Arda Turan üsyan etdi, “Barselona” qərarını açıqladı

Bu mövsüm heç bir rəsmi oyunda meydana çıxmayan Arda Turan “Barselona”dakı gələcəyi ilə bağlı qərar verib. Fanat.Az xəbər verir ki, türk futbolçu Kataloniya klubunu tərk etmək qərarına gəlib.

Arda bu gün səhər saatlarında klubun baş direktoru Pep Sequra ilə görüşüb və oynadılmaması ilə bağlı etirazını bildirib. Futbolçunun klubun rəsmisinə “Artıq qərar verməyin zamanı gəlib. Komandadan getməyimə kömək edin. “Barselona” dünyanın ən böyük klubudur. Bu fikrim əsla dəyişməyəcək. Burada oynamaq mənim arzum idi və bunu bacardım. “Barselona”da oynamaq istəyirəm” deyəndə Türkiyədə bəziləri mənə gülürdü. Amma dünyanın ən böyük klubunda forma geyinməyi bacardım. Bununla qürur duyuram. Amma artıq gələcəkdə yetərincə forma şansı qazanmayacağımı bilirəm. Mənə gələn təkliflər var. Oynayacağım kluba keçmək istəyirəm. Transfer dönəmində köməyinizə ehtiyacım var” deyib.

Pep Sequra isə ona bu münasibətinə görə təşəkkür edib və onun məsələsinin qış transfer dönəmi üçün transfer planlarına daxil ediləcəyini bildirib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.