Bakxanovda mundarxana sex:görün bizə nə yedizdirirlər-VİDEO

Yeyinti məhsullarının istehsalı, ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onun keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarını öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Bunlar Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının qanunda yazılıb.

Müüvafiq icra hakimiyyəti deyəndə- Gigiyena və Epidimiologiya idarəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və diğər aidiyyatı qurumlar nəzərdə tutulur.

Həmçinin qanunvereiciliyə görə bələdiyyələr, istehlakçılar, onların ictimai birlikləri və qeyri-hökumət təşkilatları ərzaq bazarında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına ictimai nəzarət funksiyalarını yalnız onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində həyata keçirə bilərlər.

Ancaq reallıqda çox vaxt istehsalla məşğul olan müəssisələrə nıəzarət zəifdir.

Azerinfo.az-ın əməkdaşlarına Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1-də yerləşən şirniyyat sexində olan antisanitar vəziyyətlə bağlı məlumat daxil olmuşdu. İşə girmək adı ilə sexə gedən əməkdaşımız orada olan dəhşətli görüntüləri lentə alıb. Görün dükan və marketlərdən aldığım şirniyyatlar hansı şəraitdə hazırlanır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti mütləq bu görüntülərlə bağlı tədbir görməlidir.azerinfo.az

Mövzuya qayıdacağıq.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.