Impera

XƏBƏR LENTİ
16:14Hakim deyib ki, səni tanıyıram, Rəşad Sadiqovun dayısı oğlusan, ofsayddan çıx deyəndə, çıxarsan14:09Prezident İlham Əliyevin nail olduqları və hədəfləri...14:04“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI13:58Sabiq vergilər nazirinin son kadırının Prezidentə şirin yalanı: icra başçısı iş adamlarını sıxışdırıb, təhdid edir (VİDEO)12:35SON DƏQİQƏ:: Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi00:14TƏCİLİ: İcra başçısının müavini vətəndaşları döyüb ağır xəsarətlər yetirdi - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ (VİDEO)00:09Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat15:13Ərdoğanın əlinə dünyanı silkələyəcək BOMBA KEÇDİ - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK12:56AAF-nın prezidenti Qüdrət Nuriyevlə müsahibə12:51Öldürüb meyitini asdılar - Qarabağda erməni əsgərinin dəhşətli qətli12:49Sərkisyanın gizlədilən səfəri – Kremldəki görüşün pərdəarxası17:49DİN-dən əməliyyat - 102 nəfər saxlanıldı13:47Birinci xanım prezidentin xəyanətindən DANIŞDI - FOTO13:40AMEA-da kütləvi ixtisarlar başladı - Təfərrüat13:26İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var11:01ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA10:54Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olundu01:09DİM-ə və Təhsil Nazirliyinə ağır ittiham: Niyə şagirdlərin taleyi ilə oynanılır?18:58“Məzarı hazırladıq, gəlin...” – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO18:54Xalq artisti ilə Röyanın ilk dəfə intim görüntüləri yayıldı- O HƏR ŞEYİ ETİRAF ETDİ - FOTOLAR18:37DTX-nin tutduğu şantajçı jurnalistlər haqqında qərar verildi – hədə qorxu, rüşvət, intim və nələr...Video18:27Prezident tanınmış jurnalistlə bağlı göstəriş verdi10:49Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək10:47On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi - Əli Həsənov yazdı10:31Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı13:54BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətin görüntüləri yayıldı - VİDEO13:51Korrupsaner Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir - daha bir məmur Eldar Əzizovun hədəfində12:53SOS: Uşaqları oğurlayan, orqan mafiyası ilə məşğul olan qadının FOTOSU YAYILDI00:16Lənkaran icra başçısı Taleh Qaraşovdan şəhidə hörmətsizlik: Yasına getmədi, köməklik belə etmədi, anasını tək qoydu - Rəzalət!!!21:37ADPU-NUN AĞCABƏDI FILIALINDA KORRUPSIYA - Tahir Kərimliyə Mətanət Fərzəliyeva hansı səbəbdən xüsusi önəm verir21:30SON DƏQİQƏ: Hacı Mazan saxlanıldı və... - iş adamının ölkədən çıxışına qadağa qoyuldu21:20Bakı gömrüyü rəisi Kənan Məmmədov Prezidentə qarşı - KARANDAŞ ƏMƏLİYYATININ ŞOK GİZLİNLƏRİ20:29İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM20:25Prezident 4 sərəncam, 1 fərman imzaladı14:02Saxta cərəncam və qərarlar - Ceyranbatan bələdiyyə sədri bu qanunsuzluqları icra hakimiyyətinə bağlayır12:58Taksi sürücüləri ilə polis arasında əlbəyaxa dava – Saxlanılanlar var – Fotolar12:53Sərkisyana xəyanət edən partiyası Paşinyanın tərəfinə keçdilər12:43DİN əməliyyat keçirdi: 36 həbs edildi12:41Almaniyadan hökuməti: Dağlıq Qarabağ və 7 rayon Azərbaycan ərazisidir12:24İcra başçısının ətrafında həbslər başlatıldı - Qanunsuz tikililərə görə saxlanılanlar var02:26SOS: OVÇULAR, FLAQMAN, ROSKO kolbasalarında dəhşətli xəstəliklər aşkarlandı – Video01:52Azərbaycan 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvan təşvişdə - VİDEO01:45"Bunu edənlərin vicdanı, imanı yoxdur" - İlham Əliyevdən məcburi köçkünlərlə bağlı mühüm qərar01:43Nazir İlham Əliyevdən kömək istədi: "Dəstəyinizə ehtiyacım var"14:51Həbsdə olan Baş redaktorun atası Prezidentə müraciət etdi-oğlumu şərləyərək həbs etdirdilər14:28Saxta diplomlu, fərari RİH müavini Rövşən Əhmədovun Ağcabədidəki fəlakəti - narazılıq13:40İran hökümətindən azərbaycanlı Zəhrəya biabırçı höküm - zorlanıb edam olunsun12:54Tanınmış vəkil və sabiq millət vəkili arasında təhqiramiz qovğa - skrinşotlar12:47Lotu Quli Türkiyədə həbs edildi - yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək (rəsmi)12:27Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı12:24Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə12:22Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR12:19Lotu Quli Rusiyadan bu qədər XƏRAC ALIRMIŞ: Səlifovun sensasiyalı ƏMRLƏRİ ÜZƏ ÇIXDI12:16İlham Əliyev nazirləri topladı17:48Xırdalanda yol çökdü - Yük maşını çuxura düşdü (dəhşətli anlar)16:44Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR16:41Putindən ŞOK ADDIM: bunun üçün ordunu İrəvana YERİDƏCƏK - Qriqoryan AÇIQLADI12:07Dünyanın ən güclü hava qüvvələri: Ordumuz... - Siyahı11:24Oğlu polis bıçaqlayan Beyləqan təhsil şefinin 25 minlik şok əməliyyatı – İttihamlar/siyahı11:19Şəhid qardaşı Bərdədə ərşə qalxan zülmü canlı yayıma çıxardı: “ Cənab prezident, Vidadi İsayev qanımızı içir"11:03Millimizə çağırılması gözlənilən futbolçu "Barselona"da15:45İlhamə Quliyevanın oğlu həbs edildi - EKSKLÜZİV15:38İlham Əliyev sərəncam imzaladı15:34Daha bir vəzifəli şəxs işdən çıxarıldı15:27Daşnaklar 100 ildir qurduqları “İŞĞAL PLANI”na başladı - İrəvandan ŞOK ADDIM13:50"Azərsu” əhaliyə çirkli su içirdir - Hesablama Palatasından ŞOK HESABAT13:46İşğalçı ölkə Naxçıvana HÜCUMA HAZIRLAŞIR - Erməni müdafiə naziri təcili sərhədə gəldi19:13RƏSMİ: Prezident icra başçısını vəzifəsindən azad etdi18:55“SOCAR Polymer”in Polipropilen Zavodu ixraca başlayır18:50"SOCAR Polymer"in məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaq11:43Gülağa Tənha ilə həbisdə olan şəriki arasında 19 milyonluq MTN işi…11:36Malik Həsənov mandatdan məhrum edilə bilər:Eldar Mahmudov faktoru və MTN əlaqələrinin ŞOK GİZLİNLƏRİ11:20Milli Məclis toplanır-Bu qanunlar müzakirə olunacaq19:03ERMƏNİSTANDA MƏXMƏRİ İNQİLABIN İKİNCİ DALĞASI… –Seçkiləri dekabra çəkmək istəyi Paşinyana uğur gətirəcək? - TƏHLİL19:00AXCP və Müsavat “Qarabağ mitinqi”nə niyə qatılmadı? - İfşaedici faktlar18:57SƏRƏNCAM: Prezident təhsil işçilərini təltif etdi - SİYAHI15:44Qafqaz qarışdı: xalq küçələrə çıxdı, ağır yaralılar var - Video15:24Bərdə Arxiv idarəsinin rəisi Əsgər Rəsulov rüşvətə bulaşıb - müraciət13:09Şairə Ziba Hüseynova: Əlləyirsən sən, ay molla — +18 şeir10:50"Qalatasaray" səfərdə "Porto"ya məğlub oldu - VİDEO10:42Paşinyan parlamentdə Azərbaycanla əlaqələrdən danışdı – “Son dövrlər...”10:40Qızına yarım milyonluq toy edən, kürəkəninə 250 minə "Porşe" alan MƏMUR İŞDƏN QOVULDU10:36Bu məmurlarla bağlı qərar verildi - "Qaçqınkom" sədri və nazir müavinlərinə yeni vəzifə + SİYAHI10:31DİN-dən əməliyyat - 49 nəfər saxlanıldı22:37Hərbi çevriliş - Sərkisyan və Köçəryanın B planı11:14Şəmkirdə “namus keşikçiləri” həbs edildi — Ərləri Rusiyada olan qadınları “qoruyurmuşlar”11:11“Paşinyanı satdılar” – Moskva qiyamçı baş naziri təklədi11:09Azərbaycanda vəzifəli şəxslər güllələndi - TƏCİLİ11:07Ermənistanda 6 naziri istefaya göndərildi21:34Məktəblərdə pul yığılır? - Bu nömrəyə zəng edin21:18“Həkimlər xəstələrdən “intiqam” alır” - Azərbaycanda xərçəngin sürətlə yayılmasının acı səbəbləri açıqlanır - MÜSAHİBƏ21:13Gəncə Dövlət Universitetinin keçmişini unudan ŞƏR MAŞINI kimlərə xidmət edir?20:16Rusiyada müharibə həyacanı: Nüvə poliqonları DÖYÜŞ HAZIRLIĞINA GƏTİRİLDİ - SON DƏQİQƏ20:1311 min əhaliyə ŞAD XƏBƏR - İlham Əliyev sərəncam imzaladı20:12Ssenarini başdan yazacaq GİZLİ GÖRÜŞ, yeni MÜHARİBƏ MEYDANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ20:07ABŞ Rusiyaya MEYDAN OXUDU: “Məhv edəcəyik!”20:02DGK-nın inspektoru və post rəisi qaçaqmalçılığa görə işdən qovuldu11:05AZAL-ın tenderlərini kimlər udur? – Şirkətlər, Siyahı01:27Sumqayıt MEROnun Sədərək bazarındakı distryubütoru - rəis M.Şıxəliyevin 1 saylı ASAN xidməti00:31Süleyman Mikayılovun keçmişi:İcra başçısının Hüseyn Abdullayevə olan sevgisi ifşa olundu
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibə

09 okt 2018, 12:24   
Onları otağımdan qovdum ki, nə danışırsınız... – Misir Mərdanovla müsahibəAzərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanovla müəlimlərin peşə bayramı günü görüşdük. Əvvəlcə onu təbrik etdik, sonra ard-arda gələn çoxsaylı təbrik zənglərinin xəbərdalığı altında söhbətə başladıq.

Teleqraf.com AMEA-nın institut direktoru Misir Mərdanovla müsahibəni təqdim edir.

Əvvəli burada: https://teleqraf.com/news/toplum/187655.html

- Müəllimlər günündə xüsusən orta məktəblərdə müəllimlərin hədiyyə və pul mükafatı ilə təbrik olunması ətrafında daim müzakirələr gedir. Sizin fikrinizcə, müəllimin təbrik qaydası necə olmalıdır?

- Adamlar müxtəlifdir, hərənin öz istəyi var. Eləsi var zəng edir, yaxud gedib kiminsə əlini sıxır, təbrik edər. Adam olar gül dəstəsi ilə, eləsi də var kiçik hədiyyə ilə təbrikini çatdırar. Mən təbriki belə başa düşürəm və belə görmüşəm, başqa cür görməmişəm.

- Bayaq 1950-60-cı illərdə müəllimlərin nüfuzu barədə danışdınız. Sizcə, müəllim nüfuzunun zəifləməsində əsas faktor nə oldu?

- Mənə elə gəlir, vacib faktorlardan biri müəllim sayının çoxluğu ilə bağlıdır. Ümumiyyətlə, say çox olanda keyfiyyəti saxlamaq çətin olur. İkinci səbəbi müəllimlərin özündə görürəm. Gərək müəllim şəxsiyyət olsun ki, nüfuz qazansın. Əsl müəllim şəxsiyyətinə uyğun olmayan adamlar müəllimliyə gəldilər.

Mən universitetdə oxuyanda Maqsud Cavadov adlı müəllim vardı, o, dəhlizdən gələndə min adam da olsa yarılıb ona yol verməli idi. Maqsud müəllim o nüfuzu öz biliyi, bacarığı, ustalığı, tələbələrə münasibəti ilə qazanmışdı, aldığı maaşla yox. Bəzi adamlar deyir ki, müəllimin maaşı artsa, nüfuzu qalxacaq. Xeyr! Çox müəllimin adını sadalaya bilərəm, Mehdi Əliyev, Qoşqar Əhmədov və başqaları hörməti müəllimlik şəxsiyyəti ilə qazanmışdı.

Əlbəttə, biz oxuyan vaxtı da müəllimlərin hamısı eyni hörmətdə deyildi. Fikrimcə, müəllim sırasına əsl müəllim adına layiq olmayan adamların gəlişi onları nüfuzdan saldı. Bu gün də az olsa da elə müəllimlər var ki, onların adları ilə fəxr edirsən. Nüfuz təkcə maaşla ölçülmür ki. Təbii, onun da təsiri var, amma həlledici deyil...

İstənilən halda müəllim cəmiyyətdə əsas adamdır. Müəllimlər günündə sizinlə görüşdən istifadə edərək Azərbaycanın bütün müəllimlərini ürəkdən təbrik edir, onlara can sağlığı arzulayıram. Vaxtilə ulu öndər Heydər Əliyev demişdi ki, mən dünyada müəllimdən yüksək ad tanımıram. Naxçıvanda onun iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyev orta məktəbdə ona dərs deyən müəllimlərin bir-bir adını çəkdi, ona heyran qaldım. Hörmətli prezidentimiz İlham Əliyev də müəllimlərə çox böyük hörmətlə yanaşır. Son illərdə məktəblərə qayğı, müəllimlərin əməkhaqqı hissolunacaq dərəcədə artıb. Bu baxımdan bu işə sevinməliyik.



- Nazir olanda maaş məsələsini qaldırmışdınız, məşhur bir ifadəniz vardı, 200 manat maaş alan müəllimlik etməz...

- Həmişə də cənab prezident mənim fikirlərimi dəstəkləyib. Bəli, elə bir fikrim vardı...

- Maaşların artırılması istiqamətində dövlət başçısına hansısa təklifləriniz olmadımı?

- Ölkənin imkanları daxilində dövlət başçısı hər zaman müəllimlərin əmək haqqının artırılmasına qərar verib. Gərək ölkənin maddi imkanı olsun ki, maaş artırılsın. Şükür Allaha, indi imkan daha yaxşıdır, imtahandan yüksək nəticə göstərən müəllimlər ayda 500-600, ali məktəb müəllimləri 800-2000 manat əmək haqqı alırlar. Bu, Azərbaycanın bu günü üçün yaxşı maaşdır, getdikcə də artır.

- Yeri gəlmişkən, sizin nazir olduğunuz dönəmdə “Təhsil haqqında” qanun çox gec qəbul olundu, xeyli müzakirələr aparıldı...

- Müzakirələrin uzun müddət davam etməsi tam təbiidir. Çünki təhsil heç bir sahə ilə müqayisə oluna bilməz. Ölkə əhalisinin 80 faizi təhsilə bağlıdır. Uşaq ya bağçaya, ya məktəbə, ya da ali məktəbə gedir, yaxud valideyn bu müəssisələrdə işləyir. Hesab edirəm ki, “Təhsil haqqında” qanun elə 10 il müzakirə olunmalı idi.

- Sonda qəbul olunan qanun və onun icrası sizi təmin edirmi?

- Uzun müzakirələrdənn sonra “Təhsil haqqında” qanun qəbul edildi və icra mexanizmi hazırlandı, ancaq müəyyən müddət keçəndən sonra bəlli oldu ki, burada bəzi mexanizmlər işləmir. Mən nazir vəzifəsindən gedəndən sonra da qanunda ciddi dəyişikliklər oldu. Prezidentin sərəncamı ilə təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul edildi. Həmin strategiya ilə bağlı tədbirlər planı var və həyata keçirilir.

- Bu günlərdə Nobel mükafatının qalibləri açıqlandı. Zaman-zaman Azərbaycanda ədəbiyyatçılar Nobeli ölkəmizə gətirəcəyinə dair iddialar səsləndirirlər. Heç bir fizikdən, kimyaçıdan eşitməmişik desin ki, Nobeli ölkəmizə mən gətirəcəyəm...

- Ataların belə bir məsəli var, ayağını yorğanına görə uzat. Nobel mükafatı riyaziyyatçılara verilmir. Bu mükafatın qalibi dünyanın seçilmiş adamları olur. O boyda keçmiş sovet ölkəsində Nobel alanları barmaqla saymaq olar, uzağı 10-12 nəfərdir. Çox deyil.

Hər il dünyanın 100 ən yaxşı universiteti qiymətləndirilir. Bəzi adamlar deyir ki, Azərbaycan niyə o siyahıda yoxdur.



- Bəli, soruşurlar...

- Əsassız olaraq soruşurlar axı. Azərbaycanın ilk universitetinin cəmi 100 yaşı tamam olacaq. Ancaq Avropa universitetlərinin 500-dən çox yaşı var. Düzdür, general olmaq istəməyən əsgər əsgər deyil, ona görə də bu istiqamətdə çalışmalıyıq. Azərbaycan universitetlərinin reytinq siyahısında olmasını tələb etmək haqlı olmayan tələbdir.

Nobel mükafatına gəlincə, indiyə qədər üç müsəlman bu mükafatı alıb. Onların heç biri mükafatı doğulduğu və ya təhsil aldığı ölkədə almayıb, ABŞ-da işləyiblər. Deməli, onun işləməyə şərait, laboratoriya, cihaz var. Azərbaycanda elə şərait yoxdur axı.

- Niyə yoxdur?

- Birdən-birə ola bilməz, zamana böyük ehtiyac var. Nobeldən qabaq çoxlu ödüllər var, gərək əvvəlcə onları alasan. Dünyanın aparıcı jurnallarında məqalələrin çıxsın, simpoziumlarda məruzələr edib özünü də, Azərbaycanı da tanıdasan, ondan sonra o şeyə iddia edə bilərsən. “Nobeli gətirəcəyəm” deməklə olmur, axı. Bu gün Azərbaycanın çox yaxşı alimləri var, əlbəttə, onların sayı çox deyil, ancaq getdikcə artır. Təəssüf bu irəliləyişlərə mane olan cəhətlər də var.

- Testlə qəbul qaydası və kurikulumla bağlı ciddi narahatlıqlar səslənir. İstərdik bu məsələlər haqda da fikrinizi öyrənək...

- Əvvəla deyim ki, test üsulu Azərbaycana 1992-ci ildə gəlib, o zaman nazir müavini idim, o işdə mənim də rolum olub. Həmin dövrdə Azərbaycanda ali məktəblərə qəbul imtahanlarından ölkə ictimaiyyətinin çox ciddi narazılıqları vardı. O narazılıqlar test imtahanlarını Azərbaycana gətirdi və çox çətinliklə baş tutdu. İlk il yadınızdadırmı, 4-5 ay gec başladı.

Türkiyədən cavab kartlarını şəxsən özüm gedib gətirdim. 20 ildən çox vaxt keçib, bu müddət ərzində həmin sistemdə çox ciddi müsbət dəyişikliklər baş verib. Təhsil Nazirliyinin açıqlaması oldu ki, gələn il imtahanlarında orta məktəb balları nəzərə alınacaq. Getdikcə şagirdin xeyrinə irəliləyişlər olur. Birdən-birə islahat aparmaq olmur. Yadımdadır, Heydər Əliyev məni Təhsil İslahatı Komissiyasına sədr təyin edəndə dedi ki, burada bir neçə məsələni nəzərə almaq lazımdır, təhsil sistemində sıçrayışla islahat aparmaq olmaz, təkamül yolu ilə getmək gərəkdir. Həmçinin söylədi ki, keçmişdəki təcrübəninin müsbət cəhətlərinə və beynəlxalq təcrübəyə diqqət yetirmək lazımdır.

Dediyiniz hər iki məsələdə Azərbaycanın şəraitinə uyğun olaraq bu üç şərt nəzərə alınmaqla irəliyə doğru getmək olar. Şəxsən bunu belə qiymətləndirərdim. Son bir neçə il ərzində test sistemində çox ciddi müsbət islahatlar aparılır. Mən onlara uğur arzulayıram.

Kurikulum dünyada qəbul olunmuş sistemdir. Təhsilə mənim dövrümdə gəlib, o adamlar ki, o sistemə getmək, oradakı yenilikləri öyrənmək istəmir, onu pisləməyə cəhd göstərirlər. Üzümüzə gələn il kurikulumla qəbul olunmuş şagirdlərin buraxılış imtahanı olacaq. Burada sıçrayışla inkişafı gözləyənlər səhv edirlər. Onun üçün müəllim, məktəb, dərslik ona uyğun olmalıdır, valideynin bu barədə biliyi olmalıdır. Buna tam nail olmaq çox çətindir. Elə bilirsiniz, Avropa ölkələri kurikuluma 5-6 ilə nail olublar? Qətiyyən.

Xatırlayıram, Dünya Bankının ekspertləri məndən tələb edirlər ki, bu işə 3 ilə keçməliyik. İnanın, vaxt olub onları otağımdan qovmuşam ki, siz nə danışırsınız, buna hazır deyilik axı. Görürsünüz, 11 il keçib, birinci buraxılışa indi gəlirik. Əminəm ki, növbəti illərdə kurikuluma daha səviyyəli şəkildə keçid olacaq.

Əgər dünya okeanında müstəqil dövlət kimi üzürüksə, o okeanda üzən ölkələrin arxasınca getməliyik, geriyə getmək olmaz ki. Ona görə də hesab edirəm ki, hər iki istiqamətdə həm Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi doğru yoldadırlar, bu yolda hər iki quruma uğur arzulayıram. Hər halda irəliyə doğru gediş var.

- Bu günlərdə rastımıza çıxan bir statistikada Qazaxıstanda xaricdə təhsil alanların sayının kifayət qədər çox olduğu göstərilirdi. Post-sovet məkanında müqayisə etsək, Azərbaycanda xaricdə təhsilin vəziyyəti ilə bağlı fikirləriniz necədir?

- Bu gün bu barədə rəqəm söyləməkdə çətinlik çəkirəm. Mən işlədiyim dövrdə xaricdə təhsilə dair Dövlət Proqramı qəbul olunmuşdu. Həmin proqram artıq başa çatdı. Nəzərdə tutulurdu ki, səhv etmirəmsə, xaricə 5 min tələbə göndərilməlidir, biz bu işi təxminən yerinə yetirə bildik.

- Niyə təxminən?..

- Onda da çətinliklər vardı. Bəziləri gedib oxuyub çatdıra bilmirdi, müxtəlif səbəblər vardı... Məncə, Proqramı 85-90 faizini reallaşdıra bildik.

Bu dəqiqə dünya ölkəmiz üçün açıqdır. Hər il minlərlə azərbaycanlı dünyanın müxtəlif universitetlərinə qəbul olub oxuyur. Məzunların içərisində təhsil aldıqları ölkədə qalanlar da, geriyə qayıdanlar da var. Bu yaxında iki böyük dövlətin başçısı Azərbaycana gəldi. Rusiya Prezidenti Vladimir Putin dedi ki, Rusiyada 15 mindən çox azərbaycanlı təhsil alır. Türkiyə Prezidenti Ərdoğan Bakıya gələndə daha böyük rəqəm açıqladı. Azərbaycanlılar yenə də xaricdə təhsil alırlar, dövlət də buna dəstək verir, məzunların ölkəmizdə qayıdıb işləməsi üçün də şərait var. Bu iş bir günə baş tutan məsələ deyil, tədricən olacaq və olmaqdadır.

- Millət vəkili Fazil Mustafa deyib ki, Tibb Universitetini bitirənlər ölkədə həkim işləyə bilmir, Almaniyada, Türkiyədə rezundenturada oxumasa, xaricdəki ixtisaslaşma olmasa uzman həkim kimi çalışa bilmir...

- Azərbaycanda rezidentura təzə yaranıb, bu pilləni bitirən uzman həkim kimi işləyəcək. 2-3 ildir yaranan bir pillədən böyük nəticə gözləmək yanlışlıq olardı. Ona görə də ehtiyacımız var ki, Türkiyə və başqa ölkələrdə gedib, uzman olub gəlib işləsinlər. Bu yaxınlarda ABŞ-da idim, Amerikada yaşayan azərbaycanlı iş adamı danışırdı ki, xəstəydim, oradakı həkimlərə etibar eləmədim, gəlib Azərbaycanda ucuz qiymətə müalicə olunub geri qayıtdım. Düşünürəm ki, biz öz mütəxəssislərimizin qədrini bilməliyik.



- Bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Sizin də bu tarixlə bağlı professor Ədalət Tahirzadə ilə birgə töhfəniz oldu, bir kitab nəşr elədiniz. İdeya haradan yarandı?

- Kitab “1920-ci ilə qədər ali məktəblərdə oxumuş azərbaycanlılar” adlanır. Kitabın 1-ci cildi çapdan çıxıb. Mənə də, Ədalət müəllimə də təxminən 20 il bundan qabaq məlum idi ki, vaxtilə ölkəmizdə sovet hakimiyyəti qurulan dövrdə Azərbaycanın tanınmış adamlarından biri öz məruzəsində yazıb ki, sovetlər Azərbaycana gələndə cəmi 63 nəfərin ali təhsili var idi. Bu rəqəm bizə təsir elədi və bu rəqəmdən yola çıxdıq.

Əvvəl ayrı-ayrı, sonra Ədalət Tahirzadə ilə birləşdik, bu dəqiqə də birgə çalışırıq. Dəqiqləşdirməyə çalışdıq ki, bu rəqəm nə dərəcədə doğrudur... Ədalət müəllim çox qabiliyyətli professordur, arxivlə işləməyi bacaran alimdir. O zaman nazirlikdə işləyəndə imkanım olurdu Ədalət müəllimi dünyanın müxtəlif şəhərlərinə - azərbaycanlıların daha çox harada təhsil ala biləcəyini güman etdiyimiz Moskvaya, Xarkov, Odessaya, Sankt-Peterburqa, Kazana, Saratova göndərdik.

20 il ərzində apardığımız araşdırma nəticəsində müəyyən etmişik ki, dəqiq olmayan məlumata görə, 900-ə yaxın azərbaycanlı sovetlər Azərbaycana gələnə qədər ali məktəblərdə oxuyublar. 63 hara, 900 hara...

Onların 600-nün şəxsi işini əldə edə bilmişik. Birinci kitabda soyadı A hərfi ilə başlayan 77 şəxs haqda rəsmi məlumatlar vermişik, bu işi davam etdiririk. Yəqin gələn ilin bu vaxtı 2 və 3-cü cildi çap edəcəyik. 2-ci cildə 120 nəfər barədə məlumatlar yerləşdirəcəyik, bu, ensiklopedik sorğu kitabçasıdır. Ümumilikdə 7 cilddən ibarət kitab ortaya qoymaq niyyətindəyik. Birinci cildin ön sözündə də qeyd eləmişik ki, kitab Cümhuriyyəti yaradan insanların şərəfinə yazılıb.

- Sosial şəbəkələrdə tez-tez Ədalət Tahirzadəni ittiham edirlər ki, niyə Misir Mərdanovun adı müəllif kimi kitabda birinci qeyd edilib...

- İddialar irəli sürənlərə bir söz demirəm, Ədalət müəllim özü onlara ədalətli cavab verib. Kitabda kimin adının birinci olması o qədər də vacib deyil, əsas kitabın məzmunundan danışmaq lazımdır. Müəllifləri müzakirə etməyin nə mənası var? Adımın birinci yazılmasını çox hörmət etdiyim tanınmış alim Ədalət Tahirzadə özü təklif edib.



- Söhbətimizin əvvəlində kəndinizdə fundamental elmə olan maraqdan danışdınız. Azərbaycanın məşhur riyaziyyatçıları olub, indi bu sahədə vəziyyət necədir?

- Sovet dövründə riyaziyyat çox inkişaf edib. Əvvəlki dövrlər barədə tədqiqat aparıram, ancaq dərinə gedə, arxiv materiallarında bir şey tapa bilmirəm. Nəsrəddin Tusi kimi alimimiz olub, XIII əsrdə yaşayıb, ondan 400 il sonra Amerikanın böyük alimləri deyiblər ki, Nəsrəddin Tusinin əsərlərini vaxtında bilsəydik, bu şeylərlə məşğul olmazdıq. Təəssüf ki, XIII-XX əsrlər arasında ciddi tədqiqatlar bəlli deyil.

XX əsrin əvvəllərində indiki Bakı Dövlət Universiteti yaranandan sonra riyaziyyat elmi inkişaf etməyə başlayıb. Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Maqsud Cavadov, Məcid Rəsulov, Yəhya Məmmədov, Qoşqar Əhmədov, Arif Babayev, Mirabbas Qasımov, Fərəməz Maqsudov kimi riyaziyyatçılarımız olub. Bu gün Azərbaycanda qabiliyyətli riyaziyyatçılar var, əminəm ki, gələcəkdə də olacaq. Bu istiqamətdə işlər aparılır, yaxşı jurnallar dərc edirik, institutumuzda doktorluq və namizədlik dissertasiyaları müdafiə edilir.

Mən Dissertasiya Şurasının sədriyəm, jurnallarımız dünyanın aparıcı agentlikləri tərəfindən yüksək qiymətləndirilir, məqalələrimiz dünyanın nüfuzlu jurnallarında çap olunur. Bir sözlə, iş gedir, məsələn Mirabbas Qasımov bir dövrün yetirməsi idi, bu gün onun kimi kəşflər edən adamlar ya yoxdur, ya da azdır. Onlar ulduz idilər, parladılar, dövrlərini yaşayıb bu dünyadan köçdülər. Mənə belə gəlir ki, zaman elə adamları yenə yetirəcək.

- Zaman-zaman belə iddialar səslənir ki, AMEA özü sovetdənqalma bir təşkilatdır və böyük nailiyyəti yoxdur. Hətta onun ləğvi təklifi ilə çıxış edənlər də var...

- Onu o adamlar deyirlər ki, akademiyada görülən işlərdən xəbərdar deyillər. Mən 5 ildir AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyirəm, bir dəqiqə belə boş vaxtımız yoxdur. Hazırda AMEA-da qızğın iş gedir, onun nüfuzu durmadan artır, ölkə prezidentinin sərəncamı ilə müasir texnologiyalar parkı yaradılıb. Akademiya təhsil müəssisələri ilə bu gün birgə iş aparır. Bizim institutun əməkdaşları Bakı Dövlət Universitetinin profesorlarıdır. Mən özüm də BDU-da dərs deyirəm. AMEA-da çalışan bir insan kimi qeyd etmək istəyirəm ki, son illərdə burada bütün istiqamətlərdə ciddi islahatlar aparılır. İslahatların müsbət nəticələri göz önündədir.

Məsələn, bir neçə gün öncə Şamaxı Astrofizika Rəsədxanasında AMEA Rəyasət Heyətinin səyyar iclası keçirildi, BDU-nun rektoru akademik Abel Məhərrəmov həmin iclasda məruzə ilə çıxış elədi. Məruzə Rəyasət Heyəti tərəfindən yüksək qiymətləndirildi və müvafiq qərarlar qəbul olundu. Bu fakt sübut edir ki, AMEA və ölkənin ali məktəbləri birgə məqsədyönlü fəaliyyətlərini davam etdirirlər.

Müəllif: Qurban Yaquboğlu, Nərgiz Ehlamqızı
OXŞAR MÖVZULAR