“Barselona” Messinin qiymətini açıqladı: 700 milyon avro – RƏSMİ
“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalayıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqaviləyə əsasən, argentinalı ulduz 2020/21 mövsümünün sonunadək “Barselona”da qalacaq. Kataloniya klubu Messinin sərbəst qalma qiymətini də yeniləyib. Müqavilədəki xüsusi bəndə əsasən onu transfer etmək istəyən klub
ödəməlidi.
Klub saytı Messinin maaşını açıqlamayıb. Lakin daha əvvəl belə bir xəbər yayılmışdı ki, o, yeni müqavilə imzalamağın əvəzində 80 milyon funt-sterlinq (105 milyon dollar) pul alacaq, maaşı isə həftədə 500 min funt-sterlinq (658 min dollar) təşkil edəcək.
Qeyd edək ki, L. Messinin “Barselona” ilə köhnə müqaviləsi 2018-ci ildə bitəcəkdi. Bu səbəblə onun başqa klublara keçə biləcəyi barədə söz-söhbət yayılmışdı.
L. Messi 2004-cü ildən “Barselona”da çıxış edir. O, 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun qalibi, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 5 dəfə “Qızıl top” qazanıb.
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.