Ilqar Əlizadə: “İstəyirik ki, azərbaycanlı oyunçular dünya səviyyəli klublarda oynasın”
Bu yaxınlarda Ekspromt MIQ MMC son illər yüksəlişdə olan nəticələrilə diqqəti cəlb edən “Leon” uşaq futbol klubunun tərəfdaşı olub. Bununla bağlı şirkətin təsisçisi Ilqar Əlizadə Newsport.az saytına müsahibə verib.
– “Leon” klubu ilə əməkdaşlığa başlamısınız. Bu klubla əməkdaşlıq etmək kim tərəfdən irəli sürüldü?
– Ekspromt şirkəti təşəbbüs irəli sürdü. Bu barədə “Leon” rəhbərliyi ilə danışığımız oldu. Sağolsun, “Leon” rəhbərliyi bu təşəbbüsü dəyərləndirdi. Məhz bundan sonra əməkdaşlığa başladıq.
– Azərbaycanda nadir hallarda görünər ki, hansısa şirkət uşaq futbol klubu ilə əməkdaşlıq etsin. Bu təşəbbüsün məqsədi, uşaq futboluna təkan verməkdi?
– Bildiyiniz kimi Azərbaycanda idman sahəsinə böyük diqqət və qayğı göstərilir. Azərbaycanlı idmançılar beynəlxalq turnirlərdə ilk pillələrdə qərarlaşırlar. Bu da çox qürurvericidi. Lakin futbolun inkişafı digər idmanlarla müqayisədə uzun proses gedir. Bu prosesdə ən aparıcı və böyük rolu uşaq futbol klubları oynayırlar. Uşaq futbol klublarının inkişafı, milli komandamızın və digər klubların inkişafı deməkdi. Eyni zamanda hər birimiz istəyirik ki, azərbaycanlı oyunçular dünya səviyyəli klublarda oynasın. Bu baxımdan da belə qərara gəldik ki, uşaq futboluna öz imkanlarımız daxilində mənəvi, texniki və digər köməkliyimizi əsirgəməyək.
– Maraqlıdı, niyə məhz “Leon”u seçdiniz?
– Biz uşaq futbol klublarına nəzər saldıq və gördük ki, “Leon” müstəqil klubdu. Onların heç bir peşəkar klubun tərkibində fəaliyyə t göstərmədiyini gördük. Eyni zamanda da bu klub qısa zamanda böyük nəticələr əldə edib. Digər klublar içərisində bu dəstəyə ən böyük ehtiyacı olan “Leon” klubudu. Həmin klubda oynayan oyunçunun həm valideyni kimi, həm də sadaladığım məsələlərə görə belə qərara gəldik ki, “Leon”a öz dəstəyimizi verək.
– Klubla əməkdaşlığınız neçə illik nəzərdə tutulub?
– Biz sponsor deyilik, rəsmi tərəfdaşıq. Tərəfdaşlıq da sırf səmimi münasibətlərdən irəli gələn məsələdi. Burada heç bir müddətdən söhbət gedə bilməz. Biz uzunmüddətdli tərəfdaşıq və istənilən məsələlərdə, imkanımız daxilində “Leon” klubuna hər zaman öz köməyimizi əsirgəməyəcəyik. Köməklik deyəndə, tək maddi məsələdən söhbət getmir. Tərəfdaşlıq maliyyə məsələlərindən başqa, digər məsələlərdə də özünü göstərir. Fikrimcə, əməkdaşlığımız daimi və uzunmüddətl i davam edəcək.
– Bayaq vurğuladınız ki, futbol elə uşaq futbolundan başlayır. Ancaq etiraf edək ki, Azərbaycanda aşağı yaş liqalarında keçirilən yarışlar uşaqların inkişafına elə də kifayət etmir. “Leon” klubu ilə birlikdə turnir təşkil etməyi planlaşdırırsız?
– Bəli, belə turnirlərin keçirilməsi uşaq futbol klublarına çox müsbət təsiri olur. Təbii ki, yaxın zamanlarda turnirlərin keçirilməsi bizim də planımızda var. Yəqin ki, müəyyən müddətdən sonra, Respublikada keçirilən digər çempionat və turnirlərə mane olmamaq şərtilə digər klubların iştirakı ilə turnirin keçirilsi gündəmə gələ bilər.
Mərdan HƏSƏNOV

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.