Zavodları partlayan nazirin yaxınları odlu silahla tutuldu -Camalovların kriminallaşan qohumlarının ÇETESİ

Nazirin zavodları partlayır, yaxınları odlu silahla tutulur; Camalovların adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılaraq Gürcüstanda satılmasınadək çəkilir

Müdafiə sənayesi naziri Yavər Camalovun adı növbəti dəfə qalmaqallı bir olayın üzərindən gündəmə gəlib. Nazirin adının yenidən mətbuat səhifələrinə çıxmasının budəfəki səbəbkarı dayısı oğlu Azər Məmmədovdur. Nazirin və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğlu olan Azər Məmmədov odlu silahla törədilən xuliqanlıq cinayətlərinin üstünüm açılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri zamanı ələ keçib.

Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar.

Nazirin zavodları partlayır, yaxınları odlu silahla tutulur -

Fərzəliyevin üzərindən sandıqçasında 5 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

Nazirin zavodları partlayır, yaxınları odlu silahla tutulur -

A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o, ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı “Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Nazirin zavodları partlayır, yaxınları odlu silahla tutulur -

Qeyd edək ki, ayağından güllə yarası alan Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa Teyyub” kimi tanınıb. 2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb…

Nazirin zavodları partlayır, yaxınları odlu silahla tutulur -

Yazının əvvəlində qeyd etdiyimiz kimi bu, Camalovlarla bağlı ilk qalmaqallı hadisə deyil. Son 4 ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan 4 zavodda bir-birindən dəhşətli partlayışlar meydana gəlib. Sonuncu belə partlayış bu ilin fevralında Bakının Xətai rayonunda yerləşən “Radioquraşdırma” İstehsalat Birliyində yanğınla müşahidə edilən partlayış baş vermişdi. Partlayışın meydana gəlməsi səbəbi haqda məlumat verilmir.

2015, 2016-cı illərdə Yavər Camalovun rəhbərlik etdiyi nazirliyin tabeliyindəki daha 3 zavodda yanğınla müşayiət olunan partlayışlar baş vermişdi. 2015-ci il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda partlayış baş vermişdi. Hərbi təyinatlı zavodda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnmişdi.

MSN-in Şirvandakı zavodundakı partlayışdan 1 ay sonra Müdafiə Sənayesi Nazirliyinin Xəzər rayonu ərazisindəki daha bir zavodunda partlayışla müşayiət olunan yanğın baş verib. MSN-in “İqlim” Elmi-İstehsalat Müəssisəsinə daxil olan zavodda avqustun 6-da baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 20-yə yaxın yanğınsöndürən maşını cəlb olunmuşdu. “Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış xəbəri yenə də Şirvandan gəldi. “Araz” zavodunda 1 il sonra – 2016-cı il iyulun 26-dakı dəhşətli partlayışın səsi 10 kilometr uzaqlarda eşidilmişdi. Partlayış zamanı göydə uçuşan mərmilərdən bəziləri hətta Şirvan şəhərinin mərkəzi prospektinə də gedib düşmüşdü…

Nazirin zavodları partlayır, yaxınları odlu silahla tutulur -

Ötən ilin noyabrında isə Yavər Camalovun adı növbəti dəfə mətbuatda hallanmağa başladı. Məlum oldu ki, nazirin qardaşı Əlikram Camalovun oğlu Aqşin Camalov dəyəri 63 min manat olan “BMW X 6″ avtomobilini avtiosalon vasitəsi ilə Nağı Əliyev-Kəngərlidən alıb. Və nazirin qardaşı oğlu 1-2 ay maşına görə kredit ödəyib. Sonradan isə krediti ödəməkdən yayınıb. Maşını isə Gürcüstana qaçıraraq orada satıb. Nağı Əliyev-Kəngərlinin israrlı zənglərini isə nazirin qardaşı oğlu cavabsız buraxıb.

Sonuncu isə məhkəmələrə üz tutub və iş böyüyüb, mətbuat səhifələrinə çıxıb. Aqşin Camalovun atası Əlikram Camalovun adı da ötən ilin əvvələrində bir sələmə pul vermək işi üzərindən mətbuatın gündəminə gəlmişdi. Məlum olmuşdu ki, Əlikram Camalov həmyerlisi Samir Nəbiyevə 18 min manat sələmə pul verib. Samir Nəbiyev isə pulu qaytara bilməyib. Buna görə də Əlikram Camalov onu həbs etdirmişdi. Məsələ böyüyüb ictimailəşəndən sonra Əlikram Camalov iddiasından geri çəkilmişdi.

Bu məlumatları sadalamaqla Camalovlarının adının gündəmdən düşməməsinin səbəbini axtarmağa çalışdıq. Belə qənaət formalaşır ki, Yavər Camalovun qohum-qardaşı sanki onun qəsdinə durublar. Sanki onlar nazirin adının mətbuatın gündəmindən kəm etməyəcəklərinə söz veriblər…

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.