SON DƏQİQƏ: Nazir çıxış zamanı huşunu itirdi –VİDEO

Ukraynanın İnformasiya siyasəti naziri Yuriy Steçs Kiyevdə keçirilən forumda çıxışı zamanı huşunu itirib. Bu barədə Modern.az Ukrayna KİV-inə istinadən xəbər verir.

“Mən hər zamankı kimi daha az diplomatik və maksimum açıq və səmimi olacam” – Steçs çıxışı zamanı qeyd edib.

Daha sonra Avropa millət vəkili Rebekka Xarms və ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçə müraciət edib.

“Siz deyirdiniz ki Krım Ukraynanındır, Rusiya isə işğalçıdır” – dedikdən sonra nazir boğulmağa başlayıb.

“Axtem Çiyqoza bir baxın. Onu bu sözlərə görə həbs etdilər. Növbəti sizlərsiniz” – söyləyib və tribunanı tərk edib.

Nazir bir neçə addımdan sonra huşunu itirib və yıxılıb.

Moderator Steçsin xəstə olduğunu qeyd edərək iştirakçılardan üzr istəyib.

Qeyd edək ki, Krımın Rusiya tərəfindən işğalından sonra Krım tatarlarının liderlərindən olan Axmet Çiyqoz yerli hakimiyyətin qərarıyla 2017-ci ilin sentyabrında 8 il xüsusi rejimli cəzaya məhkum edilib.

Ötən ilin oktyabr ayında isə bir neçə siyasi məhbusla birgə Türkiyəyə verilib və orada cəzasından azad edilib.

Рейтинг@Mail.ru
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.