Prezident açıq şəkildə ELAN ETDİ – 48 saat içində MÜHARİBƏ BAŞLAYIR – TƏCİLİ

ABŞ prezidenti Donald Tramp hərbçilərlə görüşərək 24-48 saat içində böyük bir qərar verəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin özü bildirib.

“Suriyadakı qorxunc hücumu pisləyirəm. Hərbi liderlərlə Suriyadakı vəziyyəti dəyərləndiririk. 24-48 saat içində böyük bir qərar verəcəyik”, – Tramp deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyada 78 nəfərin kimyəvi silah hücumu nəticəsində həyatını itirməsindən sonra Dəməşqi təhdid etmiş, bu hücumun Bəşər Əsəd üçün baha başa gələcəyini söyləmişdi.

Ötən həftə ABŞ prezidenti Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın Bəşər Əsədə dəstək verdiyini vurğulayan Tramp Suriya liderini “heyvan” adlandırıb.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis bu gün bildirib ki, Suriyada hökumət güclərinə qarşı zərbələr istisna edilmir. Onun hərbi müdaxilələrə qarşı çıxmayan bir nazir kimi tanınmasını nəzərə alsaq, bəyanatın arxasında ciddi planların dayandığını demək olar.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.