Impera

XƏBƏR LENTİ
01:34Ramil Usubov rəisləri topladı, generallar hesabat verdi - Kollegiyada nələr müzakirə olundu?01:30Rəsmi Vaşinqtondan Moskvaya qarşı daha bir həmlə - Yeni sanksiyalar tətbiq olundu + SİYAHI01:25İsmayıllı Regional Mədəniyyət idarəsinində QALMAQAL:5 min manat rüşvətə görə işsiz qaldı00:58Prezidentin yeni vəzifə verdiyi general kimdir? - dosye17:16Abel Məhərrəmovun milyonluq mülkləri: Villalar, restoranlar VƏ NƏLƏR...17:13Prezident onlara general rütbəsi verdi - SİYAHI15:15Nikol Paşinyandan Dilqəm və Şahbazın geri qaytarılması barədə ETİRAF15:07“AAAF Park” - da AKSİYALAR başladı – qaz sayğacına rüşvət, istilik və işıq problemi sakinləri ayağa qaldırdı (Video)14:49İlham Əliyev türkiyəli ordu generalı ilə görüşdü - FOTO13:27SON DƏQİQƏ: Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşdirilir - Super nazirlik yaradılır10:58''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO10:55“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” - Akademik Ramiz Mehdiyevin kitabı çapdan çıxdı10:45Prezident İlham Əliyev Belarusda mühüm açıqlamalar verdi10:33Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək10:24Gəncədə yaşayış binasında DƏHŞƏTLİ PARTLAYIŞ: ölən və yaralananlar var - FOTO (YENİLƏNİR)01:07“Erməniləri yoxsul, pis və ələbaxan kimi tanıyırlar” – Paşinyandan şok etiraf01:05Müşfiqi diri-diri həmin binanın divarına hörüblər - Tədqiqatçı alim ünvanı açıqladı00:56BİABIRÇILIQ: Abel Məhərrəmovun içib dava saldığı konfransdan – ŞOK VİDEOLAR14:48Azərbaycan təyyarələri Qarabağda... - Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ13:34İş adamını girov götürdülər, cinsi əlaqəyə təhrik etdilər – Bakıda şok olay13:21Putin yeni dövlət yaradır: iki ölkəni birləşdirir - Sensasiya13:19Məhkəmə Əli Kərimli barədə qərar verdi00:31Prezidenti İlham Əliyev Belarus Respublikasında rəsmi səfərdədir19:57Bakının məşhur “Nəsimi bazarı” sökülür - yerində bina tikilir19:49Xalq şairi Xəlil Rza Ulutürkün qardaşı vəfat etdi - Allah rəhmət eləsin!19:45Londonda islamafobiya, antisemitizm və irqçiliyə qarşı çıxan 30 min nəfər aksiya keçirib18:50Abel Məhərrəmov saxlanıldı - Bakı Dövlət Universitetinin giriş-çıxışı bağlandı, yoxlamalar başlatıldı18:40Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar18:32Əli Həsənov: "Polis üçün əsas ictimai asayişin təmin edilməsidir"12:03Rusiya ilə böyük müharibə başlayacaq - General Romanenkodan şok açıqlama12:00​​​​​​​Ermənistanı qorxuya salan plan, ikiqat zərbənin tarixi – SİYASİ XÜLASƏSİ11:58Erməni təxribatı davam edir - Cəbhədən XƏBƏR VAR11:56Bir neçə maddə ilə ittiham olunan Əli Kərimli məhkəməyə QARŞISINDA11:44Füzuli RİHB aparatında “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib - FOTOLAR00:36Benzin qalxdı: Prezident iqamətgahının qarşısında aksiya - 52 nəfər saxlandı, 106 yaralı var20:14Deputatdan 30 min manat rüşvət istəyən Nəsimi rayon icra başçısı çıxdı20:00İlham Əliyev gömrüklə bağlı sərəncam verdi19:42Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli həbs edildi?20:37Mübariz Mənsimov: "Bədbəxtlər, sizə yazığım gəlir"20:33Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi — Sərəncam17:26Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib17:25İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib16:29Baş Prokurorluq vəzifəli şəxslərə cinayət işi açdı16:27Erməni şərabı, ucuz restoranlar, “Qarabağ mətbəxi” – Rusiyalı bloqqerlərin Xankəndi xatirələri16:25Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ16:15Şərabın qurbanı olan azərbaycanlı məmurlar - İçki onların evini yıxdı16:13"Sədərək" Ticarət Mərkəzində YANĞIN -YENİLƏNDİ16:05"Bakı Group” MTK 1 700-dan çox şəxsin mülkiyyət hüququnu rəsmiləşdirmir00:51Tramp göstəriş verdi: Fətullah Gülən Türkiyəyə ekstradisiya edilsin16:15Abel Məhərrəmov işdən qovuldu - rektor kontrabandaya qurban getdi13:58Prezident Bakı şəhərinə yeni icra başçısı təyin etdi13:37Nazir xalası qızını Qocalar Evinə yerləşdirdi - Azərbaycanda13:34Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi - TƏYİNAT13:25Erməni qadınla yazışan ADU-nun müəllimi danışdı - müsahibə13:20Azərbaycanın İsraildəki dostu yüksək posta doğru13:17Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR02:02ABŞ “Hizbullah” liderinin oğlu Cavad Nəsrullahı qlobal terrorçu elan etdi01:57Tanınmış rəqqasənin Cümhuriyyətin 100 illiyinə həsr edilmiş layihəsi təqdim edilib01:52SSR-nin qurucusu Lenin dəfn edilir?01:49İnstaqram Ramazan Kadırovu “blok”dan çıxartdı01:47Suriyalılar prezident Bəşər Əsədi çiyinlərinə qaldırıb çılçırağa çırpdılar01:15Prezident Xələf Xələfova yüksək vəzifə verdi (SƏRƏNCAM)01:13Ekaloqdan şok XƏBƏRDARLIQ: Boran, tufan, sərt şaxtalar - Azərbaycanda yeni kiçik buz dövrü olacaq01:07Biri Türkana qoluşub, digəri banda yaradıb... - Meyxanaçı Vüqar daşı daş üstündə qoymadı01:03Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR01:013 ölkə Türkiyəyə qarşı birləşdi: qardaş ölkəyə qarşı hücum PLANI00:56Dövlət Bayrağımızın təsviri təsdiq edildi19:59Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı: 99 ZZ 100 - 800- 111-in ŞOK QİYMƏTİ (VİDEO)19:35İlham Əliyevdən dövlət himni ilə bağlı qərar17:09Akif Rəhimov sahibkara 45 min manat “atdı”, “mən nə hökumət, nə dövlət sayıram” dedi – ŞOK FAKTLAR16:59İldırımsürətli müharibə iki həftəyə başa çatacaq: Rusiyada DAĞIDICI SSENARİ16:54İlham Əliyev: Əgər KTMT-nin hər hansı bir problemi varsa, o da Ermənistandır16:47Qarabağda ABŞ və Rusiyanın gərgin MÜBARİZƏSİ BAŞLADI: Azərbaycana qarşı PLANLAR02:03Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər”01:58Əli Həsənov: "Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edə bilib"01:55Xalqı müdafiə edən deputat məmurlara qarşı çıxdı01:51Mübariz Mənsimov şəhid anasına hörmətsizlik edəni cəzalandırdı - özü yazdı01:48İlham Əliyevdən Adil Əliyevlə bağlı MÜHÜM SƏRƏNCAM - SİYAHI12:36Mirmahmud Mirəlioğlu: “Mütəllibov niyə imkan verirdi ki, üzündən öpsünlər...” – Müsahibə12:34Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi - təcili12:29Azərbaycanda daha bir avtobus qəzası - Çox sayda yaralı var12:23İnstaqram fenomeni olan avstraliyalı model Nyuşa12:20Övladına “Adolf” adı qoyan valideynlər terrorçu çıxdı12:12Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümü ilə bağlı konfrans olub12:04Generallara qarşı sui-qəsd planı ortaya çıxdı - siyasi gərginlik artır00:36Çavuşoğludan fransalı nazirə: “Həddini aşma, Ərdoğanı səhv salma”00:34Bələdiyyə sədri Rafiq Muradovun ərköyün oğlu maşınla 14 yaşlı yeniyetmə qızı vurdu20:29Prezident səfirləri geri çağırdı - təcili16:43Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı15:59Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR15:35İlham Əliyev Paşinyanı Astanada da məğlub etdi: Nazarbayevlə Lukaşenko Nikolu “divara dirədi”15:244 nazir müşaviri, şöbə müdiri, rəis, sektor müdiri... - Sahil Babayev 213 işçi ilə bağlı əmr verdi14:33Lənkəranda 4 kənd su altında qaldı, 63 nəfər... - RƏSMİ14:31Sabiq nazir Fazil Məmmədovun “topdağıtmaz” biznes imperiyası: Görün nələri var imiş - SİYAHI14:25“Qoca”nın Fədayəyə yazdığı şok mesaj - Vəkil açıqladı13:05Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər - FOTO12:55Şahmar İbadovun qatil oğlu komfort içində, aprel şəhidi ailəsi isə zülüm çəkərək səfalətdə yaşayır – Foto12:40Şabranda “cin çıxarma” adı ilə ruhi xəstəni döyüb öldürdülər12:361109 SAYLI MƏHKUM-Mikayıl Müşfiq haqqında bilmədikləriniz12:32Türkiyəyə hücuma hazırlaşan terrorçulara havadan zərbələr endirildi
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...

15 okt 2018, 14:09   
Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...Ötən 15 ilin təcrübəsi göstərir ki, Azərbaycanda xalqın maraqlarına cavab verən bu davamlı sabit inkişaf yolunun alternativi yoxdur. Ölkə və xalq xaos, anarxiya, sarsıntılar, inqilablar deyil, islahatlar, təkamül yolu ilə inkişaf etməlidir. Bu yol həmçinin qonşu və Azərbaycanda maraqları olan bütün dövlətlərin də marağına uyğundur.


Paytaxt.org xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, 2003-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanan İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyi tarixində yeni keyfiyyət mərhələsi başladı:

“Ötən 15 il Azərbaycan Respublikasının daxili ictimai-siyasi, iqtisadi, mədəni həyatı və xarici siyasəti bir sıra özünəməxsusluqlarla və tariximizdə yaradılan bir sıra ilklərlə əlamətdar olub. 2003-cü ildən sonrakı illər Azərbaycan Respublikasının inkişafında varisliyin, böyük dövlət və siyasət adamı, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin davam etdirilməsi, ölkəmizin müasirləşməsi, çağdaşlaşması, onun tərkib hissəsi kimi modernləməsi illəridir”.

Millət vəkili vurğulayıb ki, hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikasının Prezidenti ölkənin müasirləşdirilməsini bir vəzifə olaraq qarşıya qoydu:
Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...
“Məlum olduğu kimi, uzun tarix boyu mövcud olmuş xalqların və ölkələrin bir çoxu məhz zamanla ayaqlaşa, ona uyğunlaşa bilmədikləri üçün hazırda dünyanın siyasi səhnəsində mövcud deyillər. Zamanla ayaqlaşmayan, dövrün şərtlərinə uymayan və yaşayış şərtlərini irəli sürməyən xalqların çoxu hazırda söz sahibi deyillər. Zaman-zaman onların bəziləri həm dünyada gedən müasirləşmə proseslərinə uyğunlaşmadıqları, həm də xarici güclərin təsiri altında zəifləyiblər, bəziləri isə məhv olub”.

Millət vəkili qeyd edib ki, ötən 15 il tarix baxımından qısa olsa da, inkişaf və həyata keçirilən islahatlar baxımından bir sıra ölkələrin keçdikləri yüz illərə bərabərdir:

“Bunu dərk etmək üçün hər şeydən əvvəl, Azərbaycanın daxili həyatında baş verən əsaslı dəyişikliklərə müqayisəli nəzər yetirmək faydalı olardı. Belə ki, bir zamanlar Azərbaycan qaz təchizatı sarıdan digər ölkələrdən asılı vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı dayandıra və ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışa bilərdilər. Ötən müddət ərzində Azərbaycanda yürüdülən siyasət nəticəsində bu vəziyyətə son qoyulub. Ərazi və əhali baxımından bir çox ölkələrdən kiçik olmasına baxmayaraq, Azərbaycan nəinki ölkənin qaz təchizatını tam təmin edən, eyni zamanda, Avropa ölkələrinin tələbatının ödənilməsində mühüm rol oynayan bir ölkəyə çevrilib. Bakı-Tiflis-Ceyhan əsas ixrac neft, Bakı-Tiflis-Ərzurum qaz boru kəmərləri təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi Azərbaycanın rolunu artıran böyük bir layihədir. Böyük İpək Yolu, Şərq-Qərb və ya Bakı-Tiflis-Qars və Şimal-Cənub dəmiryolları Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən biri halına gətirir. Azərbaycan Fars körfəzindən başlayaraq Fin körfəzinə qədər ərazidə dəmiryolu vasitəsi ilə hərəkət edə bilir, tranzit funksiyasını yerinə yetirir. Azərbaycan artıq nəqliyyat təhlükəsizliyini təmin edən bir ölkədir. Bu yollar ölkənin qüdrətini artırır, beynəlxalq mövqelərini möhkəmləndirir, özü ilə bərabər yeni iş yerlərinin açılmasını və vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını gətirir”.

M.Qasımlı bildirib ki, bir zamanlar Azərbaycan qonşu və bəzi uzaq ölkələrin ucuz kənd təsərrüfatı malları üçün əlverişli satış bazarına çevrilmişdi:

“Heç şübhəsiz, dünya ölkələri ticarətsiz inkişaf edə bilməz. Dövlətin qüdrətini müəyyənləşdirən amillərdən biri xalqın ticarəti bacarıb-bacarmamasıdır. Ötən illər ərzində Azərbaycan uğurlu xarici ticarət siyasəti həyata keçirərək, nəinki ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində ciddi addımlar atan bir ölkəyə çevrilib, eyni zamanda, xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edir. Azərbaycan ənənəvi bazarlardan başqa yeni bazarlarda da yer tutub”.

Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75% Azərbaycanın payına düşür:

“Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azalmasına yönələn siyasət genişləndirilib. Turizm, kənd təsərrüfatı, yeni texnologiyaların tətbiqi, nəqliyyat və b. sahələrdə mühüm işlər görülüb. Ərazisinin 20%-nin Ermənistanın işğalı altında olmasına baxmayaraq, Azərbaycan tikinti-quruculuq meydanına çevrilib. Başqa hər hansı bir ölkə belə vəziyyətdə olsaydı, o, bərbad hala düşərdi. Ölkədə geniş inşaat işləri aparılıb, yeni iş yerləri açılıb, qaçqın və məcburi köçkünlər üçün evlər tikilib, şəhərciklər salınıb”.
M.Qasımlı vurğulayıb ki, ötən illər ərzində Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrilib:

“Azərbaycan dövləti ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaradıb. Azərbaycan ordusu dünyanın 50 güclü ordusunun sırasındadır.Azərbaycan beynəlxalq silah sərgilərində özünəməxsus yer tutur. Azərbaycanda ictimai həyatın bütün sahələrində geniş islahatlar həyata keçirilib. Vətəndaşın daha yaxşı yaşayışını təmin etməyə yönələn qanunlar qəbul edilib və reallaşdırılıb. Sosial dövlətin qurulması üçün qısa müddətdə başlanan islahatlar dərinləşdirilib. Bərabər imkanların yaradılması üçün ciddi tədbirlər həyata keçirilib. Xalqın həyat şəraiti daim yaxşılaşır. Azərbaycan yoxsullar ölkəsindən imkanlılar ölkəsinə yüksəlib”.

Millət vəkili qeyd edib ki, bu illər ərzində xalqın milli ruhu yüksəlib və özünəinamı artıb:

“Xalq ilə dövlət arasında birlik, hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq qurulub. Ölkədə təbii sabitlik hökm sürür. Demokratikləşdirmə, vətəndaş cəmiyyətinin qurulması məqsədi ilə geniş islahatlar həyata keçirilir. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilib. Azad mətbuat formalaşıb. Azərbaycan bütün postsovet məkanında islahatların ən geniş və uğurla aparıldığı bir ölkədir”.

Millət vəkili beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzu və təsirinin genişləndiyini bildirib:

“Bu gün artıq Azərbayacana maraq göstərən, əlaqələr qurmaq istəyən dövlətlərin sayı artıb, dostları çoxalıb. Ötən illər göstərdi ki, Azərbaycan sözü ilə iş bir olan, ləyaqətli bir dövlətdir. Ötən illər ərzində İlham Əliyev möcüzə yaradıb, dünyaya yeni bir model verib. Bu, Azərbaycan modelidir”.

Millət vəkili bu inkişafın sirrini də açıb: “Heç şübhəsiz, bütün bunlar göydəndüşmə, birdən-birə olmayıb. İndiki vəziyyətə gətirən yol asan və rahat olmayıb, ona nail olmaq üçün böyük əmək sərf edilib. Bu səviyyəyə yalnız təbii sərvətlərin hesabına deyil, onların milli sərvətə çevrilməsi və səmərəli istifadə edilməsi nəticəsində nail olunub. Bunlar isə bilavasitə dövlət idarəçiliyi ilə bağlı məsələlərdir. Ölkənin indiki inkişaf səviyyəsinə gəlib çıxması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin, ona məxsus olan yaradıcı iş üslubunun nəticəsidir. İlham Əliyevin fəaliyyəti göstərir ki, o, milli-mənəvi köklərə dayanaraq ölkəsinin müasir dünya ilə ayaqlaşması üçün ən səmərəli və faydalı tədbirləri düşünən və həyata keçirən yenilikçi, dərin islahatçı dövlət xadimidir. Ölkə həyatının inkişafdan geri qalan, onunla ayaqlaşmayan sahələrinin olduğunu təkcə mükəmməl deyil, eyni zamanda, onların inkişaf yollarını, problemlərin həlli üsullarını dəqiqliklə bilən İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanı rəqabətə davamlı bir ölkəyə çevrilib. Ötən illərin təcrübəsi göstərir ki, daxili siyasət sahəsində Azərbaycan Prezidentinin başlıca məqsədlərindən biri xalqının daha yaxşı yaşaması üçün bərabər imkanlar yaratmaqdır. Onun verdiyi göstərişlərin və apardığı islahatların başlıca məqsədi xalqın daha yaxşı yaşaması, dövlətin güclü olması niyyətlərini güdür”.

M.Qasımlının sözlərinə görə, tələbkarlıq, ciddiyyət və qayğıkeşlik Azərbaycan Respublikası Prezidentinin iş üslübunun tərkib hissələrindən biridir:

“Dövlət rəhbəri məmurlara qarşı nə qədər tələbkar və ciddidircə, sadə xalqa münasibətdə bir o qədər sadə və təvazökardır. O, əsl xalq adamıdır. Qurucu Prezident olan İlham Əliyev başlıca məqsədlərindən biri böyük Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsinə çıxarmaqdır. Məhz onun hakimiyyəti illərində Azərbaycan dövləti Kosmos klubunun üzvü olub. Prezidentin siyasəti nəticəsində Azərbaycan dövləti özündən böyük olan qonşu dövlətlərə təsir edən bir güc halına gəlib. Bir çox dövlətlər məhz Azərbaycan ilə yaxınlaşaraq özlərinin bir sıra problemlərini həll etməkdə maraqlıdır. İlham Əliyevin hakimiyyətinin ilk 15 ilində qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gəlib. Azərbaycan maddi və qeyri-maddi irsinin bəzi nümunələri YUNESKO-nun irs siyahısına daxil edilib. Azərbaycan Prezidenti xalqının dünya mədəniyyəti yaradan bir xalq olduğunu bir daha sübut edərək, ona böyük imkanlar yaradıb. Bu illər Azərbaycan mədəni irsinin qorunması və mədəniyyətinin çiçəklənməsi illəridir".

Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidenti mövqeyi açıq və siyasəti çevik olan bir dövlət xadimidir:

“O, ölkəmizi digər dövlətlər üçün qarşıdurmalar, intriqalar deyil, əməkdaşlıq meydanına çevirib, bununla da bir-biri ilə əsrlər boyu didişən ölkələri yenidən bir araya gətirib. Azərbaycan rəhbəri ölkəsinin müttəfiqləri üçün problem yaratmayaraq, onları başqaları ilə üzbəüz qoymayaraq digər qonşu ölkələrə bir nümunə verib. Yorulmazlıq Azərbaycan dövlət rəhbərinə xas olan başlıca keyfiyyətlərdən biridir. Azərbaycan Prezidentinin dəfələrlə Bakıda beynəlxalq tədbirdə iştirak etdikdən və nitq söylədikdən sonra rayonlara səfər etməsinin, yeni sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrini açmasının, xalq ilə görüşlərinin şahidi olmuşuq. Ana dilinə qayğı Azərbaycan Prezidentinin fəaliyyətinin sahələrindən biri kimi əhəmiyyətlidir. Azərbaycan Prezidenti ölkəmizin və millətimizin birliyinin rəmzi olan dinimizə xüsusi qayğı göstərməsi rəğbətlə qarşılanır. Din və dövlət ölkəni dik saxlayan iki ayaqdır. Ölkə bunların biri olmadan, tək ayaqda qala bilməz. Dinimizə və dini adət-ənənələrimizə qayğı dövlət rəhbərinin fəaliyyətinin mühüm sahələrindən biridir. Din və dövlət işlərini qarışdırmadan onlar arasında qızıl ortanı müəyyənləşdirərək hər ikisini inkişaf etdirmək Azərbaycan Prezidentinin böyük uğurlarından biridir”.

Millət vəkili bildirib ki, İlham Əliyev Azərbaycan cəmiyyətinə yeni siyasi mədəniyyət və nəfəs gətirib: “Məhz onun hakimiyyətinin ilk 15 ilində keçmiş prezidentlər haqqında qanun qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin iş üslubundakı özünəməxsusluqlar özünü xarici siyasət fəaliyyətində də aydın şəkildə özünü göstərir. Onun hakimiyyətinin ilk 15 ilində ölkənin xarici siyasəti daha mükəmməl olub. Azərbaycan Prezidentinin dünya işlərini həm tarixi, həm nəzəri, həm də praktik baxımdan mükəmməl bilməsi ölkənin xarici siyasətinə uğurlar gətirib. Azərbaycan dövləti bloklara qoşulmayan ölkələr hərəkatına üzv olub. Məhz bu uğurlu addımların nəticəsində 2011-ci ildə Azərbaycan Respublikası BMT-nin 193 üzvündən 155-nin səsini alaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasının göstəricilərindən biridir”.
OXŞAR MÖVZULAR