“Fənərbaxça” – “Beşiktaş” oyununda dava düşdü – Şenol Günəşi xəstəxanalıq etdilər / VİDEO

Türkiyə kubokunun yarımfinalında keçirilən “Fənərbaxça” – “Beşiktaş” cavab oyunu yarımçıq dayandırılıb. Metbuat.az-ın məlumatına görə, buna matçın ikinci hissəsində baş verən hadisələr səbəb olub. Görüşün 56-cı dəqiqəsində hesab 0:0 ikən “Beşiktaş”ın ehtiyat qapıçısı Tolga Zenginlə “Fənərbaxça”lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman “qara qartallar”ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə “Beşiktaş”ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib.

Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Qeyd edək ki, Ş.Günəşin başına 5 tikiş atıldığı bildirilir.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.