5 ölkə Türkiyəyə qarşı BİRLƏŞDİ – ABŞ-da keçirilən gizli razılaşmanın ŞOK DETALLARI

ABŞ fevralın 11-də Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyanın nümayəndələri ilə Vaşinqtonda gizli toplantı keçirib.

Paytaxt.org bildirir ki, Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verr ki, bu haqda Livanın “Əl-Əxbar” xəbər portalı İngiltərənin Vaşinqtondakı səfirliyindən aldığı bir teleqrafa istinadən yazıb.

Teleqrafa görə, ABŞ-ın dövlət katibinin müavini Devid Satterfield yanvarın 11-də Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyanın nümayəndələrini ABŞ-ın “Bölünmüş Suriya” strategiyası barədə məlumatlandırıb. İngilis diplomat Benjamin Normanın imzası olan teleqrafda “kiçik qrup”un başda Türkiyə, Rusiya və İran olmaqla, bölgə ilə bağlı plan və hədəfləri yer alıb.

Fərat çayı sərhəd olacaq

Sənədə görə, Devid Satterfield İŞİD üzərində qazanılan qələbəyə baxmayaraq, Suriyanın Amerikanın hərbi varlığının saxlanılması barədə ABŞ prezidenti Donald Tramp verdiyi qərarı təsdiqləyib. Bu isə ABŞ-a illik 4 milyard dollar başa gələcək.

Sənəddə deyilir ki, ötən ay ABŞ-ın hərbi aviasiyasının Suriyanın Deyr-ez-Zor bölgəsində rejimi əsgərlərini və Rusiyanın xüsusi hərbi şirkəti olan “Vaqner qrupu”nun döyüşçülərini vurması, faktiki olaraq Fəratın şərqi üçün sərhəd xəttinin çəkilməsi cəhdi idi. ABŞ Fəratın qərbi və şərqi arasında bir atəş xətti yaratmağa çalışır. Amerikalılar altı həftə əvvəl “Suriya qrupu”ndakı müttəfiqlərinə bir sonrakı hədəfin ölkənin şərqini qalan hissəsindən ayırmaq olduğunu söyləyib.

Beş mərhələ

Sənəddə Suriyada 5 mərhələli prosesin həyata keçirilməsinən danışılır: Suriyanı bölmək, Türkiyəni nəzarət altına almaq, BMT-nin Suriya xüsusi nümayəndəsi Stefan de Misturanı ABŞ-ın məqsədləri üçün istiqamətləndirmək, Soçi prosesini (Rusiya, İran və Türkiyə iştirak edir – red.) sabotaj etmək və Suriya müxalifətini təsir altına almaq.

Soçi prosesinin əhəmiyyətini heçə endirmək üçün Cenevrə prosesində canlanmanın yaradılması nəzərdə tutulur. Vaşinqton PKK/PYD terror təşkilatının Cenevrə prosesinə daxil etməyi planlaşdırır.

“Kiçik qrup”a Almaniya, Misir və Türkiyənin də dəvət edilməsi müzakirə edilir. Amma Türkiyə ilə müzakirələrin çətin keçəcəyini nəzərə alan qrup iştirakçıları ilkin mərhələdə Misir və Almaniyanın dəvət edilməsinə qərar veriblər.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.