Impera

XƏBƏR LENTİ
16:14Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan14:09Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...14:04“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI13:58Sabiq vergilər nazirinin son kadırının Prezidentə şirin yalanı: icra başçısı iş adamlarını sıxışdırıb, təhdid edir (VİDEO)12:35SON DƏQİQƏ:: Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi00:14TƏCİLİ: İcra başçısının müavini vətəndaşları döyüb ağır xəsarətlər yetirdi - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ (VİDEO)00:09Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat15:13Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK12:56AAF-nın prezidenti Qüdrət Nuriyevlə müsahibə12:51Öldürüb meyitini asdılar - Qarabağda erməni əsgərinin dəhşətli qətli12:49Sərkisyanın gizlədilən səfəri – Kremldəki görüşün pərdəarxası17:49DİN-dən əməliyyat - 102 nəfər saxlanıldı13:47Birinci xanım prezidentin xəyanətindən DANIŞDI - FOTO13:40AMEA-da kütləvi ixtisarlar başladı - Təfərrüat13:26İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var11:01ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA10:54Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olundu01:09DİM-ə və Təhsil Nazirliyinə ağır ittiham: Niyə şagirdlərin taleyi ilə oynanılır?18:58“Məzarı hazırladıq, gəlin...” – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO18:54Xalq artisti ilə Röyanın ilk dəfə intim görüntüləri yayıldı- O HƏR ŞEYİ ETİRAF ETDİ - FOTOLAR18:37DTX-nin tutduğu şantajçı jurnalistlər haqqında qərar verildi – hədə qorxu, rüşvət, intim və nələr...Video18:27Prezident tanınmış jurnalistlə bağlı göstəriş verdi10:49Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək10:47On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi - Əli Həsənov yazdı10:31Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı13:54BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətin görüntüləri yayıldı - VİDEO13:51Korrupsaner Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir - daha bir məmur Eldar Əzizovun hədəfində12:53SOS: Uşaqları oğurlayan, orqan mafiyası ilə məşğul olan qadının FOTOSU YAYILDI00:16Lənkaran icra başçısı Taleh Qaraşovdan şəhidə hörmətsizlik: Yasına getmədi, köməklik belə etmədi, anasını tək qoydu - Rəzalət!!!21:37ADPU-NUN AĞCABƏDI FILIALINDA KORRUPSIYA - Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir21:30SON DƏQİQƏ: Hacı Mazan saxlanıldı və... - iş adamının ölkədən çıxışına qadağa qoyuldu21:20Bakı gömrüyü rəisi Kənan Məmmədov Prezidentə qarşı - KARANDAŞ ƏMƏLİYYATININ ŞOK GİZLİNLƏRİ20:29İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM20:25Prezident 4 sərəncam, 1 fərman imzaladı14:02Saxta cərəncam və qərarlar - Ceyranbatan bələdiyyə sədri bu qanunsuzluqları icra hakimiyyətinə bağlayır12:58Taksi sürücüləri ilə polis arasında əlbəyaxa dava – Saxlanılanlar var – Fotolar12:53Sərkisyana xəyanət edən partiyası Paşinyanın tərəfinə keçdilər12:43DİN əməliyyat keçirdi: 36 həbs edildi12:41Almaniyadan hökuməti: Dağlıq Qarabağ və 7 rayon Azərbaycan ərazisidir12:24İcra başçısının ətrafında həbslər başlatıldı - Qanunsuz tikililərə görə saxlanılanlar var02:26SOS: OVÇULAR, FLAQMAN, ROSKO kolbasalarında dəhşətli xəstəliklər aşkarlandı – Video01:52Azərbaycan 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvan təşvişdə - VİDEO01:45"Bunu edənlərin vicdanı, imanı yoxdur" - İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm qərar01:43Nazir İlham Əliyevdən kömək istədi: "Dəstəyinizə ehtiyacım var"14:51Həbsdə olan Baş redaktorun atası Prezidentə müraciət etdi-oğlumu şərləyərək həbs etdirdilər14:28Saxta diplomlu, fərari RİH müavini Rövşən Əhmədovun Ağcabədidəki fəlakəti - narazılıq13:40İran hökümətindən azərbaycanlı Zəhrəya biabırçı höküm - zorlanıb edam olunsun12:54Tanınmış vəkil və sabiq millət vəkili arasında təhqiramiz qovğa - skrinşotlar12:47Lotu Quli Türkiyədə həbs edildi - yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək (rəsmi)12:27Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı12:24Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə12:22Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR12:19Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI12:16İlham Əliyev nazirləri topladı17:48Xırdalanda yol çökdü - Yük maşını çuxura düşdü (dəhşətli anlar)16:44Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR16:41Putindən ŞOK ADDIM: bunun üçün ordunu İrəvana YERİDƏCƏK - Qriqoryan AÇIQLADI12:07Dünyanın ən güclü hava qüvvələri: Ordumuz... - Siyahı11:24Oğlu polis bıçaqlayan Beyləqan təhsil şefinin 25 minlik şok əməliyyatı – İttihamlar/siyahı11:19Şəhid qardaşı Bərdədə ərşə qalxan zülmü canlı yayıma çıxardı: “ Cənab prezident, Vidadi İsayev qanımızı içir"11:03Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da15:45İlhamə Quliyevanın oğlu həbs edildi - EKSKLÜZİV15:38İlham Əliyev sərəncam imzaladı15:34Daha bir vəzifəli şəxs işdən çıxarıldı15:27Daşnaklar 100 ildir qurduqları “İŞĞAL PLANI”na başladı - İrəvandan ŞOK ADDIM13:50"Azərsu” əhaliyə çirkli su içirdir - Hesablama Palatasından ŞOK HESABAT13:46İşğalçı ölkə Naxçıvana HÜCUMA HAZIRLAŞIR - Erməni müdafiə naziri təcili sərhədə gəldi19:13RƏSMİ: Prezident icra başçısını vəzifəsindən azad etdi18:55“SOCAR Polymer”in Polipropilen Zavodu ixraca başlayır18:50"SOCAR Polymer"in məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaq11:43Gülağa Tənha ilə həbisdə olan şəriki arasında 19 milyonluq MTN işi…11:36Malik Həsənov mandatdan məhrum edilə bilər:Eldar Mahmudov faktoru və MTN əlaqələrinin ŞOK GİZLİNLƏRİ11:20Milli Məclis toplanır-Bu qanunlar müzakirə olunacaq19:03ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLABIN İKİNCİ DALĞASI… –Seçkiləri dekabra çəkmək istəyi Paşinyana uğur gətirəcək? - TƏHLİL19:00AXCP və Müsavat “Qarabağ mitinqi”nə niyə qatılmadı? - İfşaedici faktlar18:57SƏRƏNCAM: Prezident təhsil işçilərini təltif etdi - SİYAHI15:44Qafqaz qarışdı: xalq küçələrə çıxdı, ağır yaralılar var - Video15:24Bərdə Arxiv idarəsinin rəisi Əsgər Rəsulov rüşvətə bulaşıb - müraciət13:09Şairə Ziba Hüseynova: Əlləyirsən sən, ay molla — +18 şeir10:50"Qalatasaray" səfərdə "Porto"ya məğlub oldu - VİDEO10:42Paşinyan parlamentdə Azərbaycanla əlaqələrdən danışdı – “Son dövrlər...”10:40Qızına yarım milyonluq toy edən, kürəkəninə 250 minə "Porşe" alan MƏMUR İŞDƏN QOVULDU10:36Bu məmurlarla bağlı qərar verildi - "Qaçqınkom" sədri və nazir müavinlərinə yeni vəzifə + SİYAHI10:31DİN-dən əməliyyat - 49 nəfər saxlanıldı22:37Hərbi çevriliş - Sərkisyan və Köçəryanın B planı11:14Şəmkirdə “namus keşikçiləri” həbs edildi — Ərləri Rusiyada olan qadınları “qoruyurmuşlar”11:11“Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri təklədi11:09Azərbaycanda vəzifəli şəxslər güllələndi - TƏCİLİ11:07Ermənistanda 6 naziri istefaya göndərildi21:34Məktəblərdə pul yığılır? - Bu nömrəyə zəng edin21:18“Həkimlər xəstələrdən “intiqam” alır” - Azərbaycanda xərçəngin sürətlə yayılmasının acı səbəbləri açıqlanır - MÜSAHİBƏ21:13Gəncə Dövlət Universitetinin keçmişini unudan ŞƏR MAŞINI kimlərə xidmət edir?20:16Rusiyada müharibə həyacanı: Nüvə poliqonları DÖYÜŞ HAZIRLIĞINA GƏTİRİLDİ - SON DƏQİQƏ20:1311 min əhaliyə ŞAD XƏBƏR - İlham Əliyev sərəncam imzaladı20:12Ssenarini başdan yazacaq GİZLİ GÖRÜŞ, yeni MÜHARİBƏ MEYDANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ20:07ABŞ Rusiyaya MEYDAN OXUDU: “Məhv edəcəyik!”20:02DGK-nın inspektoru və post rəisi qaçaqmalçılığa görə işdən qovuldu11:05AZAL-ın tenderlərini kimlər udur? – Şirkətlər, Siyahı01:27Sumqayıt MEROnun Sədərək bazarındakı distryubütoru - rəis M.Şıxəliyevin 1 saylı ASAN xidməti00:31Süleyman Mikayılovun keçmişi:İcra başçısının Hüseyn Abdullayevə olan sevgisi ifşa olundu
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

“Həkimlər xəstələrdən “intiqam” alır” - Azərbaycanda xərçəngin sürətlə yayılmasının acı səbəbləri açıqlanır - MÜSAHİBƏ

02 okt 2018, 21:18   
“Həkimlər xəstələrdən “intiqam” alır” - Azərbaycanda xərçəngin sürətlə yayılmasının acı səbəbləri açıqlanır - MÜSAHİBƏ– 40 yaşından yuxarı qadınların və kişilərin profilaktik olaraq onkoloji müayinədən keçməsinə nadir hallarda rast gəlmişəm.

– Genetik Modifikasiya Olunmuş (GMO) malların ölkəyə idxalına dövlət səviyyəsində qadağa qoyulsa da, bu mallar müxtəlif yollarla Azərbaycana gətirilir.

– Vətəndaş qəbul etdiyi ərzağın, içdiyi çayın, uşağına aldığı oyuncağın və paltarın standarlara uyğun olub-olmamasını tələb etməlidir.

– Həkimlər hökumətə etiraz etmək əvəzinə xəstələrdən “intiqam” alır.

Xərçəng Azərbaycanda qrip kimi yayılıb.

Son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayında ciddi artım hiss olunur. Demək olar ki, hər gün sosial şəbəkələrdə xərçəngdən əziyyət çəkənlərə yardımla bağlı kampaniyalar aparılır.

Məsələni dəqiqləşdirmək üçün tibb sahəsi üzrə ekspert Səxavət Əlisoya suallar ünvanladıq.

Yenicag.az Səxavət Əlisoyla müsahibəni sizə təqdim edir:

– Son zamanlar xərçəng xəstəliyi ölkədə qrip virusu kimi yayılıb. Bunun səbəbi nədir?

– Dövlət Statistika Komitəsinin 2017-ci il hesabatına görə, Azərbaycanın müalicə müəssisələrində 45756 onkoloji xəstə qeydiyyatdadır. Təbii ki, onkoloji xəstələrin sayı daha çoxdur. Azərbaycan vətəndaşlarının sağlamlığına olan münasibətini göz önünə gətirin. Mental xüsusiyyətimizdir, biz, yalnız vəziyyətimiz ağırlaşanda, xəstəliyimiz kəskinləşəndə həkimə müraciət edərik. Ölkə əhalisinin çox az bir qismi profilaktik müayinədən keçir. Bunu öz təcrübəmdən deyirəm, 40 yaşından yuxarı qadınların və kişilərin profilaktik olaraq onkoloji müayinədən keçməsinə nadir hallarda rast gəlmişəm. Qadınlarda süd vəzilərinin xərçəngi, kişilərdə prostat vəzinin xərçəngi daha geniş yayılıb. 40 yaşına çatmış hər bir sağlam qadın ildə iki dəfə süd vəzilərinin xərçənginə görə müayinədən keçməlidir. 40 yaşına çatmış kişilər də ildə iki dəfə prostat vəzini müayinə etdirməlidir. Vaxtında aşkar olunan xərçəngin qarşısını almaq daha asan olur və erkən formada xəstəlik müalicə nəticəsində aradan qalxır. Çox təəssüf ki, orqanizmə olan biganə münasibətə görə xərçəngin artıq ağırlaşdığı, yəni, metastaz verdiyi stadiyalarda həkimə müraciət olunur.

Xərçəngin artmasına təsir edən faktorlardan biri qidalanmadır. Tərkibində kansoregen olan qidalar, kolbasa və konserv məmulatları, hisə verilmiş ət məhsulları və sairin davamlı olaraq orqanizmə qəbulu xərçənglə nəticələnə bilər. Acınacaqlı haldır ki, Ərzaq Təhlükəsizliyinə xalq olaraq ciddi önəm vermirik, Genetik Modifikasiya Olunmuş (GMO) malların ölkəyə idxalında çox ciddi problemlər mövcuddur. Genetik Modifikasiya Olunmuş (GMO) malların ölkəyə idxalına dövlət səviyyəsində qadağa qoyulsa da, bu mallar müxtəlif yollarla Azərbaycana gətirilir. Ölkə daxilində də GMO məhsulları toxumçuluqda və əkinçilikdə istifadə olunmaqdadır. Sadə, xalq dilində deyirəm, bizim vətəndaşların böyük əksəriyyətini qəbul etdiyi meyvə-tərəvəzin, ərzağın ekoloji təmizliyindən daha çox qiymətinin ucuz olması maraqlandırır. Bunun da səbəbləri hər kəsə bəllidir. Bu gün Avropanın əksər ölkələrində uşaqlara Çin istehsalı olan zərərli kimyəvi məhsullardan hazırlanmış oyuncaqlarla təmasda olmağı yasaqlayırlar. Məktəb yaşlı uşaqların geyiminin, dərs vəsaitlərinin standartlara uyğunluğunu ciddi yoxlayırlar. Bizdə necədir? Xaricdən idxal olunmuş, yaxud özümüzün istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsullarımız hansı laboratoriyada müayinə olunur? Olunursa, əhaliyə məlumat verilirmi? Bir misal göstərim. Azərbaycanda təxminən bir milyona yaxın uşağa (1-6 yaş) oyuncaq alınır. Bu oyuncaqların tamamı Çindən gətirilir və heç bir ciddi yoxlamadan keçmədən əhaliyə satılır. Körpə uşaqların zərərli kimyəvi məhsullardan istehsal edilmiş oyuncaqlarla günlərlə, illərlə təmasda olması onların sağlamlığını təhlükə altına qoyur.

Xərçəngin artmasına təsir edən səbəblərdən biri də ekologiyadır. Azərbaycanın bərbad ekoloji durumu başqa bir söhbətin mövzusudur. Nəfəs aldığımız hava, içdiyimiz su, həddən ziyadə gübrələnmiş torpaq xərçəngin yaranması üçün münbit şərait yaradır.

Xərçəngin yayılmasında həm də psixoloji faktor mühüm rol oynayır. Maddi imkansızlıqdan, işsizlikdən yaranan depressiya orqanizmin müqavimət qabiliyyətinə, immun sistemə öldürücü zərbə vurur.

– Xərçəngin çox yayılması qəsdən təşkil edilə bilər?

– Suala cavab üçün ciddi elmi və hüquqi araşdırma gərəkdir. Ancaq onu demək olar ki, GMO məhsullarının ölkəyə idxalı əhaliyə qarşı yönəlmiş bir cinayətdir və bu məsələdə dövlətin xüsusi qurumları sözünü deməlidir.

Vətəndaş isə, qəbul etdiyi ərzağın, içdiyi çayın, uşağına aldığı oyuncağın və paltarın standarlara uyğun olub-olmamasını tələb etməlidir.

– Onkologiyada bəzən səhv diaqnozlar da qoyulur, insanlara qəsdən kimyəvi terapiya edilir. Buna münasibətiniz?

– Bu fakt zaman-zaman ortaya çıxır. Mətbuat yazır. Həkim olduğuma görə bəzi məqamlara toxunmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, bizim tibb işçiləri humanizmdən xeyli uzaq düşüb. Həkim üçün xəstə müştəriyə çevrilməməlidir. Təəssüf ki, hökumətin həkimlərə verdiyi maaş onun yeməyinə zorla çatır. Və həkimlər hökumətə etiraz etmək əvəzinə xəstələrdən “intiqam” alır.

Sivil dünyanın hər yerində həkimlər yüksək maaş alır. Və o yüksək maaş da yüksək məsuliyyət tələb edir həkimdən. Səhv diaqnoz qoymağa Avropada da rast gəlinir, lakin orada bu, nadir hallarda olur. Bizdə isə, bir xəstə 5 həkimə müraciət edərsə, 5 fərqli diaqnozla rastlaşa bilər. Səhiyyədə ciddi islahat getməlidir. Bu islahatı Səhiyyə Nazirliyi yox, dövlət həyata keçirməlidir. Ayrıca götürülmüş bir nazirlikdə heç bir islahat mümkün deyil. Gürcüstan nümunəsi ortadadır. Gürcüstan dövlət olaraq islahatlara getdikdən sonra səhiyyəsi ciddi irəliləyişə nail oldu.

– Bu xəstəlikdən qurtulmağın yolları nədir?

– Xərçəng xəstəliyinə dünyanın bütün ölkələrində rast gəlinir. Hətta inkişaf etmiş Qərb ölkələrində belə bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Ancaq o ölkələrdə xərçəng vaxtında aşkar olunur və buna görə də vaxtında təyin olunmuş müalicə effekt verir. Qərbdə xərçəng diaqnozu qoyulmuş xəstələrin əksəriyyəti 15-20 il, ya daha çox yaşayır. Digər tərəfdən bu xəstələrin hamısının müalicəsi dövlət hesabına həyata keçirilir. Bizdə isə, yüksək səviyyəli Onkoloji Mərkəz olsa da, xəstələrin tam olaraq, dövlət hesabına müalicəsi hələki reallaşmır.

– Səhiyyə nazirliyi hansı işləri görməlidir. Görürmü? Görmürsə niyə?

– Yuxarıda qeyd etdim, Səhiyyə Nazirliyi ciddi islahatlar aparmalıdır. Daha doğrusu, öncə nazirliyin özündə islahat getməlidir. Ölkədə 30 mindən artıq həkim var və təsəvvür edin ki, bu həkimlərin təxminən 20 faizi şöbə müdiri, baş həkim müavini və baş həkimdir. Başqa sözlə hər 5 həkimdən biri vəzifə sahibidir. Bu, çox komikdir.

Avropanı demirəm, eynən Gürcüstanda tətbiq olunmuş səhiyyə modeleni təkmilləşdirərək islahatlara getmək lazımdır. Səhiyyə Nazirliyi istəsə belə təkbaşına ciddi islahata nail ola bilməz. Dövlətin bir qurumunda rüşvət və korrupsiya varsa, o səhiyyədə islahatlara əngəl olacaq. Dövlət yalnız bütün qurumlarında korrupsiyanın, rüşvətin kökünü kəsdikdən sonra, monopoliyaya son qoyduqdan sonra səhiyyədə islahat apara bilər. Bu proses bu gün getməsə də, sabah baş verəcək.
OXŞAR MÖVZULAR