Son dəqiqə : TSQ və ASO Afrinin Raco bölgəsində kəndləri ard-arda ələ keçirir – Şiddətli döyüşlər gedir

Türkiyə ordusunun Afrində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı çərçivəsində Raco bölgəsində əməliyyatının başlaması ilə həlledici proseslər gedir.

Paytaxt.org Avropa.info-ya istinadən  xəbər verir ki, bomba yüklü F-16-lar Diyarbəkirdən havaya qalaraq Raco bölgəsində PKK/PYD terrorçularını bombalayır, alçaqdan uçan vertolyotlar da sərhədi keçib.

Artıq cəbhədən ilk qələbə xəbəri gəlir. Raconun şimalındakı Mesekanlı və Mamalı kəndləri PKK/YPG terrorçularından təmizlənib. Cənubdakı Atamanlı/Osmanlı kəndi də eyni dəqiqələrdə düşməndən alınıb.

Mesekanlı və Mamalı kəndlərində çəkilən ilk görüntülər, sosial mediada paylaşılıb. Görüntülərdə, küçələrdəki terrorçu cəsədləri gözə çarpır.

Anadolu Agentliyi TSQ və ASO-nun Raconun girişinə çatdığı xəbərini son dəqiqə olaraq yayıb. Doğan Xəbər Agentliyi isə ASO-nun Raco qəsəbə mərkəzinə girdiyini və şiddətli toqquşmalar yaşandığını bildirir.

Hücum zamanı dünən səkkiz əsgərin şəhid olduğu 1083 rəqəmli təpə də ələ keçirilib.

Diyarbəkrdən qalxan F-16 döyüş təyyarələri isə gün ərzində Afrinə doğru hərəkət edərək, təyin olunan koordinatları vurublar.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.