Tiflisdə gərginlik pik həddə: Meydana “akustik toplar” gətirildi – yüzlərlə gənc həbs edildi

Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya Tiflisdə aksiyaların keçirildiyi Rustaveli küçəsinə gəlib.

Paytaxt.org Axar.az-a istinadən xəbər verir ki, o, hazırda “Ağ səs-küy” hərəkatının üzvləri ilə parlament binasında görüş keçirir. Qeyd edək ki, Tiflisdə gecə klublarında narkotikə qarşı böyük səs-küylə aparılan reydlərdən sonra gənclərin aksiyası başlayıb. Reydlər əsasən “Bassiani” və “Qalleri” (Cafe Gallery) gecə klublarına təşkil edilib. Əməliyyat zamanı 8 narkotacir tutulub ki, onlardan da biri “Qalleri”nin mühafizəçisidir. Əməliyyat son bir həftə ərzində 5 gəncin mənşəyi məlum olmayan narkotik qəbulundan sonra ölməsi və 8 gəncin xəstəxanalara yerləşdirilməsindən sonra aparılıb.

Əməliyyata etiraz edən onlarla gənc saxlanılıb. Bunun ardınca isə parlamentin və hökumətin önündə gənclərin çoxminli aksiyaları başlayıb. “Ağ səs-küy hərəkatı”nın bu gün parlament önündəki aksiyasına cavab aksiyası keçirildiyi üçün polis arada kordon qurub və toqquşmaya imkan vermir.

Tiflisin mərkəzindəki gənclərin aksiya keçirdiyi Rustaveli küçəsinə “səs topları” yerləşdirilən maşınlar gəlib. Bu barədə Rustavi-2 məlumat verib. Əraziyə əlavə polis qüvvələri də yeridilib, polis, xüsusi təyinatlılar, post-patrul hər hansı hadisəyə qarşı hazır vəziyyətdədirlər.

DİN rəhbəri Georgi Qaxariya hələ də aksiya iştirakçıları ilə görüşü davam etdirir. “Akustik topların olduğu maşınlar parlament binası yaxınlığında, kilsənin yanındadır”, – Rustavi-2 bildirib.

Qeyd edək ki, “akustik toplar”dan (səs silahı) mitinqlərin dağıdılmasında istifadə edilir.

1 / 3

StartStop
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.