Ermənistanda izdihamlı aksiya – deputatlar və onların tərəfdarları da etirazlara qoşuldu (FOTOLAR)

İrəvanın Azadlıq meydanında yürüş-mitinq keçirilir. Etiraz aksiyası 2008-ci ilin qanlı hadisələrinin onuncu ildönümünə həsr edilib. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, aksiyanı Ermənistan Milli Konqresi və Xalq Partiyası təşkil edib. 1 mart qurbanlarının xatirəsinə həsr olunmuş aksiya əvvəlcə yürüş şəklində başlanııb, sonra isə etirazçılar Myasnikyanın abidəsi qarşısında toplaşıb. Məlumata görə, əllərində 1 mart qurbanlarının şəkillərini daşıyan, cinayətkarların cəzalandırılmasını tələb edən aksiyaçıların sırasına parlamentdəki müxalif “Çıxış” blokunu təmsil edən deputatlar və onların tərəfdarları da qatılıb.

Xatırladaq ki, 10 il bundan əvvəl Serj Sərkisyanın prezident kürsüsünü əldə etməsinə etiraz edən kütləyə qarşı silah işlədilməsi nəticəsində 8 nümayişçi, həmçinin iki daxili qoşun əsgəri ölmüşdü. Bu günə qədər ölüm hallarına görə cavabdehlik daşımayıb.

 

Рейтинг@Mail.ru
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.