BU GECƏ MÜHARİBƏ BAŞLADI: QIRCILAR BOMBALAYIR – dəhşətli görüntülərin VİDEOsu

Bakı vaxtı ilə gecə saat 4-5 radələrində ABŞ prezidenti Donald Tramp, Dumada kimyəvi silah hücumuna cavab olaraq, Suriya ərazisinə raket zərbələri endirmək barədə əmr verib. Hücuma Böyük Britaniya və Fransa da qoşulub.

Suriyanın paytaxtı Dəməşq və ətraf ərazilərdəki kimyəvi silah zavodları və anbarları dənizdəki hərbi gəmilərdən “Tomaqavk” qanadlı raketləri və qırıcılarla vurulub.

Dəməşqdə şiddətli partlayış səsləri eşidilib, göyüzünü ağ duman bürüyüb.

Ağ Evdə kameraların qarşısına keçən prezident Donald Trapm bu sözləri deyib: “Hücum əmri verdim, İngiltərə və Fransaya təşəkkür edirəm”.

Rusiya isə məsələyə sərt reaksiya verib. Bu ölkənin ABŞ-dakı səfiri bildirib ki, bu cavabsız qalmayacaq.

 

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.