Sarkisyanı yolun ortasında BİR HƏRƏKƏTİYLƏ MƏHV ETDİ – Qiyamçılardan ŞOK ADDIM (VIDEO)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı paytaxt İrəvanda keçirilən aksiyalarla əlaqədar vəziyyət hər keçən dəqiqə gərginləşir.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan mitinqin dayandırılması haqqında İrəvan polis rəisinin müavini Valeri Osipyanın ona verdiyi xəbərdarlığı cırıb.

Osipyan Paşinyana müraciət edərək bildirib ki, polis aksiyanın dayandırılması tələbi ilə bağlı qərar qəbul edib: “Təşkilatçı kimi sizə xəbərdarlıq edirik, bu barədə aksiyanın iştirakçılarına məlumat verəsiniz. Əks təqdirdə, polis qanunla müəyyən edilmiş qaydada tədbir görəcək”.

Nikol Paşinyan cavabında xəbərdarlığı nümayişkaranə şəkildə cırıb: “Ermənistanda ümumi vətəndaş hərəkatı başlandı”.

Hakim Respublika Partiyası isə dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi gözlənilir. Paşinyan etirazçıların parlament binasını mühasirəyə alacaqlarını bəyan edib. Onlar parlamentə bütün girişlərə mane olacaqlarını bəyan ediblər.

Paşinyanın sözlərinə görə, İrəvandakı aksiyalarda 30 nəfər saxlanılıb. Deputat tərəfdarlarını dövlət müəssisələrinə girməyə, nazirliklərin girişlərini bağlamağa, eyni zamanda səfirliklərin binalarını da mühasirəyə almağa çağırıb.

“News.am” saytının yazdığına görə, polis Baqramyanın prospektində iki sıra tikanlı məftillər qurub. Məftillərin arxasında isə işıq-səs qumbaraları qurulub. Şəhərin mərkəzi küçələrinə çıxan insanların sayı getdikcə artmaqdadır.

Mitinq iştirakçıları Abovyan-Moskovyan dörd yolayrıcını bağlayıblar.

Xəbərə görə, dünənki toqquşmalarda 40-dan çox insan zərər çəkib.

Qeyd edək ki, aprelin 13-də Nikol Paşinyan Serj Sarkisyanın mümkün baş nazirliyinə qarşı etiraz əlaməti olaraq gecə-gündüz aksiyasına başlayıb. Aksiya iştirakçıları prezident administrasiyası və parlament binalarının yerləşdiyi Baqramyan prospekti də daxil olmaqla, şəhərin mərkəzi küçələrini, o cümlədən ətraf rayonları şəhərin mərkəzi ilə bağlayan yolları bağlayıblar. Paytaxtda hərəkət artıq dördüncü gündür ki, iflic olub.

 



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.