“Qalatasaray” yeni transferinin dəyərini açıqladı
“Qalatasaray” İtaliyanın “İnter” klubundan Yuto Naqatomonu heyətinə qatıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu transferin son günündə yapon futbolçunu icarəyə götürüb.
“Qalatasaray” Naqatomoya görə “İnter”ə 700 min avro icarə haqqı ödəyəcək. Komanda mövsümü çempion kimi başa vursa, İtaliya klubu 200 min avro əldə edəcək. “Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə haqqı qazandığı halda isə “İnter”ə 100 min avro ödəniləcək.
Naqatomo mövsümün sonuna qədər 850 min avro maaş alacaq. Komanda çempion olacağı halda isə ona 150 min avro mükafat veriləcək.
Qeyd edək ki, İtaliyanın “Cesena” klubu Naqatomonu 2010-cu ildə Yaponiyanın “Tokiyo” klubundan icarəyə götürüb, 1 il sonra transfer hüqununu 1.6 milyon avroya alıb. 2011-ci ildə “İnter” onu 4.5 milyon avroya transfer edib. Naqatomo cari mövsümdə 13 rəsmi oyunda meydana çıxıb. 2008-ci ildən Yaponiya millisinə çağırılan müdafiəçi 91 oyunda 3 qol vurub.


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.