Azərbaycanlı qadın bu ölkədən uşaq oğurlayıb Bakıya qaçdı – VİDEO

2016-cı ilin sonlarında “Səni axtarıram”a müraciət edən pakistanlı ailə oğlan övladlarının Azərbaycandan Sevinc adlı qadın tərəfindən oğurlandığını demişdi.

Paytaxt.org Milli.Az-a istinadən xəbər verir ki, bu gün canlı yayımda Xoşqədəm Hidayətqızı axtarışlarının yekunlaşdığı və həqiqətən də pakistanlı ailənin uşağının qaçırıldığı faktını təsdiq edib.

Uşağı doğma ailəsinə qaytarmaq üçün pakistanlı tərəfin vəkili olan Şəfiqə Nağıyeva proqramda istəklərinə çatdığı xəbərini bildirib. Belə ki, Pakistan Ədliyyə Nazirliyindən gələn məktubda qadının uşağı qanunsuz yollarla Bakıya gətirdiyi təsdiqini tapıb.

Qeyd edək ki, pakistanlı kişi verilişdə fəhləliklə ailəsini dolandırdığını və Azərbaycana oğlunu axtarmağa gəlmək üçün evini satmaq məcburiyyətində qaldığını demişdi.

Verilişdən həmin kadrları təqdim edirik:

Рейтинг@Mail.ru
ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
[email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.