Prezidentdən sərəncam – Yusif Məmmədəliyevə yeni vəzifə verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Paytaxt.org Yenicag.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Hüseynov Seymur Elşad oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri

Hümbətov İlham Gürşad oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.