Prezident bu icra başçılarını vəzifədən alır – növbədə daha kimlər var (SİYAHI)

2018-ci ilin sonuna qədər xeyli rayon icra hakimiyyəti başçısı vəzifəsindən gedəcək. Paytaxt.org xəbər verir ki, məqsəd modern, texnologiyalardan xəbəri olan, gənc kadrları icra strukturlarına cəlb etməkdir. 

Bəzi xəbərlərə görə, Sabirabadın icra başçısı Nazim İsmayılov, Daşkəsənin icra başçısı Əhəd Abıyev, Saatlının icra hakimi Siraqəddin Cabbarov, Beyləqan icra başçısı Vaqif Abdullayev, Haqcıqabul, İmişli və Tərtər icra başçıları da  vəzifələrindən alınacaq.

Seçkilərdən sonra Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev, habelə Binəqədi icra başçısı Xaləddin İsgəndərov, Şəmkir və Gədəbəyin icra başçıları işindən çıxarılacaq.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir.

Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, bunlar da ilin son ayında icra başçıları üçün həlledici olacaq.

Gələn xəbərlərdə iddia olunur ki, həm prezidentin qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bu dəfə kimsəyə bağışlanılmaq şansı verməyəcək.

Paytaxt.org

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.