Azərbaycanda Kürd-PKK Gənclər təşkilatı yaradıldı – ŞOK GƏLİŞMƏ

Rojhat” adlı kürd təşkilatı Amerikadan idarə olunur.

Təşkilatın rəhbəri Nicat Cəbrayılov sosial şəbəkələr vasitəsilə özünə xeyli sayda tərəfdar toplaya bilib. Onun Azərbaycanda da çoxlu tərəfdarlarının olduğu israrla qeyd olunur. Onlar Azərbaycanda separatçılığa yönələn tədbir planını hazırlayırlar.

“KGB”-nin əsas ideologiya xətti türkçülük əleyhinə kompaniyalar aparmaq və Azərbaycanla Türkiyənin mədəni, iqtisadi, siyasi əlaqələrinin kəsilməsini təmin etməkdən ibarətdir. Hər iki ölkədə təxribat xarakterli hadisələri törətmək təşkilatın nizamnaməsində qeyd olunan görüləsi işlərdən biridir.

Amerikada yaşayan N.Cəbrayılov Türkiyənin Afrində terrorçulara qarşı döyüş əməliyyatlarını pisləyərək anti-türk qüvvələrın yanında nüfuz qazanmağa cəhd göstərir. Bu barədə dünya mətbuatına açıqlama verən “KGB”-nin sədri Türkiyəni başqa dövlət ərazisində soyqırım törətməkdə ittiham edir.

Sözügedən təşkilatın kürd əsilli türkiyəli iş adamı tərəfindən maliyyələşdirildiyi bildirilir. Eyni zamanda, bir neçə şirkət rəhbəri kürd təşkilatına sponsorluq edir. Onların arasında çoxlu sayda Türkiyə vətəndaşlarının olduğu vurğulanır.

Təşkilatın Azərbaycan nümayəndəliyinin PKK ilə sıx əməkdaşlıq etdiyi göstərilir. Hətta onların paytaxt Bakıda icarəyə götürdükləri ofisdə öz siyasi ideoloji planlarını azərbaycanlı nümayəndələri ilə birlikdə həyata keçirdikləri vurğulanır.

Həmin şəxslərin Azərbaycanda hər hansı təxribat halları törətməsi ehtimalı qeyd olunur.

Ümid edirik ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq və təxribatçılar zərərsizləşdiriləcək.
İnterpress.az

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.