2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında:”Pul ver,uşağın cinsiyyətini deyim”-VİDEO

Hazırda ölkə ərazisində 138 qadın məsləhətxanası mövcuddur ki, onların da böyük əksəriyyətinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur.

Dövlət səhiyyə müəssisələrində digər tibbi xidmətlərlə yanaşı, qadınların hamiləlik döv-ründə və ondan sonrakı müddətdə müayinəsi, uşağın dünyaya gətirilməsi qanunla pulsuz olsa da, bu prosedurları keçmək üçün rüşvət tələb olunur. Elə bu səbəbdən də qadınların çoxu hamiləlik dövründə qadın məsləhətxanalarına getmirlər. Tibb müəssisələrində rüş-vət faktoru Azərbaycan ailələrində uşaqların xəstəlik və fiziki qüsurlarla doğulmasına da təsir göstərir. Gələcək anaların hamiləlik dövründə tibbi müayinədən keçməmələri son-radan problemlərin yaranmasına yol açır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycan qadınlarının 60-80 faizi ha-milə olduqları müddətdə məsləhətxanalara getmirlər. Bu isə onların gələcək övladlarının fiziki və əqli qüsurlarla dünyaya gəlməsinə və ölümünə səbəb olur. BMT-nin və başqa bey-nəlxalq qurumların məlumatına görə, Azərbaycanda dünyaya ana və körpə ölümünün səviyyəsi hələ də yüksək olaraq qalır. BMT Əhali Fondu mütəxəssislərinin qənaətinə görə, ölkədə hamiləlik və doğuş zamanı baş verən neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsinə ciddi ehtiyac var. Bunun üçün hamilə qadınlar müt-ləq tibbi və genetik müayinələrdən keçməlidirlər.

Azerinfo.az əməkdaşları Sabunçu rayon ,2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında qadınlarla həmsöhbət olublar. Hamilə qadınlar müayinələrə görə pul tələb olunduğunu gizlətmədilər. “Başına ələn başmaqçı olar” deyən Gülmirə (ad şərtidir) adlı qadın artıq ikinci dəfədir ki, qadın məsləhətxanalarında tibbi personala pul payladığını bildirdi: “Qiy-mətləri əzbərləmişəm. Pul verməsən də keçinmək olmur. Bu elə bir məsələdir ki, söhbət uşağın gələcək taleyindən gedir. Analizə pul verməsən dilləri ilə deyirlər ki, səhv çıxara-cağıq. “UZİ” həkiminə hörmət etməsən, uşağın başının, çəkisinin ölçüsünü demir. Naəlac qalıb istəyənə “hörmət” edirik ki, əziyyətimiz heçə çıxmasın.

Diğər bir tərəfdən abort hallarının qarşısını almaq üçün uşağın cinsiyyətini əvvəlcədən demək artıq qanunla yasaqlanıb. Ancaq 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında pul müqabilində bunu deyirlər. Əməkdaşımız müayinə prosesini lentə alıb, həkim uşağın

cinsiyyətini deməsinə görə pul tələb edir . Həm də bunu deməyin qanunsuz olduğuna görə rüşvət aldığını aşkar söyləyir.

Hər halda bu kadrlara Səhiyyə Nazirliyinin münasibətini bilmək maraqlı olardı. Həmçinin prokurorluq orqanları da məsələ ilə düşünürük ki, maraqlanacaqlar.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.