ABŞ-ın kəşfiyyat şefindən ŞOK QARABAĞ PROQNOZU: bu il Azərbaycan…

Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasındakı gərginlik irihəcimli hərbi münaqişəyə keçə bilər.

Paytaxt.org Publika.az-a istinadən  xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində deyilir.

Məruzədə 2018-ci ildə ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər yer alır.

D.Kouts bu il Dağlıq Qarabağda böyük müharibənin başlaya biləcəyini istisna etmir.

“Tərəflərdən heç birinin güzəştə getməməsi, kənardan təzyiqin gücləndirilməsi, Azərbaycanın sabit şəkildə ordusunu müasirləşdirməsi və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə Dağlıq Qarabağda irihəcimli döyüş hərəkətlərinin olmasına gətirib çıxara bilər”, – deyə məruzədə qeyd olunur.

Məruzədə Kremlin keçmiş sovet ölkələri ərazisində öz təsirini gücləndirməyə çalışacağı bildirilir.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.