Mərdan Camalovun kriminal bacısı oğlu dayısı oğlunun “Sağ qolu” imiş – detallar

İcra Başçısının dayısı oğlunun cinayəti ilə bağlı maraqlı məqamlar var.

Xəbər verdiyimiz kimi, Şirvan şəhər İcra Başçısı Mərdan Camalovun dayısı Pirverdi Məmmədovun oğlu keçmiş Polis zabiti Azər Məmmədovun xüsusi təhlükəli üsulla törətdiyi cinayətlə bağlı saytımıza yeni məlumatlar daxil olub. Məlumat üçün qeyd edək ki qanlı cinayət DİN-i cənab R. Usubovun Şirvan şəhərində sakinləri qəbul etməsindən bir neçə saat sonraya təsadüf edib.Belə ki, bu gün cinayətdə istifadə olunan silahlar Azər Məmmədovun və Mehman Kamalbəyovun iştirakı ilə müəyyən olunaraq götürülmüşdür. Vetenperverler.az-ı məlumatlandıran mənbə bildirdi ki, bir neçə saat bundan öncə Azır Məmmədov və Mehman Kamalbəyov cinayətdə istifadə olunan silahla birgə başqa silahları da gizlətdikləri yerdən çıxararaq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təqdim etmişlər. Məlumata görə hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şirvan şəhərində “LEYLA” Şadlıq evinin müdiri “HACI” RAMİL lə “HACI” AZƏRİ hansı ideya oxşarlığı uzlaşdırır?

“Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl Tac”, “Ambassador” və bir çox başqa obyektlərlə yanaşı Camalovların Şirvan şəhərində yerləşən “LEYLA” Şadlıq sarayına rəhbərliyi Camalovların bacısı oğlu “HACI” Ramil həyata keçirir. Vetenperverler.az-ın apardığı araşdırmalardan məlum olub ki, Leyla Şadlıq evinin müdiri Hacı Ramil qohumu Hacı Azərin Şirvan şəhərində sanki sağ qolu kimi tanınır. Belə ki, şəhər sakinləri arasında borc münaqişəli məsələlərin həlli Hacı Azər tərəfindən Mərdan Camalovun bacısı oğlu Hacı Ramilə tapşırılıbmış. Arxasında qohumu Hacı Azərin dayandığını şəhərdə hamıya bəlli edən Hacı Ramil nəimki Şirvan şəhərində hətta ətraf rayonlarda da “RAZBORKALAR” edərək necə deyərlər “ÖLÜ PULLARI” diriltməklə məşğuldur. Hacı Azərin kriminal dairəsində hər bir şəxs öz funksiyasını həyata keçirdiyindən silahlı insidentlərin heç birində qohumu Hacı Ramilin iştirakı olmayıb. Belə görünür ki, tabe olmayanların cəzalandırılmasında iştirak edənlər başqalarıdır. Şirvan sakinlərindən verilən məlumata görə ölü pulların diriltməsində yüksək peşəkarlıq nümayiş etdirən Hacı Ramil müəyyən faiz hesabı ilə dirildə bilmədiyi məbləğ olmayıb. Artıq Şirvanda elə bir tendensiya vüsət alıb ki, kim kimdən borcunu ala bilmirsə dövlət orqanlarına deyil Hacı Ramilə üz tutur.
Vetenperverler.az ın araşdırma qrupu Hacı Ramilin hədəqorxusuna məruz qalanların aşkarlanması yönümündə jurnalist araşdırmalarına başlayıb.

Araşdırmalarımız davam edir.
Bizi izləyin

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.