Putin müharibə əmri verdi: S-400 raket sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirildi – SON DƏQİQƏ

Rusiyanın Suriyada yerləşdirilən S-400 raket sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmçinin Hmeymim aviabazasından qalxan Su-24-lər ABŞ Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki fəaliyyətini izləyir.

Paytaxt.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

@BabakTaghvaee adlı istifadəçinin məlumatına görə, Su-30M-lərin 3-cü cütlüyü birinci Su-30M-lərin qayıdışından sonra uçuşa başlayacaq:

“S-400-lər ən yüksək səviyyədə döyüşə hazır vəziyyətə gətirilib”.

Su-24-lərin Aralıq dənizində çox alçaqdan uçduğu və ABŞ HHQ-ni nəzarətdə saxladığı qeyd edilir.

Qeyd edək ki, ABŞ tərəfi Suriyanın Duma bölgəsində 80 nəfərin ölümü ilə nəticələnən kimyəvi silahdan istifadəyə görə Suriya rejimini sərt qınayıb. Prezident D.Tramp Bəşər Əsədin bunun bədəlini ağır ödəyəcəyini bildirib.

Ötən ilin aprelində də Bəşər Əsəd rejimi İdlibdə dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etmişdi və o zaman Trampın verdiyi qərarla Aralıq dənizinə “Ross” və “Porter” esminesləri gətirildi. Daha sonra Şayrat hərbi bazası 59 qanadlı raket bombardman edildi.

Rusiyanın bu hazırlığı ABŞ-ın zərbə endirəcəyi haqda rəy yaradıb. Rusiya Suriyanı qorumaq üçün tam hazırlığa başlayıb.

Xatırladaq ki, Rusiya Suriya rejiminin kimyəvi silahdan istifadə etdiyi xəbərini təkzib edir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.