ÇL: “Bavariya” və “Real” yarımfinalda

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Oxu.Az xəbər verir ki,  Santiyaqo Bernabeu stadionunda İspaniyanın “Real Madrid” klubu  İtaliyanın “Yuventus” komandasını qəbul edib. Matçda erkən qol vurulub.

Oyunun artıq ikinci dəqiqəsində Mandjukiç “Qoca sinyora”nı önə çıxarıb.

1-ci hissənin sonlarına az qalmış Lixştaynerin ötürməsindən sonra Mandjukiç ikinci dəfə seçilib.61-ci dəqiqədə qapıçının səhvindən istifadən edən Matuidi  üçüncü topu “Real”ın qapısından keçirib.

İkinci hissənin əlavə olunmuş vaxtında, hakim “Yuventus”un qapısına 11-metrlik cərimə zəribəsi təyin edib. Hakimlə mübahisə edən qapıçı Buffon qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Meydana çıxan ehtiyat qapıçı Voysex Şensnıy Ronaldonun  sərrast zərbəsinin qarşısı almaqda aciz olub. Ümumi nəticəyə görə, “Real Madrid” yarım finala vəsiqə qazanıb.

İlk oyunda Kral klubu “Qoca sinyora”nı 3-0 hesabı ilə darmadağın etmişdi.

“Alyans arena” paralel keçirilən oyunda isə “Bavariya”  İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Xatırladaq ki, əvvəlki oyun 2:1 Bavariyanın xeyrinə yekunlaşmışdı



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.