Ağ Ev “Qarabağ klanı”nı siyasi səhnədən silir: Səfir ilk siqnalı verdi

“Ermənistanın hakimiyyət dairələrində genişlənən korrupsiya halları bu ölkənin ABŞ-la münasibətlərinin inkişafına əngəllər yaradır”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistanda nəşr olunan “Jamanak” qəzetinə açıqlamasında ABŞ-ın İrəvandakı səfiri Riçard Mills deyib.

Səfir Amerikanın Ermənistandakı korrupsiyadan narahat olduğunu diqqətə çatdırıb. “Ermənistanla iqtisadi-ticari münasibətlərin inkişafında maraqlıyıq, amma təəssüflər olsun ki, hökumət dairələrindəki korrupsiya halları buna maneələr yaradır. Bu istiqamətdə Ermənistan hökumətinin görəcəyi çox işi var. Çünki korrupsiya amerikalı investorları Ermənistandan qaçırır, buna görə də investorlarımız Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı deyil.

Korrupsiyaya görə investorlarımız Ermənistana o qədər də güvənmirlər. Bu gün Ermənistanın iqtisadi resursları korrupsiyalaşmış dövlət adamlarına, məmurlara xidmət edir. Dövlət adamlarının şəxsi mənfəətlərinə yönəlik səyləri Ermənistanda həm vətəndaşlar, həm də xarici investorlar üçün ədalətsiz şərait yaradıb. Korrupsiya Ermənistanı təhdid edir. Hökumət hələ də xarici investorların qarşısındakı maneələri və bu təhdid vəziyyətini aradan qaldırmaqda maraqlı görünmür”, – deyə Riçard Mills qeyd edib.

Erməni analitiklərdən və KİV-lərdən səfirin açıqlamasına ilginc şərhlər verilib. İddia edilib ki, aprel ayında səlahiyyət müddəti başa çatan Serj Sarkisyanın baş nazir postuna iddialı olması ABŞ-ın siyasi maraqlarına uyğun deyil.

Söhbət Amerikanın Ermənistanda siyasi vəziyyəti dəyişəcək müdaxilələrindən gedir. Ehtimal edilir ki, ABŞ Rusiyanın adamı kimi tanıdığı Serj Sarkisyanı hakimiyyət sıralarından birdəfəlik uzaqlaşdırmaq üçün müəyyən gedişlər etmək haqqında düşünür.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.