“Qalatasaray” 2 dünya ulduzunu transfer edir
“Qalatasaray”ın prezidenti Dursun Özbək, idman direktoru Cenk Ergün və baş məşqçi İqor Tudor arasında görüş keçirilib. Fanat.Az xəbər verir ki, görüşdən sonra klub rəhbərliyi iki ulduz futbolçunun transferi üçün hərəkətə keçib.
Sol cinahda köklü dəyişikliklər etmək istəyən “Qalatasaray” müdafiənin cinahına “Ateliko”dan Filipe Luisi transfer etmək istəyir. Sol cinah hücumçusu kimi isə “Şalke 04″dən Yevgeni Konoplyankanın alınması nəzərdə tutulub.
“Şalke 04″ün ukraynalı futbolçu üçün tələb etdiyi transfer məbləği bəlli deyil. Amma “Atletiko”nun braziliyalı müdafiəçisi üçün 4,5 milyon avro istədiyi deyilir.
Qeyd edək ki, “Atletiko” Felipe Luisi 2015-ci ildə “Çelsi”dən 16 milyon avroya transfer edib. Yevgeni Konoplyanka isə bu yay “Sevilya”dan “Şalke 04″ə 12,5 milyon avroya keçib.
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.