“Daxili Qoşunlar döyüş və fiziki hazırlığa malik bir quruma çevrilib”- FUAD ƏLƏSGƏROV

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının yaranmasından 26 il ötür.

Paytaxt.org Gununsesi.info-ya istinadən xəbər verir ki, Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 26-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov da iştirak edib.

O, öz çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini bildirib. Prezidentin köməkçisi ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb. Fuad Ələsgərov ölkə iqtisadiyyatının davamlı inkişafının və mövcud ictimai-siyasi sabitliyin əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi, maddi-texniki təminatın daha da yaxşılaşdırılması istiqamətində təşkilati-praktiki addımların atılması üçün əlverişli zəmin yaratdığını qeyd edib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.