AĞ partiya ilə Milli Şura qırğına çıxdı: “Əli Kərimli Şəmi, Cəmil Həsənli Şöşü…”

Milli Şura sədri Cəmil Həsənli sosial şəbəkədə canlı yayımda danışarkən əsasən gənclərdən ibarət olan AĞ Partiyanı aşağılayıb

Məlumata görə, ziyalıya yaraşmayan çıxışlar edən C.Həsənli vaxtilə onu dəstəkləyən, namizədliyi uğrunda mübarizə aparan gəncləri təhqir edib.

AĞ Partiya gəncləri MŞ sədrinə sərt cavablar veriblər. Yazılan statuslarda C.Həsənlinin 2005-ci ildə deputat mandatına görə sədr müavini olduğu AXCP-ni “satması”, eləcə də, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edilərkən onun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri olması gündəmə gətirilib.

Bundan əlavə, deputat olduğu dönəmlərdə Milli Məclisdə hakimiyyəti mədh edən çıxışlarının kadrları paylaşılıb, yazdığı elmi kitablarda iqtidar təmsilçilərini mədh etməsi xatırladılıb.

Milli Şuranın vahid namizədi olmasını dəstəkləmiş T.Abbaslı və digər gəncləri müxalifət saymayan C.Həsənlinin onların üzünə ağ olması elə onun üzünə də çırpılıb.

Cəmil bəy tarixçi, hakimiyyət mümayəndələri ilə birlikdə kitab yaza, partiyasından qovulmaq bahasına olsa belə, parlamentdə otura, dünənə qədər hakimiyyətin əsas ruporlarından biri ilə yanaşı oturub özünü müxalifət saya bilər. Bütün bunlar ona əsas vermir ki, o siyasətçidir.

AĞ Partiya başqanı Tural Abbaslı C.Həsənlinin dediklərinə sərt cavab verib: “Bir siyasətçi bu tərzdə çıxış edə bilməz.

Nə Cəmil Həsənlidən, nə də onun liderindən ”müxalifət lisenziyası” almaq fikrində deyilik. Belə bir öhdəliyimiz də yoxdur. Bu səlahiyyəti onlara heç kim verməyib.

Onu qınamıram, çünki ətrafındakılar onu elə atmosferə salıblar ki, özünü tamam itirib, Azərbaycanın Nelson Mandelası olduğunu düşünür”.

Hakimiyyət seçkiyə hazırlaşarkən müxalifətdə yenə dava-qırğındır. Xalq da baş verənləri izləyir. C.Həsənli isə ən azından ziyalı kimi çıxış etməliydi.

Əli Kərimlinin zombiləri (Cəmil Həsənli baş zombidor) deyir ki, “AĞ Partiyaçılara cavab tez zamanda veriləcək.

Ancaq sosial şəbəkələrdə C.Həsənliyə ağır cavablar verilib. Onlardan biri: “AĞ Partiya ünvanına ağzına gələni danışıb. Onu qınamıram. Əli Kərimli ilə gəzə-gəzə zombiləşən zehniyyətdir.

Qırmızı partiya, sarı partiya da deməklə rəngləri heç də təsadüfdən seçməyib. Biz MATADOR olaraq şəxsini çox qırmızı bezlə oynatmışıq.

Sarı rəng də nikbinlik əlamətdir. Nikbin və bədbin olduğu üçün bu rənglərə müraciət edib. Ayrıca, “müxalifət dedikdə müəyyən dairələr nəzərdə tutulur” fikri bunların heç də hakimiyyətdən fərqlənmədiyini, eyni zehniyyət olduğunu göstərir.

Monopolist zehniyyət. Gənclərə, xüsusi ilə də özləri kimi satqın, bir deputat mandatına özünü satmayan gənclərə qıcıq olurlar. Yəni, bizlərə.

Bir də, “onları Biləcəridən o yana kimsə tanımır” dediyi gənclər onu Biləcəridə tanıdan gənclərdir və fotolor Biləcəridə, Tarqovi və Cəmil Həsənliyə teledebatda yumurta atılan zaman oraya getdiyimizdə, buna mane olduğumuzda və haqq bilməz üçün polis maşınına mindirildiyimizdə çəkilib.

Əli Kərimli Şəmi, Cəmil Həsənli Şöşü, bir onlardan aşağı vəzifədə olanlar Fəlakət və Şirindirlər. Ətrafları isə zombi. Eyni ilə Bozbaş Picturesin siyasi variantları”.fia.az

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.