LOJAsi yirtilan Əli Kərimli ve KOSA sohbeti…

Azərbaycanda cəryan edən siyasi proseslərin tam mərkəzində bir qeyri-müəyyənlik müşahidə edilməkdədir. Müxalifət partiyalarının mənfi sıfır dərəcəsində olan durumu, tək fəaliyyətsiz olmalarına görə deyil, həm də xalqın inamını tam itirmələrini izləmək qədər üzücü nə ola bilər axı? Bir ölkənin ki, müxalifəti olmaya, müxalifətin yetişməsi üçün münbit bir siyasi sfera yaradılmasına rəğmən sağlam bir gücün meydana gəlməməsi, əvəzində isə “manqurtlaşmış” bu siyasi “lider”lərini görmək tək bezdirici, darıxdırıcı deyil, həm də utancvericidir.

Məsələn, əgər yaxın tariximizdə Azərbaycan müxalifətinin siyasi həyatını keçmişə doğru vərəqləsək, rast gəldiyimiz yeganə siyasi liderin məhz Əbülfəz Elçibəy olduğunu, növbəti ardıcıllıqla adları gələn şəxslərin isə İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Fərəc Quliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Pənah Hüseyn, Arif Hacılı, hətta bu siyahıda Etibar Məmmədovu belə görmək olursa, deməli düşünməyə dəyər. Yəni, Azərbaycan müxalifətində siyasi fəaliyyətin durduğu nöqtə Etibar Məmmədovun aktiv olduğu günlərə gedib çıxmasıdır. Ancaq elə həmin dönəmdə olduğu kimi, günümüzə qədər gəlib çıxan düzməcə siyasi fəaliyyətin arxasında tək və təkrar rol alan LOJAnı-Əli Kərimlini görürük. Bu adam siysi lideri olduğunu dediyi, ancaq əslində zamnaında çox böyük və təkrarlı xəyanətlər etdiyi Əbülfəz Elçibəy dönəmində olduğu kimi, bu gün də özünü siyasi proseslərin içində görməsi, de fakto olaraq yalnız ətrafına topladığı 350 nəfərlik fərd arasında LİDER olması reallığından başqa bir şey deyildir. Keçmiş sovet “KQB”si tərəfindən daha çox rol almaq üçün yetişdirilmiş bu şəxs oynadığı ssenarilər üzrə daha professionallaşması səbəbindən, özünün də indi daha peşəkar ssenaristə çevrilməsi cəmiyyət arasında məzlum və guya əzilən zümrədən olmaq surətini çox ustalıqla canlandırma məharəti ilə cahil insanları çaşdıracaq, cəlbedəcək rol ala bilir. Məhşur “Bir qalanın sirri” filmindəki “göy göz kosa” surəti ni canlandıran aktyor kimi…Uşaqlara həsr olunan bu əsəri izləyən yeniyetmələrimiz bu filmdə qorxunc və əslində hiyləger obrazı unutmadıqları kimi, bəzi ətrafındakı gəncləri yönləndirəcək psixolofi təlqini ilə daha qabarıq şəkildə təzahür edən bu siyasi oyunbazın-Əli Kərimlinin pozucu siaysi səhnəmizdəki rolunu izləyirik. Bu tamaşanın izləyicilərinin arasında olmağımızın tək səbəbi var, çünki bu tamaşanı izləmək üçün bilet almağa və YAŞIL TEATRa getməyə lüzum qalmır, bunu ibiletsiz və MAVİ ekranda izləyə bilirik. Mavi sözünün böyük hərflərlə və bu yazıda yer almasının Əli Kərimlinin şəxsi həyatında illər öncə yaşadığı psixoloji sarsıntı və hormon pozğunluğu məsələləri ilə bir əlaqəsi, bağlantısı yoxdur. Sadəcə onların ekran zənn edərək soaial şəbəkələrdə yayımladıqları, yerləşdirdikləri video çarxları nəzərdə tuturuq. Qınimət Zahidin “Azərbaycan saatı” adlı VERLİŞİndən başlayaq. Adam həmin video çarxda necə ciddi rol alırsa, kənardan anlayışı olmayan bir izləyici bunu BBC Televiziyasının aparıcısı zənn edər. Sanki milyonların önündə canlı bağlantı aparırmış kimi görünməyə çalışır. Ancaq prikol kualarlarımızın daha çox izləyici rekordunu qıran Hüseyn Əzizoğlunun belə, canlandıra bilməyəcəyi yalanları deməyə məharəti çatdığı üçün sadəcə ŞOUMEN olaraq yer aldığı bu siyasi SFERAda baş rollardan birini icra edə bilir. Kiçik səhnəmizin böyük aktyorlarının bir neçəsindən biridir. Bu, ROL ALAN tək qəzetçi Xoşqədəm xanım deyil. Mədəniyyət və İncəsənət Universitetinin son 20 il ərzində fəaliyyətinin sıfır olması nəticəsində belə tamaşaları onların məzunlarının deyil, jurnalistikamızda daha çox məhz aktyorluq sahəsi üzrə yetişmiş Qənimət Zahidləri, Əli Kərimliləri, Xoşqədəm və sair və ilaxır…Orduxan, Məhəmməd və Turallar isə bu PEŞƏKAR AKTYORLARı nə qədər təlqin etməyə çalışsalar da onların cəhdləri hələlik baş tutmamaqdadır. Çünki bu sənəti ifa etmək, aktyorluq məktəbini keçmək gərəkir. Bunun üçün də bizim KOSAmızın YURD məktəbini keçmək gərəkir. Kosa sözünün də böyük yazılmasının Əli Kərimlinin kosa olması ilə bir bağlılığı yoxdur. Sadəcə yuxarıda bəhs etdiyimiz “göy göz kosa” filmini xatırlatmaq istədim…

Elnur Vaqifoğlu

Paytaxt.org

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.