“Qalatasaray”dan mövsümün ilk transfer “bombası” – Patris Evra “Sarı-qırmızı” oldu

Fransalı sol qanad müdafiəçisi 36 yaşlı Patris Evra “Qalatasaray”la müqaviləyə imza atacaq.

Publika.az xəbər verir ki, bu məqsədlə təcrübəli futbolçu bu gün İstanbula uçacaq.

“Sky Sports”un xəbərinə görə, bu müqavilə ilə “Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirəcək. “Sarı-qırmızılılar” müqavilənin detallarını müzakirə etmək və prosesi sonlandırmaq üçün futbolçunun menecerini də İstanbula dəvət edib.

Müqvilədə futbolçunun əvvəlcə mövsüm sonuna qədər icarəyə götürülməsi, daha sonra isə müddətin 1 ilə qədər uzadılması nəzərdə tutulub.

“Qalatasaray” fransalı futbolçuya yarım mövsüm üçün 1 milyon 250 min avro təklif edəcək.

Qeyd edək ki, bu mövsüm “Marsel”in heyətində forma geyinən Evra 4 matça çıxıb. Daha sonra azarkeşlərlə dalaşdığı üçün müqviləsinə xitam verilərək klubdan qovulub.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.