Impera

XƏBƏR LENTİ
17:15Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO17:13Təcili: Fransa etirazları Belçikaya sıçradı – Paytaxtda ara qarışdı17:10Parisdə küçə döyüşü gedir: Makron ölkəyə NƏZARƏTİ İTİRDİ13:35Milli komandamızın baş məşqçisi Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ12:29Paytaxt küçələrinə tanklar yeridildi - Hökumətin etirazçılara qarşı YENİ PLANI12:26Növbədənkənar parlament seçkiləri gözlənilmir - YAP-dan açıqlama01:49Əli Kərimlinin gizli görüşləri - Qarabağ Komitəsinə qarşı böyük qəsd hazırlanır01:45Ermənistanın sabiq prezideti Robert Köçəryan həbs olundu - Video01:34Qurban Qurbanov millidən gedir - EKSKLÜZİV01:32Xırdalanda sərnişin avtobusunun aşmasının səbəbi bilindi - TƏFƏRRÜAT (YENİLƏNDİ)22:03Xırdalan sakinlərinin nəzərinə!17:14İrəvanda qan və qiyam qoxusu: Silah səsləri…17:07Köçəryan həbs olunur: Məhkəmə qərar verdi – Son dəqiqə17:05Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR16:59DTX əhaliyə xəbərdarlıq etdi: belə hallar yaranarsa, quruma müraciət edin16:50icra başçısı yerli məmurları topladı: Rayon rəhbəri Abşeron rayonunda qışa hazırlıq işlərini müzakirə etdi və tapşırıqlar verdi15:01“Zatulinin əsas maliyyə qaynağı erməni lobbisidir” AÇIQLAMA14:51Orduxan Teymurxan terrora çağırış ittihamı ilə axtarışa verildi – Baş Prokurorluqda cinayət işi açıldı14:40Ramil Usubovdan mühüm əmr: Polis rəisinin 2 müavini, bölmə rəisi və baş inspektor işdən çıxarıldı14:37“Broker Əbülfəz”ə yüksək vəzifə verildi - Səfər Mehdiyev onu Abşeron gömrük postuna rəhbər gətirdi14:22Avropaya ATOM YAĞIŞI olacaq, qitə Yer üzündən silinəcək – Rusiya BÜTÜN KARTLARI AÇIR14:20Ilham Əliyev rus torpaqlarında Ermənistanı belə məğlub etdi - Sankt-Peterburq görüşünün SİRRİ AÇILDI14:18Mühafizə Alayında əsgər yaralandı Rəsmi14:16Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir14:12Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...14:08Paşinyana Sankt-Peterburqda YERİNİ GÖSTƏRDİLƏR - FOTO/VİDEO15:17Əflatun Amaşovu hədəfə alanlara sərt cavablar14:54“Erməni ordusunu bir neçə saata darmadağın etmək olar” – Hərbi ekspert14:51“Ermənistan hakimiyyəti hücuma hazırlaşır” – Sensasion iddia14:47Ermənistan ordusuna BÖYÜK ŞOK: bir qrup hərbçi...14:36“Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlimlər başa çatdı14:22Bəgaliyev Maqsud Yardımlıda məmur özbaşınalığı ilə bağlı prezidentə müraciət etdi - MƏTN12:24Erməni partiyalarının davası: Nikol Qarabağ mövqeyini dəyişdi12:20Paşinyanın əsgər oğlunun macəraları: Xankəndində əyləncə klubu, spirtli içkilər və…12:13Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib01:09Saçı qırxılan gəli̇ni̇n anasından gizlədilən cinayətin şok açıqlaması - Polis hərəkətə keçdi (Video)01:04ABŞ komandanı: Rusiyanı necə məğlub edəcəyimizi bilirəm01:00Ukrayna iki dənizdə hücuma keçdi: 8 hədəf məhv edildi - Moskva şokda00:56Paşinyanın gizli səs yazısı yayıldı - VİDEO00:54Prezidentdən icra başçısı ilə bağlı sərəncam22:39Ağdamda narazılıq artır - evi başına uçan Zəhra ana prezidentən kömək istəyir (VİDEO)16:59Masallının məşhur milyonçuları - Mübariz Mənsimov, Gülağa Qəmbərov və daha kimlər, yaxından tanımağa dəyər15:42ŞOK AÇIQLAMA: Nazir devalvasiya anonsunu verdi - dollar marta qədər bu qiymətə olacaq15:34Müğənni Afətdən efirdə ŞOK TƏKLİF: Şübhəsi varsa, gəlsin həkimə gedək15:26Fransanın Bakıya ASTER 30 SAMP/T və VL Mika raket sistemlərini satacağını bəyan etdi15:21Prezident Xalq rəssamı Tahir Salahova orden təqdim etdi - FOTO (YENİLƏNDİ)15:19XİN-dən “Lazarev klubu”na SƏRT REAKSİYA: “Bu, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir”15:16Rusiya nüvə müharibəsinə hazırlaşır: Baş qərargah başçısından BƏYANAT15:14Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ15:08Vaqif Həsənov toplantı keçirdi – İcra başçısı bu dəfə bağça müdirlərinə barmaq silkələdi15:20Prinsip budur: 7 rayon, Dağlıq Qarabağa qayıdış və...15:16İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı belə hazırlayır - YENİ FAKTLAR15:13SOCAR-dan benzin və dizellə bağlı vacib - Açıqlama01:12Nuhdan vahiməli proqnoz: “Zaman maşını, insan ölümsüzlüyü, dəhşətli qar...”01:09Lavrovun mikrafonu əlində qaldı - İlginc olay/Video01:0655 min nəfərə ŞAD XƏBƏR - Prezident 5,6 milyon manat ayırdı00:58Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun əməlləri ilə bağlı ilginc məlumatlar yayıldı00:45“Modern Hospital”: yarım ilin qara statistikası - yüksək əməliyyat hesabları, bitməyən ölümlər VƏ NƏLƏR12:10ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI12:07Ermənistan ETİRAF ETDİ: "Soydaşlarımızın sayı azalır, yardım lazımdır" - FOTO12:04Mirşahindən sərt sözlər: “Sevinc Əli Kərimlinin alt paltarıdır” – Video11:59Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı - 30 milyon dollar ölkədən çıxarılıb11:56Sabiq nazir Əli Abbasovun kadrı sayılan Ceyhun Cəfərovu o əvəzləyir - KÜRDƏMİRDƏ01:35Nizami rayonunda növbəti özbaşınalıq: İcra başçısı və YAP-ın sədri Leyla Əliyevaya qarşı - FOTOLAR00:53Ölkədə böyük faciə: 3 alpinist qar uçqununda itgin düşdü - genişmiqyaslı axtarışlar başlatıldı00:45Ermənistan döyüş mövqeyində itki verdi00:40Netanyahu və həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI...00:37Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…”21:32Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda - Avro-202021:28Qarabağdakı TALANÇI ŞİRKƏTLƏR: Əksəriyyəti dost və tərəfdaş bildiyimiz ölkələrə məxsusdur17:38Paytaxtda başlayan mitinq iştirakçıları silahlandı: onlarla aksiyaçı otel çıxışında həbs olundu14:51Gürcü müxalifəti etiraz aksiyaları üçün paytaxta yeridi – yeni hökumət təcili toplandı14:44Putin G20-də son nöqtəni qoydu: “Müharibə davam edəcək”14:42Erməni girovluğundan 20 azərbaycanlı qadını təkbaşına azad edən şəhid14:37Məşhur avtoritet Şeyx Həmzətə sui-qəsd: ölü və yaralılar var - VİDEO14:26“Böhtandır, iftiradır, ayıb olsun!” - Əflatun Amaşovdan sərt AÇIQLAMA00:25Ticarətçilər üçün sadələşdirilmiş vergi ləğv olundu - YENİLİK00:06Sumqayıtın 9 saylı tam orta məktəbdə nələr baş verir - Direktor əvəzi Təhsil nazirliyində kimin adından istifadə edir? (VİDEO)13:17Sosial şəbəkələrdə hamı bundan danışır: Ruhlar nərdivanı belə yeritdi, əhali təşvişə düşdü - Video13:08Türkiyə şokda : CHP sədri Klıcdaroğlu Berlində PKK-ya dəstək verdi13:06ABŞ və Avropadan yüzlərlə hərbçi Ukraynaya GƏTİRİLDİ: Rusiya ilə MÜHARİBƏ BAŞLAYIR11:44DİN-dən əməliyyat: 20 həbs11:41Erməni müdafiə nazirliyinin gizli saxladığı hərbi rüşvətxor: rəngsazlıqdan generalınadək - FOTO01:35Nazir açıqladı - Rusiya sərhədə 80 minlik qoşun yığıb01:32Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir – FIG prezidenti01:29Dəhşətli dağıdıcı gücə qadir aviasiya bombaları alınır - Azərbaycan Pakistanla razılaşdı01:21Bu, tələdir və Rusiya vəziyyətdən çıxa bilməyəcək - Eks-nazir01:14Prezident sərəncam imzaladı19:25İran-Azərbaycan sərhədində atışma: General hadisə yerində19:18Whatsapp-da DYP rəisi haqqında məlumat yayan şəxs həbs edilib19:0810 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?15:55Rusiyaya öldürücü zərbə: Müzakirələrə start verildi13:35Zakir Qaralov İsmayıll rayonuna yeni prokuror təyin etdi13:23Aksizlər qalxdı, ofisiant və bərbər də vergi verəcək13:19Ukrayna Rusiya təyyarələrini MƏHV ETDİ: Azovda təhlükə artır12:13Erməni prezidenti Berlində rüsvay oldu - Sərkisyanın böyük yalanı12:10Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib12:06Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri12:04Paşinyan ölkəni belə XİLAS EDƏCƏK: Bütün sirləri ifşa olundu12:00Türkiyədə 500 min insan öləcək, 2,5 milyonu isə yardıma möhtac qalacaq - XƏBƏRDARLIQ
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ

16 noy 2018, 16:25   
Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ"Azərbaycan qadınları müstəqildir, onlar demokratik respublikanın vətəndanşlarıdırlar. Siyasi, iqtisadi, sosial və mədəni sferalarda gender bərabərliyinə malikdirlər. Düşünürəm ki, onların geyim üslubları Avropa qadınlarının geyim üslubundan fərqlənmir. Əgər onlar Avropalı həmcinsləri ilə müqayisədə bəzən daha konservativ görünmək istəyirlərsə, bu, onların öz seçimləri olmalıdır, cəmiyyət və ailə tərəfindən diktə edilməməlidir. Öz yaradıcılığımda həmişə Azərbaycan mədəniyyətindən bəhrələnirəm. Mənim qadınım müstəqil və müasir ölkədə yaşayır".

Bu sözləri yaratdığı geyimlərlə dünyanın bir çox ölkələrində şöhrət qazanan dizayner Günel Rüstəmova Publika.az-a verdiyi müsahibəsində deyib.

Azərbaycanlı modelyer Günel Rüstəmovanın geyim kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. Londonda, Parisdə kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli dəb şouları keçirilən G.Rüstəmova Oman şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən olan yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir. Günel Rüstəmova modelyer olmaqla yanaşı, həm də rəssam kimi fəaliyyət göstərir.
Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ
Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova 2005-ci ilin mayında Londonda “Gyunel Limited” şirkətini quraraq, onun direktoru olub.

- Günel xanım, siz Birləşmiş Krallığın nüfuzlu universitet və moda məktəblərində təhsil almısınız. Mən söhbətimizə bu nöqtədən başlamaq istərdim. Modelyer olmanıza nə səbəb oldu və bu sahədə təhsil almaq qərarına necə gəldiniz?

- Bütün bunlar mən hələ uşaqkən çəkdiyim rəsmlər, eləcə də, uşaqlıq xatirələri ilə başladı. Mən o vaxtdan bəri şəkil çəkməyi sevirəm, həmişə özümü geyindiyim qiyafətlər və zahiri görünüşümlə ifadə etməyə çalışmışam. Bu həvəs mənə anamdan keçib, o, hobbi olaraq özü, rəfiqələri və ailə üzvləri üçün paltar modelləri çəkər və tikərdi. Odur ki, ölçüyə görə hazırlanmış geyimlərlə böyüdüm. İlk olaraq təsviri incəsənət və fotoqrafiyanı öyrənməyə başladım, daha sonra moda istiqamətində yönəldiyimi hiss etdim və mümkün qədər daha çox bilik əldə etmək üçün Birləşmiş Krallığın ən yaxşı moda institutlarında təhsil almaq qərarına gəldim.
Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ

- Siz 14 ildən artıqdır ki, Londonda yaşayırsınız və sizin kolleksiyalarınız bu günə qədər dünyada bir çox moda nümayişlərində təmsil olunub. Siz London və Parisdə yüksək səviyyəli nümayişlərdə iştirak etmisiniz. Bu cür nüfuzlu tədbirlərdə iştirak etmək üçün bir modelyerdən nələr tələb olunur? Təcrübələrinizi və təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?

- Moda nümayişlərində iştirak edə bilmək üçün bir modelyerin qarşısında duran əsas tələb göstərilməyə dəyər məhsuldur və belə nəticənin əldə edilməsi uzun günlər, habelə gecələrdən ibarət, ağır zəhmətli, yaradıcı fikirlərlə dolu və peşəkar heyətin cəlb olunduğu uzun bir proses tələb edir.

- Bir çox Avropa və Asiya ölkələrindən olan yüksək vəzifəli şəxslər, o cümlədən Oman şahzadəsi və dünya ulduzları sizin yaradıcılığınıza müraciət etmişlər. Bəlkə uğur düsturunuzu bizimlə paylaşasınız...
Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ
- Uğur həyatda qarşına qoyduğun məqsədə çatmaq, sevdiyiniz işlə məşğul olmaqdır.

- “Gyunel” brendinin tarixçəsini bilmək maraqlı olardı...

- Londonda moda məktəblərini bitirdikdən sonra öz brendimi yaratmazdan öncə 360 dərəcəli perspektiv əldə etmək üçün moda sahəsində müxtəlif rollarda çalışdım.

- Öz işini qurarkən nadir hallarda bütün işlər rəvan gedir. Bu işə başlayarkən hansı çətinliklərlə üzləşdiniz?

- Öz brendimi yaratmaq barədə xəyallar qururdum və bu arzu ilə öz üzərimə böyük məsuliyyət götürdüm. Çünki geyim brendi yaratmaq müəyyən bilik və bacarıqların tələb olunduğu prosesdir. Moda sahəsində yeni bir brend yaradarkən xəbərdar olmalı olduğunuz bir sıra problem və təhlükələr var. Bu proses yüksək öhdəlik, müəyyən material və vaxt sərfiyyatı tələb edir. Bu, çox mühüm məsələdir. Artıq beş ildir ki, mən və mənim dəyərli komandam bu işin öhdəsindən uğurla gəlirik.
Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ
- Hər hansı bir modelyerin üslubunu təkrarlamadan unikal olmaq çox çətindir. Bu məsuliyyətin öhdəsindən necə gəlirsiniz? Ümumiyyətlə, brendinizin tərzi və fəlsəfəsi nədən ibarətdir?

- Mən adətən insanların mənim üslubumu “romantik qotik” adlandırdıqları çox sayda rəy alıram. Geyimlərimdə qotik memarlıq elementlərindən, qorqulya təsvirlərindən, Azərbaycan milli geyimlərinin ənənəvi detallarından, öz rəsmlərimdən, uşaqlıq xatirələrim və sürrealistik baxışdan istifadə edirəm.

Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ
- Valideynlər bir qayda olaraq öz övladlarının onların yolunu davam etdirmələrini arzulayırlar. Bunu bilmək maraqlı olardı ki, valideynləriniz, xüsusilə atanız cənab Elman Rüstəmov sizin seçiminizi necə qarşıladı?

- Moda sahəsində təhsil almazdan öncə valideynlərimin arzusuyla Azərbaycan Dövlət İqtisad Universitetini bitirdim. Onlar mənim belə bir yaradıcı sferaya daxil olma seçimimi hörmətlə qarşıladılar. Geriyə baxdığımda, iqtisadi təhsilimin olmasından məmnunluq duyuram, çünki bu, öz biznesimin idarə olunmasında mənə çox kömək edir.

- Son illərdə ölkəmizdə moda biznesi ilə məşğul olan xanımlarımızın sayı durmadan artır. Biz bu trendi müsbət qiymətləndirə bilərikmi?

- Tamamilə. Mən onların hər birinə uğurlar arzulayıram.

- İncəsənət və idarəetməni bir-birinə necə uyğunlaşdırmaq olar?

- Yuxarıda qeyd etdiyim kimi, iqtisadi təhsilim öz brendimin idarə olunmasında mənə daha çox peşəkarlıq qatdı.

- Moda əfsanəsi Canni Versaçe demişdir: “Trendlər arasında itib-batmayın. Dəbin sizi idarəetməsinə icazə verməyin, kim olduğunuza, geyiminiz və həyat tərzinizlə nə ifadə etmək istədiyinizə özünüz qərar verin”. Qadınlarımızın saysız-hesabsız moda brendləri arasında nə istədikləri barədə doğru qərar verə biləcəklərini düşünürsünüzmü?
Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ
- Azərbaycan qadınları həmişə zövqlə geyinirlər. Ölkəmi ziyarət edən əcnəbi dostlarımdan bizim xanımların geyim tərzi barədə eşitdiyim xoş sözlər məni sevindirir.

- Hər bir qadının qarderobunda mütləq olması gərəkən əsas geyimlər hansılardır?

- Vintaj geyim, dəri gödəkçə, rahat hündür daban ayaqqabılar və sözsüz ki, kiçik qara don.

- Hazırda hansı layihələr üzərində çalışırsınız?

- Mən hazırda növbəti kolleksiyam üzərində işləyirəm. Həmçinin çox yaxın gələcək üçün nəzərdə tutulmayan bəzi layihələrim var. Ümid edirəm ki, onlar haqqında tezliklə duyacaqsınız.

- Moda sizin üçün gəlir mənbəyidir, yoxsa ideya və fantaziyalarınızı gerçəkləşdirmək, özünü ifadə etmək yolu?

- Hər ikisi.



- Dəb trendləri yalnız cəmiyyətin əhval-ruhiyyəsi ilə üst-üstə düşdükdə mövcud olur, süni şəkildə yaradılmış dəb trendləri məhvə məhkumdur. Sizcə, Azərbaycan qadınları süni və təbii trendləri ayıra bilirlərmi?

- Prinsip etibarilə, qəribəlikləri və tendensiyaları qəbul etmək və ya rədd etmək hər kəsin şəxsi seçimidir. Zənnimcə, Azərbaycan qadınları ümumiyyətlə, gözəl zövqə malikdirlər və fərq yaradabilirlər. Bununla belə, hamımızın yaşamış olduğumuz utandırıcı moda eksperimentləri var ki, bu da təbiidir.

- Sizcə “fashionista” olmaq üçün dekolte və yarıqlı geyimlərin olması vacibdirmi?

- Modanı təqib etmək vacib deyil, lakin individual seçimlərə hörmətlə yanaşmaq lazımdır.

- Bir qayda olaraq, Azərbaycan mentaliteti qadınlarımızın geyim tərzinə bu və ya digər formada təsir edir. Bu amil sizin yaradıcılığınıza necə, təsir göstərirmi?

- Azərbaycan qadınları müstəqildir, onlar demokratik respublikanın vətəndanşlarıdırlar və siyasi, iqtisadi, sosial, mədəni sferalarda gender bərabərliyinə malikdirlər. Düşünürəm ki, onların geyim üslubları Avropa qadınlarının geyim üslubundan fərqlənmir. Əgər onlar Avropalı həmcinslərilə müqayisədə bəzən daha konservativ görünmək istəyirlərsə, bu onların öz seçimləri olmalı, cəmiyyət və ailə tərəfindən diktə edilməməlidir. Öz yaradıcılığımda həmişə Azərbaycan mədəniyyətindən bəhrələnirəm. Mənim qadınım müstəqil və müasir ölkədə yaşayır.



- Azərbaycanda geyindirmək arzusunda olduğunuz bir qadın varmı?

- Əlbəttə, Azərbaycanda heyran olduğum çox sayda gözəl, zəkalı, güclü, uğurlu qadınlar var.

- Müsahibə üçün sizə təşəkkür edir və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

- Çox sağ olun!

Aytən Məftun
OXŞAR MÖVZULAR