Bakıda 40 milyona 210 sot torpaq sahəsi satan məmur kimdir? – VİDEO

Bakıda fantastik qiymətə torpaq sahəsi satılır. Paytaxt.org xezerxeber.az-a istinadən bildirir ki, bir torpagın qiyməti 40 milyon manata, digərinin qiyməti isə 3 milyon 900 min manatadır.

Elan saytlarının birində Bakının Nərimanov rayonunda 40 milyon manata boş torpaq sahəsi satılır. Elanda 2 hektar 10 sot ölçüsü olan torpaq sahəsinin yeni tikili bina üçün nəzərdə tutulduğu bildirilir. Ekspertlər isə bildirir ki, 40 milyon manat həmin torpaq sahəsinin hazırki real bazar qiyməti olsa da, Bakıda bu qədər boş ərazini tapmaq çətin məsələdir.

Bakıda qiyməti milyonlarla ölçülən torpaq sahələri var ki, illərdir boş sahə olaraq qalır. Ekspertlər qiymətlərə baxmayaraq, bu cür torpaqlara daima tələbatın olduğunu deyir. Xüsusi olaraq şəhərin mərkəzində villaların çox olduğu hissələrdə.

Paytaxtda pilot layihələrin icrası və yeni tikili binaların sayının artması belə bahalı torpaqları da tədricən bazardan çıxarır. Hazırda isə ən ucuz torpaqlar Suraxanı və Binəqədi rayonu ərazisi hesab edilir ki, orada qiymətlər 1sot üçün təxminən 1500 manatdan başlayır.

Qeyd edək ki, 210 sot torpaq ərazisini əldə edib indi 40 milyona satan məmurla bağlı geniş məlumat verəcəyik. Paytaxt.org-un əməkdaşları  hər kəsi şok edə biləcək, daxil olan məlumatı dəqiqləşdirir… Hər kəsin gözü bizdə olsun…

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda fantastik qiymətə torpaq sahəsi: ərazinin sahibi kimdir?

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.