Ərdoğan fəth müjdəsini verdi: “Afrinə daxil olduq”

Afrinə daxil olduq, olmaqdayıq. Artıq an məsələsidir. Sizlərə hər an müjdə verə bilərik.

Paytaxt.org bildirir ki, Teleqraf.com-un “Haber7” saytına istinadla verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində çıxışı zamanı deyib.

Ərdoğan “Zeytun budağı” əməliyyatında 3569 terrorçunun məhv edildiyini deyib: “Fəth yaxındır… O müjdəyə doğru irəliləyirik”.

Türkiyə Prezidenti bir daha Suriya torpaqlarına terrorçuları zərərsizləşdirmək üçün daxil olduqlarını deyib: “Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Terror dəhlizindən ölkəmizə qarşı edilən təcavüz hərəkətlərindən bezdik və lazımi addımı atdıq”.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.