Impera

XƏBƏR LENTİ
17:15Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO17:13Təcili: Fransa etirazları Belçikaya sıçradı – Paytaxtda ara qarışdı17:10Parisdə küçə döyüşü gedir: Makron ölkəyə NƏZARƏTİ İTİRDİ13:35Milli komandamızın baş məşqçisi Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ12:29Paytaxt küçələrinə tanklar yeridildi - Hökumətin etirazçılara qarşı YENİ PLANI12:26Növbədənkənar parlament seçkiləri gözlənilmir - YAP-dan açıqlama01:49Əli Kərimlinin gizli görüşləri - Qarabağ Komitəsinə qarşı böyük qəsd hazırlanır01:45Ermənistanın sabiq prezideti Robert Köçəryan həbs olundu - Video01:34Qurban Qurbanov millidən gedir - EKSKLÜZİV01:32Xırdalanda sərnişin avtobusunun aşmasının səbəbi bilindi - TƏFƏRRÜAT (YENİLƏNDİ)22:03Xırdalan sakinlərinin nəzərinə!17:14İrəvanda qan və qiyam qoxusu: Silah səsləri…17:07Köçəryan həbs olunur: Məhkəmə qərar verdi – Son dəqiqə17:05Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR16:59DTX əhaliyə xəbərdarlıq etdi: belə hallar yaranarsa, quruma müraciət edin16:50icra başçısı yerli məmurları topladı: Rayon rəhbəri Abşeron rayonunda qışa hazırlıq işlərini müzakirə etdi və tapşırıqlar verdi15:01“Zatulinin əsas maliyyə qaynağı erməni lobbisidir” AÇIQLAMA14:51Orduxan Teymurxan terrora çağırış ittihamı ilə axtarışa verildi – Baş Prokurorluqda cinayət işi açıldı14:40Ramil Usubovdan mühüm əmr: Polis rəisinin 2 müavini, bölmə rəisi və baş inspektor işdən çıxarıldı14:37“Broker Əbülfəz”ə yüksək vəzifə verildi - Səfər Mehdiyev onu Abşeron gömrük postuna rəhbər gətirdi14:22Avropaya ATOM YAĞIŞI olacaq, qitə Yer üzündən silinəcək – Rusiya BÜTÜN KARTLARI AÇIR14:20Ilham Əliyev rus torpaqlarında Ermənistanı belə məğlub etdi - Sankt-Peterburq görüşünün SİRRİ AÇILDI14:18Mühafizə Alayında əsgər yaralandı Rəsmi14:16Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir14:12Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...14:08Paşinyana Sankt-Peterburqda YERİNİ GÖSTƏRDİLƏR - FOTO/VİDEO15:17Əflatun Amaşovu hədəfə alanlara sərt cavablar14:54“Erməni ordusunu bir neçə saata darmadağın etmək olar” – Hərbi ekspert14:51“Ermənistan hakimiyyəti hücuma hazırlaşır” – Sensasion iddia14:47Ermənistan ordusuna BÖYÜK ŞOK: bir qrup hərbçi...14:36“Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlimlər başa çatdı14:22Bəgaliyev Maqsud Yardımlıda məmur özbaşınalığı ilə bağlı prezidentə müraciət etdi - MƏTN12:24Erməni partiyalarının davası: Nikol Qarabağ mövqeyini dəyişdi12:20Paşinyanın əsgər oğlunun macəraları: Xankəndində əyləncə klubu, spirtli içkilər və…12:13Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib01:09Saçı qırxılan gəli̇ni̇n anasından gizlədilən cinayətin şok açıqlaması - Polis hərəkətə keçdi (Video)01:04ABŞ komandanı: Rusiyanı necə məğlub edəcəyimizi bilirəm01:00Ukrayna iki dənizdə hücuma keçdi: 8 hədəf məhv edildi - Moskva şokda00:56Paşinyanın gizli səs yazısı yayıldı - VİDEO00:54Prezidentdən icra başçısı ilə bağlı sərəncam22:39Ağdamda narazılıq artır - evi başına uçan Zəhra ana prezidentən kömək istəyir (VİDEO)16:59Masallının məşhur milyonçuları - Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər15:42ŞOK AÇIQLAMA: Nazir devalvasiya anonsunu verdi - dollar marta qədər bu qiymətə olacaq15:34Müğənni Afətdən efirdə ŞOK TƏKLİF: Şübhəsi varsa, gəlsin həkimə gedək15:26Fransanın Bakıya ASTER 30 SAMP/T və VL Mika raket sistemlərini satacağını bəyan etdi15:21Prezident Xalq rəssamı Tahir Salahova orden təqdim etdi - FOTO (YENİLƏNDİ)15:19XİN-dən “Lazarev klubu”na SƏRT REAKSİYA: “Bu, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir”15:16Rusiya nüvə müharibəsinə hazırlaşır: Baş qərargah başçısından BƏYANAT15:14Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ15:08Vaqif Həsənov toplantı keçirdi – İcra başçısı bu dəfə bağça müdirlərinə barmaq silkələdi15:20Prinsip budur: 7 rayon, Dağlıq Qarabağa qayıdış və...15:16İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı belə hazırlayır - YENİ FAKTLAR15:13SOCAR-dan benzin və dizellə bağlı vacib - Açıqlama01:12Nuhdan vahiməli proqnoz: “Zaman maşını, insan ölümsüzlüyü, dəhşətli qar...”01:09Lavrovun mikrafonu əlində qaldı - İlginc olay/Video01:0655 min nəfərə ŞAD XƏBƏR - Prezident 5,6 milyon manat ayırdı00:58Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun əməlləri ilə bağlı ilginc məlumatlar yayıldı00:45“Modern Hospital”: yarım ilin qara statistikası - yüksək əməliyyat hesabları, bitməyən ölümlər VƏ NƏLƏR12:10ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI12:07Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO12:04Mirşahindən sərt sözlər: “Sevinc Əli Kərimlinin alt paltarıdır” – Video11:59Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı - 30 milyon dollar ölkədən çıxarılıb11:56Sabiq nazir Əli Abbasovun kadrı sayılan Ceyhun Cəfərovu o əvəzləyir - KÜRDƏMİRDƏ01:35Nizami rayonunda növbəti özbaşınalıq: İcra başçısı və YAP-ın sədri Leyla Əliyevaya qarşı - FOTOLAR00:53Ölkədə böyük faciə: 3 alpinist qar uçqununda itgin düşdü - genişmiqyaslı axtarışlar başlatıldı00:45Ermənistan döyüş mövqeyində itki verdi00:40Netanyahu və həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI...00:37Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”21:32Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda - Avro-202021:28Qarabağdakı TALANÇI ŞİRKƏTLƏR: Əksəriyyəti dost və tərəfdaş bildiyimiz ölkələrə məxsusdur17:38Paytaxtda başlayan mitinq iştirakçıları silahlandı: onlarla aksiyaçı otel çıxışında həbs olundu14:51Gürcü müxalifəti etiraz aksiyaları üçün paytaxta yeridi – yeni hökumət təcili toplandı14:44Putin G20-də son nöqtəni qoydu: “Müharibə davam edəcək”14:42Erməni girovluğundan 20 azərbaycanlı qadını təkbaşına azad edən şəhid14:37Məşhur avtoritet Şeyx Həmzətə sui-qəsd: ölü və yaralılar var - VİDEO14:26“Böhtandır, iftiradır, ayıb olsun!” - Əflatun Amaşovdan sərt AÇIQLAMA00:25Ticarətçilər üçün sadələşdirilmiş vergi ləğv olundu - YENİLİK00:06Sumqayıtın 9 saylı tam orta məktəbdə nələr baş verir - Direktor əvəzi Təhsil nazirliyində kimin adından istifadə edir? (VİDEO)13:17Sosial şəbəkələrdə hamı bundan danışır: Ruhlar nərdivanı belə yeritdi, əhali təşvişə düşdü - Video13:08Türkiyə şokda : CHP sədri Klıcdaroğlu Berlində PKK-ya dəstək verdi13:06ABŞ və Avropadan yüzlərlə hərbçi Ukraynaya GƏTİRİLDİ: Rusiya ilə MÜHARİBƏ BAŞLAYIR11:44DİN-dən əməliyyat: 20 həbs11:41Erməni müdafiə nazirliyinin gizli saxladığı hərbi rüşvətxor: rəngsazlıqdan generalınadək - FOTO01:35Nazir açıqladı - Rusiya sərhədə 80 minlik qoşun yığıb01:32Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir – FIG prezidenti01:29Dəhşətli dağıdıcı gücə qadir aviasiya bombaları alınır - Azərbaycan Pakistanla razılaşdı01:21Bu, tələdir və Rusiya vəziyyətdən çıxa bilməyəcək - Eks-nazir01:14Prezident sərəncam imzaladı19:25İran-Azərbaycan sərhədində atışma: General hadisə yerində19:18Whatsapp-da DYP rəisi haqqında məlumat yayan şəxs həbs edilib19:0810 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?15:55Rusiyaya öldürücü zərbə: Müzakirələrə start verildi13:35Zakir Qaralov İsmayıll rayonuna yeni prokuror təyin etdi13:23Aksizlər qalxdı, ofisiant və bərbər də vergi verəcək13:19Ukrayna Rusiya təyyarələrini MƏHV ETDİ: Azovda təhlükə artır12:13Erməni prezidenti Berlində rüsvay oldu - Sərkisyanın böyük yalanı12:10Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib12:06Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri12:04Paşinyan ölkəni belə XİLAS EDƏCƏK: Bütün sirləri ifşa olundu12:00Türkiyədə 500 min insan öləcək, 2,5 milyonu isə yardıma möhtac qalacaq - XƏBƏRDARLIQ
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

10 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?

30 noy 2018, 19:08   
10 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?10 günə 10 qol və ya "Gün var qola bərabər". Bu, Qurban Qurbanovun Azərbaycan millisi və "Qarabağ"ın baş məşqçisi kimi noyabrın sonlarında azarkeşlərə "bəxş" etdiyi acı məğlubiyyətlərin acı statistikasıdır. Həm də qırğız yazıçısı Çingiz Aytmatovun məşhur əsərinin Azərbaycan futboluna məhz bu mütəxəssis vasitəsilə tətbiq olunmuş variantı.

Azərbaycanın dövlət olaraq tanımadığı Kosovoya yığmamız noyabrın 20-də UEFA Millətlər Liqasının son tur oyununda 0:4 hesabı ilə uduzdu. Ötən gün isə Avropa Liqasının qarşılaşmasında Portuqaliya "Sportinq"i Bakıda "Qarabağ"ı daha böyük hesabla məğlub etdi - 6:1. Hər iki halda uduzan komandaların - həm milli, həm də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov idi (Elə indi də odur - red.). Az qala Aytmatov qədər göylərə qaldırılan, öz günahını etiraf etməyən, "İnkişafa sıfırdan başlamalıyıq" deyən Qurbanov...

Kosovoya biabırçı məğlubiyyətdən sonra yaxın ətrafına bəzi futbolçuların bilərəkdən oynamayaraq, ona "torba tikdikləri" barədə tezislər ötürmüşdü. Guya həmin "torba"nı xarici klublardan dəvət olunmuş futbolçular "tikirmişlər". Hə, bir də Kamran Ağayev qəsdən özünü zədəli göstərərək, qrupdakı son səfər oyununa getməyib. Getsəydi, belə uduzmazdıq...

Zədəli və cəzalı futbolçuların yoxluğunda "Sportinq"in baş məşqçisi Marsel Kayzerin güc-bəla ilə topladığı 19 nəfərlik heyət isə ötən gün "Qarabağ"a verdiyi dərslə belə iddiaları puça endirdi. Təsəvvür edin, Kosovoya qarşı əsas heyətdə oynayanların dördü - Qara Qarayev, Maksim Medvedev, Araz Abdullayev və Mahir Mədətov yenə iş başında idilər. Üstəlik, avrokuboklarda 100-cü oyununu keçirən Rəşad Sadıqov onlara və 6 legionerə kapitanlıq edirdi.

Elə Priştinadakı kimi, Bakıda da erkən qol buraxan komandaları Qurbanovun vacib oyunlara necə hazırladığı açıq-aydın göründü. Görəsən, bu dəfə "torba tikənlər" kimlər idi: Penaltinin səbəbkarı Yakub Jezniçak, uzaqdan adi zərbədən sonra top buraxan Hannes Halldorsson, yoxsa Luiş Naninin uşaq kimi doladığı Qarayevli, Medvedevli, Sadıqovlu yerli futbolçulardan ibarət müdafiə xətti?

Fakt ortadadır. Azərbaycan millisi və "Qarabağ" həyati əhəmiyyətli qarşılaşmalara hazır deyildi. Səbəbini başqa yerlərdə axtarmağa gərək yoxdur. Çempionatın lideri "Neftçi" olduğu halda, Qurban Qurbanov millidə də öz komandasının futbolçularını oynadır. Nəticədə onlar yorulur, üstəlik, hər ağır məğlubiyyətdən sonra psixoloji cəhətdən sarsılırlar. Axırı isə belə olur və olmalı idi də.

İngiltərənin "Arsenal" klubu da Bakıya aparıcı futbolçularının çoxunu gətirməmişdi. Onların yerinə gənclər çıxış edirdilər. Həmin vaxt "Qarabağ"ın futbolçuları hələ bu qədər yüklənməmişdilər. Amma "topçular" 3 top vurub getdilər. Qurban Qurbanov isə həmin məğlubiyyətdən dərs çıxarmadı. Beynəlxalq oyunlarda hər dəfə eyni heyəti meydana buraxdı, heç bir yenilik etmədi. Elə düşündü ki, bu yolla komandanın oyununu oturuşduracaq. Amma get-gedə zəifləyən "Qarabağ" nəinki Avroliqada, hətta Premyer Liqada da mövqeyini əldən verməyə başladı. İndi bu komanda "Neftçi"dən 5 xal geri qalır. "Hoca" isə get-gedə tükənir...

Bu, "Qarabağ"ın avrokuboklarda 103-cü oyunda 40-cı məğlubiyyəti idi. İlk dəfə idi komanda öz meydanında bu qədər top buraxırdı. Son 11 ildə Azərbaycan millisi qapısından cəmi 2 oyunda 6 top buraxıb. Biri 2007-ci ildə Bakıda Serbiya ilə görüşdə - 1:6. Digəri isə 2014-cü ildə səfərdə Xorvatiya ilə qarşılaşmada - 0:6. Hər iki halda yığmanın baş məşqçiləri Şahin Diniyevlə Berti Foqts istefa verib. O vaxtdan milli komanda ən pis halda 4 top fərqi ilə uduzub. Bunların biri Robert Prosineçkinin dövründə səfərdə Şimali İrlandiya (0:4) və Almaniya (1:5), digəri Qurban Qurbanovun rəhbərliyi altında Kosovo ilə matça təsadüf edib.

"Qarabağ" isə son iki mövsümdə qapısından ikinci dəfə 6 top buraxdı. Biri ötən mövsüm İngiltərədə "Çelsi" ilə matçda (0:6), ikincisi isə noyabrın 29-da. İndi nə Diniyev var, nə Foqts, nə də Prosineçki. Amma Qurban Qurbanov 10 ildir "Qarabağ"a, 1 ildən çoxdur milliyə rəhbərlik edir. Görəsən, ağır məğlubiyyətlərə görə hansısa komandadan istefa verəcəkmi?

Qaynarinfo
OXŞAR MÖVZULAR