSƏK”-NƏSIMI RAYONUNDAN VIDEOREPORTAJ

Memar Əcəmi metrostansiyasının arxasında 5 yerdə bina tikintisi aparan bu şəxs yaşıllıqlara açıq müharibə elan edib. Sovet vaxtı məhəllədaxili ərazilərdə əkilmiş 30-40 illik söyüd, qovaq, iydə , şam ağacları vəhşicəsinə kəsilərək məhv edilib. Onsuz da havası bərbad olan bu şəhərdə millət nə ilə nəfəs alacaq?

Fərahimin pulları ekoloqları kar –kor edib, Nəsimi icra hakimiyyətinin səlahiyyətlilərini isə deyəsən məst edib.

O qədər məst edib ki, bütün qanunlara, tikinti qaydalarına tüpürüblər. Cavadxan küçəsində tikilən yeni binalar köhnə 5 mərtəbə binaların məhəllədaxili ərazilərində inşa edilir. Sabah bir yanğın, yaxud başqa bir faciə baş verərsə bu binalardan insanları nə təxliyə etmək, nə xilas etmək mümkün olacaq.

Bu məhlələrdə yaşayan insanların həyatı cəhənnəmə dönüb. İcra başçısı Asif Əskərov özünü mediada qabaqcıl məmur kimi təqdim etməkdən zövq alır. Yalan raportlarla uzağa getmək olmaz. İnsanları dövlətdəın incik salmaq, küsdürmək – bu sabotajdır.
“HƏRƏYƏ BIR AĞAC KƏSƏK”-NƏSIMI RAYONUNDAN VIDEOREPORTAJ
Axı insanlar görürlər ki, hansısa bir biznesmen qanunları kobud tapdalayır- ağacları qırır, insanların istirahət yerində,məhəllənin ortasında bina ucaldır, məmurlar da susqun razılıq verir. Vətəndaşda dövlətə inam qalarmı?

Heydər Əliyev “Hərəyə bir ağac əkək” adlı kompaniya keçirərdi. Bu il onun doğum günündə prezident İlham Əliyev və vitse-porezident Mehriban Əliyeva da ağac əkdilər. Nəsimi rayonmunda isə “Hərəyə bir ağac kəsək” kompaniyası keçirilir. Deyəsən Asif Əskərov və ekologiya nazirliyinin birgə “pilot” layihəsidir.

O gün ekologiya nazirliyinin məsul vəzifəlilərindən biri mətbuat konfransı keçirdi ki, bəs Qarabağda ağac qalmayıb, erməni faşistləri doğrayıb təbiətimizə xeyli zərər vurublar.

Zalım oğlu danışdıqca gözləri nəmlənir ,əlləri titrəyirdi. Fikirləşirsən ki, nə qədər pattriot insandır ilahi, ağacdan danışarkən duyğulanır.

Amma birdən yadıma düşdü ki, işğalda olan torpaqları qoyaq kənara, onlar taptaq altında, axı burda, Bakıda, gözümüzün qarşısında milli “ermənilər” yaşıllığın vayına oturur. Yazırıq, pozuruq da xeyri olmur. Əlaqədar təşkilatların hamısını qəflətən toyuq korluğu tutur. Qulaqları da batır. Nə eşidirlər, nə görürlər. Elə o mətbuat konfransı keçirən “patriot” ekologiya nazirliyinin vəzifəlisi də.

Bir müddət əvvəl Gədəbəydə bir kəndçi evində 3 dənə albalı ağacı kəsmişdi deyə ekologiya nazirliyi kişini az qala çarmıxa çəkirdi. Axırda bütün ölkəyə raport verdilər ki, həmin adam küllü-miqdarda cərimələnib.

Lap yaxşı, ağac kəsənin cəzası olmalıdı. Yaxşı bəs Bakının göbəyində Cəlilabaddan olan iş adamı, Fərahim adlı şəxs Nəsimi ərazisində bir yaşıl sahə qoymayıb, yüzlərlə ağac qırıb –bunu niyə görmürsünüz?

Memar Əcəmi metrostansiyasının arxasında təkcə Cavadxan 21,25,27,17, və 23 ünvanda, 5 yerdə bina tikintisi aparan bu şəxs yaşıllıqlara açıq müharibə elan edib. Sovet vaxtı məhəllədaxili ərazilərdə əkilmiş 30-40 illik söyüd, qovaq, iydə , şam ağacları vəhşicəsinə kəsilərək məhv edilib. Onsuz da havası bərbad olan bu şəhərdə millət nə ilə nəfəs alacaq?

Fərahimin pulları ekoloqları və Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarını kar –kor edib, Nəsimi icra hakimiyyətinin səlahiyyətlilərini isə deyəsən məst edib.

O qədər məst edib ki, bütün qanunlara, tikinti qaydalarına tüpürüblər. Cavadxan küçəsində tikilən yeni binalar köhnə 5 mərtəbə binaların məhəllədaxili ərazilərində inşa edilir. Sabah bir yanğın, yaxud başqa bir faciə baş verərsə bu binalardan insanları nə təxliyə etmək, nə xilas etmək mümkün olacaq.

Bu məhlələrdə yaşayan insanların həyatı cəhənnəmə dönüb. İcra başçısı Asif Əskərov özünü mediada qabaqcıl məmur kimi təqdim etməkdən zövq alır. Yalan raportlarla uzağa getmək olmaz. İnsanları dövlətdəın incik salmaq, küsdürmək – bu sabotajdır.

Axı insanlar görürlər ki, hansısa bir biznesmen qanunları kobud tapdalayır- ağacları qırır, insanların istirahət yerində,məhəllənin ortasında bina ucaldır, məmurlar da susqun razılıq verir. Vətəndaşda dövlətə inam qalarmı?

Heydər Əliyev “Hərəyə bir ağac əkək” adlı kompaniya keçirərdi. Bu il onun doğum günündə prezident İlham Əliyev və vitse-porezident Mehriban Əliyeva da ağac əkdilər. Nəsimi rayonmunda isə “Hərəyə bir ağac kəsək” kompaniyası keçirilir. Deyəsən Asif Əskərov və ekologiya nazirliyinin birgə “pilot” layihəsidir.

P.S. Qeyd edək ki, təxminən bir il öncə tikinti şirkətində təhlükəsizlik qaydasına riayyət olunmadığından 9- cu mərtəbədən yıxılıb ölən fəhlənin qanını batıran həmin bu 3 şirkətin rəhbəri Fərahim adlı şəxs ,ona sualla müraciət edən Dəryaz qəzetinin əməkdaşlarını təhqir edib, bir də ona zəng edəcəyi təqdirdə təhdid dolu hədələr gəlməyə başladı. Azerinfo.az

Mövzuya qayıdacağıq.

 

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.