Jirinovski xəritə yaydı: Yaxın illərdə Bütöv Azərbaycan yaranacaq – FOTO

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı məlumat yayıb.

Saytımız Axar.az-a istinadən xəbər verir ki, Jirinovski bununla bağlı öz Tvitter səhifəsində xəritə yerləşdirib. O, bu xəritənin 20 il öncə hazırladığını deyib.

Qeyd edək ki, xəritədə İranın bir neçə yerə bölünməsi əks olunub. Jirinovskinin xəritəsinə əsasən, bu dəyişikliklərdən sonra Bütöv Azərbaycan, ayrıca kürd dövləti, fars dövləti, Bəllucistan və Böyük Türkmənistan yaranır.

Jirinovski, həmçinin, Türkiyənin bəzi ərazilərinin Ermənistana veriləcəyini xəritəsində əks etdirib.

 

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.