Impera

XƏBƏR LENTİ
17:15Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO17:13Təcili: Fransa etirazları Belçikaya sıçradı – Paytaxtda ara qarışdı17:10Parisdə küçə döyüşü gedir: Makron ölkəyə NƏZARƏTİ İTİRDİ13:35Milli komandamızın baş məşqçisi Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ12:29Paytaxt küçələrinə tanklar yeridildi - Hökumətin etirazçılara qarşı YENİ PLANI12:26Növbədənkənar parlament seçkiləri gözlənilmir - YAP-dan açıqlama01:49Əli Kərimlinin gizli görüşləri - Qarabağ Komitəsinə qarşı böyük qəsd hazırlanır01:45Ermənistanın sabiq prezideti Robert Köçəryan həbs olundu - Video01:34Qurban Qurbanov millidən gedir - EKSKLÜZİV01:32Xırdalanda sərnişin avtobusunun aşmasının səbəbi bilindi - TƏFƏRRÜAT (YENİLƏNDİ)22:03Xırdalan sakinlərinin nəzərinə!17:14İrəvanda qan və qiyam qoxusu: Silah səsləri…17:07Köçəryan həbs olunur: Məhkəmə qərar verdi – Son dəqiqə17:05Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR16:59DTX əhaliyə xəbərdarlıq etdi: belə hallar yaranarsa, quruma müraciət edin16:50icra başçısı yerli məmurları topladı: Rayon rəhbəri Abşeron rayonunda qışa hazırlıq işlərini müzakirə etdi və tapşırıqlar verdi15:01“Zatulinin əsas maliyyə qaynağı erməni lobbisidir” AÇIQLAMA14:51Orduxan Teymurxan terrora çağırış ittihamı ilə axtarışa verildi – Baş Prokurorluqda cinayət işi açıldı14:40Ramil Usubovdan mühüm əmr: Polis rəisinin 2 müavini, bölmə rəisi və baş inspektor işdən çıxarıldı14:37“Broker Əbülfəz”ə yüksək vəzifə verildi - Səfər Mehdiyev onu Abşeron gömrük postuna rəhbər gətirdi14:22Avropaya ATOM YAĞIŞI olacaq, qitə Yer üzündən silinəcək – Rusiya BÜTÜN KARTLARI AÇIR14:20Ilham Əliyev rus torpaqlarında Ermənistanı belə məğlub etdi - Sankt-Peterburq görüşünün SİRRİ AÇILDI14:18Mühafizə Alayında əsgər yaralandı Rəsmi14:16Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir14:12Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...14:08Paşinyana Sankt-Peterburqda YERİNİ GÖSTƏRDİLƏR - FOTO/VİDEO15:17Əflatun Amaşovu hədəfə alanlara sərt cavablar14:54“Erməni ordusunu bir neçə saata darmadağın etmək olar” – Hərbi ekspert14:51“Ermənistan hakimiyyəti hücuma hazırlaşır” – Sensasion iddia14:47Ermənistan ordusuna BÖYÜK ŞOK: bir qrup hərbçi...14:36“Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlimlər başa çatdı14:22Bəgaliyev Maqsud Yardımlıda məmur özbaşınalığı ilə bağlı prezidentə müraciət etdi - MƏTN12:24Erməni partiyalarının davası: Nikol Qarabağ mövqeyini dəyişdi12:20Paşinyanın əsgər oğlunun macəraları: Xankəndində əyləncə klubu, spirtli içkilər və…12:13Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib01:09Saçı qırxılan gəli̇ni̇n anasından gizlədilən cinayətin şok açıqlaması - Polis hərəkətə keçdi (Video)01:04ABŞ komandanı: Rusiyanı necə məğlub edəcəyimizi bilirəm01:00Ukrayna iki dənizdə hücuma keçdi: 8 hədəf məhv edildi - Moskva şokda00:56Paşinyanın gizli səs yazısı yayıldı - VİDEO00:54Prezidentdən icra başçısı ilə bağlı sərəncam22:39Ağdamda narazılıq artır - evi başına uçan Zəhra ana prezidentən kömək istəyir (VİDEO)16:59Masallının məşhur milyonçuları - Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər15:42ŞOK AÇIQLAMA: Nazir devalvasiya anonsunu verdi - dollar marta qədər bu qiymətə olacaq15:34Müğənni Afətdən efirdə ŞOK TƏKLİF: Şübhəsi varsa, gəlsin həkimə gedək15:26Fransanın Bakıya ASTER 30 SAMP/T və VL Mika raket sistemlərini satacağını bəyan etdi15:21Prezident Xalq rəssamı Tahir Salahova orden təqdim etdi - FOTO (YENİLƏNDİ)15:19XİN-dən “Lazarev klubu”na SƏRT REAKSİYA: “Bu, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir”15:16Rusiya nüvə müharibəsinə hazırlaşır: Baş qərargah başçısından BƏYANAT15:14Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ15:08Vaqif Həsənov toplantı keçirdi – İcra başçısı bu dəfə bağça müdirlərinə barmaq silkələdi15:20Prinsip budur: 7 rayon, Dağlıq Qarabağa qayıdış və...15:16İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı belə hazırlayır - YENİ FAKTLAR15:13SOCAR-dan benzin və dizellə bağlı vacib - Açıqlama01:12Nuhdan vahiməli proqnoz: “Zaman maşını, insan ölümsüzlüyü, dəhşətli qar...”01:09Lavrovun mikrafonu əlində qaldı - İlginc olay/Video01:0655 min nəfərə ŞAD XƏBƏR - Prezident 5,6 milyon manat ayırdı00:58Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun əməlləri ilə bağlı ilginc məlumatlar yayıldı00:45“Modern Hospital”: yarım ilin qara statistikası - yüksək əməliyyat hesabları, bitməyən ölümlər VƏ NƏLƏR12:10ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI12:07Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO12:04Mirşahindən sərt sözlər: “Sevinc Əli Kərimlinin alt paltarıdır” – Video11:59Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı - 30 milyon dollar ölkədən çıxarılıb11:56Sabiq nazir Əli Abbasovun kadrı sayılan Ceyhun Cəfərovu o əvəzləyir - KÜRDƏMİRDƏ01:35Nizami rayonunda növbəti özbaşınalıq: İcra başçısı və YAP-ın sədri Leyla Əliyevaya qarşı - FOTOLAR00:53Ölkədə böyük faciə: 3 alpinist qar uçqununda itgin düşdü - genişmiqyaslı axtarışlar başlatıldı00:45Ermənistan döyüş mövqeyində itki verdi00:40Netanyahu və həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI...00:37Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”21:32Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda - Avro-202021:28Qarabağdakı TALANÇI ŞİRKƏTLƏR: Əksəriyyəti dost və tərəfdaş bildiyimiz ölkələrə məxsusdur17:38Paytaxtda başlayan mitinq iştirakçıları silahlandı: onlarla aksiyaçı otel çıxışında həbs olundu14:51Gürcü müxalifəti etiraz aksiyaları üçün paytaxta yeridi – yeni hökumət təcili toplandı14:44Putin G20-də son nöqtəni qoydu: “Müharibə davam edəcək”14:42Erməni girovluğundan 20 azərbaycanlı qadını təkbaşına azad edən şəhid14:37Məşhur avtoritet Şeyx Həmzətə sui-qəsd: ölü və yaralılar var - VİDEO14:26“Böhtandır, iftiradır, ayıb olsun!” - Əflatun Amaşovdan sərt AÇIQLAMA00:25Ticarətçilər üçün sadələşdirilmiş vergi ləğv olundu - YENİLİK00:06Sumqayıtın 9 saylı tam orta məktəbdə nələr baş verir - Direktor əvəzi Təhsil nazirliyində kimin adından istifadə edir? (VİDEO)13:17Sosial şəbəkələrdə hamı bundan danışır: Ruhlar nərdivanı belə yeritdi, əhali təşvişə düşdü - Video13:08Türkiyə şokda : CHP sədri Klıcdaroğlu Berlində PKK-ya dəstək verdi13:06ABŞ və Avropadan yüzlərlə hərbçi Ukraynaya GƏTİRİLDİ: Rusiya ilə MÜHARİBƏ BAŞLAYIR11:44DİN-dən əməliyyat: 20 həbs11:41Erməni müdafiə nazirliyinin gizli saxladığı hərbi rüşvətxor: rəngsazlıqdan generalınadək - FOTO01:35Nazir açıqladı - Rusiya sərhədə 80 minlik qoşun yığıb01:32Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir – FIG prezidenti01:29Dəhşətli dağıdıcı gücə qadir aviasiya bombaları alınır - Azərbaycan Pakistanla razılaşdı01:21Bu, tələdir və Rusiya vəziyyətdən çıxa bilməyəcək - Eks-nazir01:14Prezident sərəncam imzaladı19:25İran-Azərbaycan sərhədində atışma: General hadisə yerində19:18Whatsapp-da DYP rəisi haqqında məlumat yayan şəxs həbs edilib19:0810 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?15:55Rusiyaya öldürücü zərbə: Müzakirələrə start verildi13:35Zakir Qaralov İsmayıll rayonuna yeni prokuror təyin etdi13:23Aksizlər qalxdı, ofisiant və bərbər də vergi verəcək13:19Ukrayna Rusiya təyyarələrini MƏHV ETDİ: Azovda təhlükə artır12:13Erməni prezidenti Berlində rüsvay oldu - Sərkisyanın böyük yalanı12:10Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib12:06Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri12:04Paşinyan ölkəni belə XİLAS EDƏCƏK: Bütün sirləri ifşa olundu12:00Türkiyədə 500 min insan öləcək, 2,5 milyonu isə yardıma möhtac qalacaq - XƏBƏRDARLIQ
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Erməni qadınla yazışan ADU-nun müəllimi danışdı - müsahibə

15 noy 2018, 13:25   
Erməni qadınla yazışan ADU-nun müəllimi danışdı - müsahibəMüsahibimiz Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının baş müəllimi, erməni dilini tədris edən mütəxəssis Hüseyn Əsgərovdur

- Bu yaxınlarda müəllifi olduğunuz “Erməni dilinin qrammatikası” adlı kitabın təqdimatı keçirildi. Əvvəlcə, kitab barədə məlumat verməyinizi xahiş edirik, necə ərsəyə gəldi, hansı mənbələrlə işlədiniz?

- Artıq 7 ildir Azərbaycan Dillər Universitetində erməni dilini tədris edirəm. Mənə bu fənnin tədrisi ilə bağlı dərs saatı veriləndə erməni dilində dərslik yox idi. Bu dili tələbələrə necə öyrədəcəyimə dair çox götür-qoy edirdim. İnternetdə kiçik araşdırma aparandan sonra rus, ingilis və digər xarici dillərdə kitablar tapdım, onlardan da istifadə etməklə dilin tədrisinə başladım.

Təbii ki, əvvəlcə əlifba öyrədilir. Müntəzəm olaraq kiçik mətnlər hazırlayıb onları tərcümə edirdim və tələbələrimiz yararlanırdılar. Həmin mətnləri qrammatik cəhətdən təhlil edir, onları kompüterdə qovluqlarda toplayırdım. Bu müddət ərzində xeyli material toplandı.

Universitetdə “Qafqazşünaslıq” kafedrası keçən il yaradılıb. Kafedra müdiri Əsgər Zeynalov məndə erməni dili ilə bağlı çoxlu materiallar yığıldığını görəndə təklif etdi ki, bunları ümumiləşdirib kitab halında çap etdirim. Rektor Kamal Abdulla iclas və konfranslarda həmişə vurğulayırdı ki, müəllimlər elmi işlərlə məşğul olmalı və kitab yazmalıdırlar. Bütün bunlar məni həvəsləndirdi və kitab çap etdirmək niyyətinə düşdüm.

Öz təşəbbüsüm və universitetin vəsaiti hesabına “Erməni dilinin qrammatikası” kitabı nəşr olundu. Belə kitab ərsəyə gəldiyinə görə rektor tərəfindən mənə bir aylıq əmək haqqı dəyərində pul mükafatı təqdim olundu.

- Neçə müddət kitab üzərində işlədiniz? Erməni dilinin tədrisinə başlayan vaxtdan?

- Bəli, demək olar, 7 ildir bu kitab üzərində çalışıram. 2011-ci ildən bəri dərs zamanı topladığım materialları bir araya yığmışam. Bayaq mənbələri soruşdunuz, özüm ixtisasca ingilis dili müəllimiyəm. İngilis dilində olan erməni qrammatikasından və orijinal erməni dilində olan qrammatika kitablarından istifadə etmişəm.

- Dediniz ixtisasca ingilis dili müəllimisiniz, bəs necə oldu erməni dilini tədris etməyə başladınız? Bu dili necə öyrənmisiniz?

- Ermənistanın Vanadzor rayonunun Gözəldərə kəndində anadan olmuşam. Əhatəmdə həmişə çoxlu ermənilər olub. Kiçik yaşlarımda oynadığım uşaqların əksəriyyəti erməni idi və onlarla ermənicə danışırdım. Lakin erməni dilindən heç xoşum gəlmirdi, bu dilə nifrət edirdim. Ona görə də daha çox rus dilində danışmağa çalışırdım.

Erməni dilini öyrənməyimdə atamın və həyat yoldaşımın böyük rolu var. Erməni qonşular həyat yoldaşıma deyirdilər ki, “axçik”, sən bu türklə niyə ailə qurmusan. Onlar elə bilirdilər ki, yoldaşım ermənidir. Çünki o, ermənicə mükəmməl danışırdı, orta məktəbi də erməni bölməsində bitirmişdi. Mən isə sadəcə erməni dili fənni keçmişəm.

Dili öyrənməyimin əsas səbəbi məktəbdəki müəllimlərimin əksəriyyətinin milliyyətcə erməni olması ilə bağlı idi. Xatırlayıram, ingilis dili, mexanika fənnini tədris edən müəllimlər erməni idi. Elə buna görə də erməni dilini daha tez öyrəndim. Atam ziyalı idi, ali məktəbi Yerevanda bitirmişdi, müəllimdən xahiş etmişdi ki, mənə əlavə olaraq evdə dərs keçsin. İngilis dili müəllimim Türkiyədən gəlmişdi və türk dilini bilirdi, mənə Türkiyədən kitab da gətirmişdi.

O zamanlar Ermənistana ingilis dili dərsliyi göndərmirdilər. Azərbaycan dilində ingilis dili qrammatikası ilə bağlı dərs vəsaiti yox idi. Ona görə də ingilis dilini ermənicə öyrənirdim. Erməni dilində oxuyurdum və bilmədiyim sözləri müəllimdən və atamdan soruşurdum. Beləliklə artıq erməni dilinə məndə həvəs oyandı.

Bakıya gələndən sonra görkəmli tərcüməçi İsmixan Rəhimovun “İngilis dilinin praktik qrammatikası” kitabı ilə tanış olandan sonra bu dilə marağım yarandı. Azərbaycan Dillər Universitetinə qəbul oldum və ingilis dili üzrə təhsil aldım.

- Bakıya köçəndə ermənicə bildiyiniz üçün iş tapmaqda yəqin çətinlik çəkməzdiniz...

- Yox, əksinə 2 il işsiz qaldım, heç kəs məni işə götürmürdü. Ailəmin dolanışığını təmin etmək üçün müxtəlif işlərdə ­– ayaqqabı sexində, bostanda fəhlə kimi çalışdım.

- İrəvanda çalışmışdınız?

- İrəvanda orta məktəbdə müəllim kimi çalışmışdım. Gözəldərə kənd məktəbində ingilis dili dərsi keçirdim.

- Şagirdləriniz əsasən azərbaycanlılar idi, yoxsa ermənilər?

- Həm Azərbaycan, həm də erməni bölməsində ingilis dili dərsi keçirdim. Mənə vaxtilə dərs deyən müəllimim Vartevar Baxçeçyanla sonradan bir yerdə işlədik. Məni hərbi yığıma aparanda dərslərimi o əvəz edirdi. Bunun müqabilində pul təklif edəndə götürmürdü. Ermənilər zzlərini təklikdə yaxşı təqdim etməyi bacarırdılar. Lakin arxada ayağımızın altını qazırdılar, ancaq bundan xəbərimiz yox idi.

Onlar həmişə öz uşaqlarına öyrədirdilər ki, türklər bizim düşmənimizdir. Biz deyirdik ki, ermənilər dostumuzdur...

- Dərs dediyiniz erməni şagirdlər azərbaycanlı olduğunuzu bilirdilər?

- Bəli, bilirdilər. Hərəsinin bir münasibəti vardı. Bəziləri mənə türk, bəziləri azərbaycanlı deyirdi.

- 7 ildir ADU-da erməni dilini tədris edirsiniz. Tələbələrin bu dilə münasibəti necədir?

- Hamısı eyni maraqla öyrənmir. Bu dilin tədrisi hələ yeni başlayıb. Ümid edirəm ki, yaxın gələcəkdə daha böyük miqyasda tədris olunar və tələbələrin də sayı artar. Ermənistanda belə deyildi. Şəxsən özüm görmüşəm, erməni fəhləsi Azərbaycan dilində bizim savadlı müəllimlər kimi danışırdı. Uşaq anadan olan kimi onları öyrədirlər ki, türklər, azərbaycanlılar bizim düşmənimizdir. Amma biz onlar kimi təbliğat aparmırıq. Biz unutqan xalqıq. Gec də olsa bu dili öyrənməyə və öyrətməyə başlamışıq.

- Hərdən deyirlər düşmənin dilini niyə öyrənək? Ancaq 2016-cı il aprel döyüşləri göstərdi ki, dili bilmək informasiya manipulyasiyasında çox vacibdir. Sizin yanaşmanız necədir?

- Erməni dilinin öyrənilməsinin vacibliyini məktəb yaşlarında anlamışdım. 1983-84-cü illər olardı, erməni dili müəllimimlə məni konfransa aparmışdılar. Konfransdan sonra dəyirmi masa baş tutdu. Orada müəllimləri təqdim edirdilər, bir ermənini Azərbaycan dili müəllimi kimi tanıtdılar. İrəvanda Azərbaycan dilinin tədris olunmasına təəccübləndim. Biz isə erməni dilinin tədrisinə təzə başlamışıq.

Düşünürəm ki, düşmənin dilini öyrənmək vacibdir. Biz müharibə şəraitində yaşayırıq, qarşı tərəfin mətbuatını izləmək, siyasətindən xəbərdar olmaq üçün bu dili bilməliyik.

- Bəs bu dili qavrama səviyyəsi necədir?

- Bu dil tələbələr üçün təbii ki, çətindir. Onlar bəzən laqeyd yanaşırlar. Ancaq burada müəllimin əməyi və metodikası böyük rol oynayır. Müəllim onlara istiqaməti düzgün verməli, maraq oyatmalı, həvəsləndirməli və onlara bu dilin öyrənilməsinin əhəmiyyətini aşılamalıdır. Tələbələrə mən də başa salmışam, eyni zamanda universitet rəhbərliyi də izah edib ki, bu dil düşmənin dilidir və onu bilmək vacibdir.

Dərs dediyim qruplarda tələbələrin bir qismi maraqlı olduğu, bəziləri isə sadəcə qiymət üçün, diplom almaq xatirinə öyrənirlər. Bəlkə də bu dil bir çox insanlar üçün lazım deyil, amma dövlət üçün lazımlıdır. Ermənistan mediasının ölkəmiz haqqında yazdıqlarından xəbərdar olmaq və buna müvafiq siyasət qurmaq baxımından önəmlidir.

Bu dili bilən mütəxəssislərə bu gün ehtiyacımız var. Azərbaycan mediasında artıq erməni dilində xəbər yayımlayırlar. Bu, çox müsbət tendensiyadır.

- Vurğuladınız ki, ermənilər uşaq doğulanda türklərin düşmən olduğunu söyləyirlər. Özünüzə qarşı ermənilər tərəfindən hansısa neqativ addımların şahidi olmuşdunuz?

- Ermənilər bizimlə həmişə düşmənçilik fikri ilə yaşayıblar. Bizi Qarabağdan çıxarmaq planları qurublar. Elə buna görə də bizə qarşı təzyiqləri artırırdılar. Ali savadlı azərbaycanlılara iş vermirdilər. Ancaq fəhlə işi, kənd təsərrüfatında və digər ağır işlərdə çalışmağa yönəldirdilər. Özlərini üzdə elə göstərirdilər ki, guya bizə qarşı dost münasibətdədirlər. Amma onların iç üzləri sonradan açıldı.

Məsələn, bizim universitetdə çalışmış, alman dili mütəxəssisi Çərkəz Qurbanlıya İrəvanda iş verməmişdilər. Doğrusu, mən erməni dilini sevmirdim, ona görə qonşularla çox danışmırdım, daha çox rus dilində danışmağa üstünlük verirdim. Ona görə də ermənicə yaxşı danışan həyat yoldaşıma türklə ailə qurmasını irad bildirirdilər. Onlar haqqımızda pis fikirdə idilər.

- Xalq diplomatiyası barədə fikirləriniz nədən ibarətdir?

- Ümumiyyətlə, cəmiyyəti irəli aparan siyasət və siyasətçilərdir. Bizə harada yaşamağımızdan asılı olmayaraq Vətən lazımdır. Ancaq bizi doğma vətənimizdən çıxarıblar. Ürəyimiz buna dözmür, Vətən həsrəti çəkirik. Öz doğma yurdumuza qayıtmaq istəyirik, lakin buna mane olan qüvvələr var. Məncə, ermənilər bizi öz yurd-yuvamızdan necə çıxarıbsa, bizim də ruhumuz çatmalı, torpaqlarımızı azad etməliyik.

- Ermənilərlə yenidən birgə yaşayışı təsəvvür edirsiniz?

- Təbii ki, erməniləri qonşuluqdan köçürə bilməyəcəyik. Hamı bilir ki, İrəvan Azərbaycan türklərinindir, tarixən həmin ərazidə İrəvan xanlığı mövcud olub. Ermənilər yalandan iddia edir ki, buralar bizim torpaqlardır. Ata-babadan o ərazilərdə türklər yaşayıb. Ermənilərin orada yaşamasını dəstəkləyən bəzi dövlətlər var və bizə qarşı ermənilərdən istifadə edirlər.

- Telefonunuza zəng edən şəxslə ermənicə danışdınız. Maraqlıdır, bu dili bilən tanışlarınız çoxdur?

- O qədər də çox deyillər, arada çaşıb erməni dilində ünsiyyət qururuq. Hərdən kafedra müdiri Əsgər müəllimə danışıram. Başqa dostlarım da var.

“CBC” televiziyasında çalışan Seyran müəllimlə də ermənicə ünsiyyətdə oluram. Onlar da bu dildə danışmağa ehtiyat edirlər. Çəkinirlər ki, kənardan baxanlar elə bilər biz erməniyik.

- Ailədə hansı dildə danışırsınız?

- Evdə yoldaşımla bəzi məsələləri uşaqlar başa düşməsin deyə erməni dilində danışırdıq. Amma vaxt keçdikcə uşaqlarımız da bu dili öyrəndilər. Həyat yoldaşımla danışanda kiçik qızım deyirdi, mən sizi başa düşdüm. Uşaqlar dili tez mənimsədilər, amma tez də unutdular. İndi övladlarım mən ermənicə danışanda o qədər də yaxşı anlamırlar.

Bakıya təzə gələndə ermənicə danışırdıq, uşaqlar marketə gedəndə erməni dilində müraciət edirdilər. Yoldaşım onlara başa salırdı ki, burada ermənicə danışmaq olmaz, onlar bizi erməni sanarlar.

- Sosial şəbəkələrdə ermənilərlə ünsiyyətiniz varmı?

- Bir vətəndaş kimi sosial şəbəkələrdə ermənilərlə danışıram. Covinar adlı bir xanımla “Odnoklassniki”də ünsiyyət qururam. Ermənilər ona deyibmiş ki, türk səni niyə dostluğa qəbul edib. O xanım yazdı ki, mənə bu barədə irad bildirirlər, ona görə də bir-birimizi dostluqdan çıxaraq.

Amma hələ də danışırıq. Hərdən soruşuram ki, hava necədir və nə kimi yenilik var. Adam doğulduğu yer üçün darıxır, mənə fotolar da göndərib.

Müəllif: Nərgiz Ehlamqızı, Akqabay Mıradov
OXŞAR MÖVZULAR