Fatih Terimli “Qalatasaray”dan möhtəşəm qələbə – VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, bu gün “Qalatasaray” doğma meydanda “Göztəpə” ilə qarşılaşıb. İqor Tudorun istefasından sonra baş məşqçi postuna gətirilən Fatih Terimin rəhbərliyi altında baş tutan ilk matçda İstanbul təmsilçisi əzmkar qələbəyə sevinib.

Hesabı 9-cu dəqiqədə penalti qoluna sevinən qonaqlar açıblar. Amma sonrakı dəqiqələrdə ardıcıl 3 qol vuran “Qalatasaray” sonda meydanı 3 xalla tərk etməyi bacarıb.

17 turdan sonra “Qalatasaray” 35 xalla ikinci, “Göztəpə” isə 30 xalla altıncıdır.

Türkiyə Super Liqası
17-ci tur
24 dekabr

“Qalatasaray” – “Göztəpə” – 3:1
Qollar: Qarri Rodriqes, 19. Yasin Öztəkin, 53. Maykon, 70 – Adis Yagoviç, 9-pen.

 



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.