Təcili: Ordumuz Zəngilan, Qubadlı və Laçına yolu açdı: Dərələyəz mahalının Arpa kəndi ələ keçirildi – VİDEO + FOTOLAR
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib.
Paytaxt.org Faktor.az-a istinadən xəbər verir ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.
Bu qələbə ilə Azərbaycanın həm də Zəngilan, Qubadlı və Laçına gedən yolu açıldı. Günnütdə uğurla həyata keçirilən əməliyyatlar göstərdi ki, artıq Qarabağ ərazisində də Azərbaycan ordusunun ayaq səsləri eşidilməlidir. Bunun üçün əsl vaxtdır və lazımı şərait yetişib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.