Ərdoğan Baş naziri hədələdi: “Sən bunun hesabını verəcəksən”

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (MİT) Kosovoda əməliyyat keçirərək, 6 FETÖ-çunu həbs edib Ankaraya gətirməsi iki dövlət arasında gərginliyi artırıb.

Xatırladaq ki, həmin əməliyyatın ardınca Kosovonın Baş naziri milli təhlükəzilik naziri ilə daxili işlər nazirini vəzifədən azad edib. Üstəlik, Türkiyənin ölkəsində apardığı əməliyyatı qanunsuz sayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kosovo Baş nazirinin atdığı addımlar Türkiyə prezidenti Ərdoğanın kəskin etirazına səbəb olub.

O, Baş nazirə bu gün sərt mesaj göndərib:

“Kosovonun Baş naziri təhlükəsizlik naziri ilə daxili işlər nazirini vəzifədən alıb. Mən indi ondan soruşuram: ey Kosovonun Baş naziri, kimin təlimatıyla belə addım atdın? Nə zamandan bəri Türkiyə dövlətində çevriliş etməyə cəhd edənləri qorumağa başladın? 

Sən ki, o Kosovonu ki, dünyada onu Amerikadan sonra ikinci biz dövlət kimi tanıdıq. Sənin bundan xəbərin yoxmu? Kosovonu qardaş olaraq bağrına basan Türkiyəyə qarşı çıxanları sən necə qoynuna alıb, bəsləyərsən? Bunun hesabını sən də verəcəksən. Və mənim Kosovolu qardaşlarım sənin kimi bir Baş nazirə imkan verməz. Mənim Kosovolu qardaşlarım səndən bunun hesabını soruşacaqlar”.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.