Azərbaycanlı futbolçu Avropanın məşhur klubunda… – TRANSFER

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Futbolçumuz karyerasını Portuqaliyada davam etdirəcək. O, bu ölkənin “Eştoril” klubuna transfer olunub. Klubun rəsmi saytında forvardın artıq müqaviləni imzaladığı təsdiqlənsə də, kontraktın müddəti barədə məlumat verilmir.

“Eştoril klubunda olmağıma çox şadam. Ümid edirəm ki, bu hamı üçün unudulmaz bir dönəm olacaq”, deyə Dadaşov klubun saytına verdiyi açıqlamada söyləyib.

Qeyd edək ki, Renat mövsümün gedişində Almaniyanın “Ayntraxt” klubundan kənarlaşdırılıb.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.